17 Aprel 2026 18:06
319
DÜNYA
A- A+
ABŞ-Vatikan qarşıdurması davam edir: Papa XIV Leo "dünyanı dağıdan tiranları" qınayıb

ABŞ-Vatikan qarşıdurması davam edir: Papa XIV Leo "dünyanı dağıdan tiranları" qınayıb


Donald Tramp: “Mənə ABŞ Prezidentini tənqid edən bir Papa lazım deyil..."


Afrika turnesi zamanı Kameruna səfər edən Roma Papası XIV Leo “istismar və müharibə yolu ilə dünyanı viran etmək üçün milyardlarla pul xərcləyən bir ovuc tiranı" sərt şəkildə qınayıb. O, Bamendadakı Müqəddəs Yusif Katedralında çıxış edərkən bildirib: "Sülhməramlılar mübarəkdir, amma dini və Tanrının adını öz hərbi, iqtisadi və siyasi mənfəətləri üçün manipulyasiya edənlərin, müqəddəsliyi qaranlığa və iyrəncliyə qərq edənlərin vay halına. Bu, alt-üst olmuş bir dünyadır, Tanrının yaratdıqlarının istismarıdır və hər bir dürüst və vicdanlı insan bunu qınamalı və rədd etməlidir."

Bu günlərdə dünya sülhü üçün dua ayini zamanı Müqəddəs Taxt-taca sahib olan ilk amerikalı XIV Leo  müharibə edən ölkələrin liderlərini "yenidən silahlanmanın planlaşdırıldığı və ölümcül hərəkətlərin qərarlaşdırıldığı bir masa arxasında deyil", dayanıb danışıqlar masasına oturmağa çağırıb. “Kilsə həmişə sülhə çağıracaq, hətta müharibə məntiqindən imtina etmək anlaşılmazlığa və hörmətsizliyə səbəb ola bilsə belə və həmişə hər hansı bir insan hakimiyyətinə deyil, Allaha itaət etməyi aşılayacaq”, deyə Papa vurğulayıb.

Bu çağırışa cavab olaraq ABŞ Prezidenti Donald Tramp pontifiki xarici siyasətdə "dəhşətli" adlandırıb və Truth Social platformasında bəyan edib: " İranın nüvə silahına sahib olmasının normal olduğunu düşünən bir Papaya ehtiyacım yoxdur. Amerikanın ABŞ-yə külli miqdarda narkotik göndərən və daha da pisi, həbsxanalarından məhbusları, o cümlədən qatilləri, narkotik satıcılarını və cinayətkarları ölkəmizə göndərən bir ölkə olan Venesuelaya hücum etməsinin dəhşətli olduğunu düşünən bir Papaya ehtiyacım yoxdur. Mənə ABŞ Prezidentini tənqid edən bir Papa lazım deyil, çünki mən məhz seçildiyim işi görürəm".

Tramp hesab edir ki, Papa XIV Leo ona "minnətdar" olmalıdır, çünki yalnız amerikalı olduğuna görə o, pontifik seçilib...

Roma Katolik Kilsəsinin rəhbəri öz növbəsində Vatikanın sülh və barışıq çağırışlarının İncilə əsaslandığını və hazırkı ABŞ administrasiyasından qorxmadığını izah edib. Papa vurğulayıb ki, onun sülhə ümumi çağırışı və "hər şeyə qadirlik illüziyası"nı tənqid etməsi Trampa və ya başqasına birbaşa hücum deyil.

Bu arada ABŞ-nin vitse-prezidenti  Cey Di Vens Fox News-a verdiyi müsahibədə Prezident Donald Tramp və Papa XIV  Leo arasında virtual debat barədə şərh verib: "Əlbəttə, düşünürəm ki, bəzi hallarda Vatikanın mənəvi məsələlərə toxunması daha yaxşıdır. Katolik kilsəsində baş verənləri müzakirə etsələr daha yaxşı olar. Həm də Amerika Birləşmiş Ştatları Prezidentinin Amerika siyasətini müəyyən etməsinə imkan versinlər."

 ABŞ vitse-prezidenti əlavə edib ki, Vaşinqton və Müqəddəs Taxt-tac arasındakı münaqişədən "çox da narahat deyil".

Xatırladaq ki, Vens 2019-cu ildə katolikliyi qəbul edərək, katolik inancının həqiqətinə əmin olduğunu bildirib. Papa XIV  Leo  (əsl adı Robert Frensis Prevost) 2025-ci ilin may ayında vəzifəyə başlayaraq Vatikanda Müqəddəs Taxt-tacı tutan ilk amerikalıdır.

Bu arada İtaliyanın Baş naziri Corca Meloni XIV Leonu dəstəkləyərək deyib: "Düzünü desəm, dini liderlərin siyasi liderlərin dediklərini etdiyi bir cəmiyyətdə özümü çox rahat hiss etməzdim." Daha sonra Tramp Melonini sərt şəkildə tənqid edib, halbuki əvvəllər dəfələrlə İtaliya baş naziri haqqında tərifli danışmışdı.

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf papanın "qorxmaz mövqeyini" tərifləyib və XIV Leonun liderliyinin "milyonlarla insana ilham verdiyini" bildirib. "Bu işıq üçün təşəkkür edirəm!" - Qalibaf sosial mediada X yazıb.

Papa Leo XIV Afrikaya 11 günlük turneyə çıxıb. Onun ilk dayanacağı 48 milyon əhalisi və cəmi 9 min katolikin qeydə alındığı Əlcəzair olub. Orada Papa Katolik kilsəsinin qurucularından biri olan Müqəddəs Avqustinin təbliğ etdiyi qədim Hippo şəhərinin xarabalıqlarını ziyarət edib.

Əlcəzair və Kamerundan sonra Papa XIV Leo Anqola və Ekvatorial Qvineyaya səfər etməyi planlaşdırır.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BTQ layihəsi Gürcüstan, Azərbaycan və Türkiyənin regional logistika və nəqliyyat mərkəzləri kimi rolunu gücləndirir  

22:29
18 May

WUF13: MINURVI sessiyasında şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf vurğulanıb  

21:54
18 May

Bakıda WUF13 çərçivəsində Liderlər Sammiti keçirilib

21:13
18 May

ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, Birləşmiş Ştatlar danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq  

20:48
18 May

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də  

20:18
18 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb VİDEO

20:16
18 May

Meksika səfiri: Bakıda əldə olunan təcrübəni gələcək fəaliyyətlərimizdə nəzərə alacağıq  

20:13
18 May

Tokayev: Orta Dəhliz Avrasiya logistikasının strateji elementinə çevrilir  

20:03
18 May

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqlənib  

19:51
18 May

Qazaxıstan rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar  

19:45
18 May

“Vindzor Kral Atçılıq Şousu - 2026” başa çatıb  

19:41
18 May

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb

19:17
18 May

Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb

19:15
18 May

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

19:14
18 May

Deryageldi Orazov: Bu gün şəhərlər sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas mərkəzləridir  

19:13
18 May

Kənd təsərrüfatı naziri Qarabağda təsərrüfatlara baş çəkib, fermerin müraciətlərini dinləyib

19:12
18 May

İoane Navaikula: Biz WUF13-də əldə etdiyimiz pozitiv təcrübələri öz ölkələrimizdə tətbiq etməliyik

19:11
18 May

  ABB-nin yeni sövdələşməsi “Davr-Bank”ın reytinqinə təsir edəcək

19:11
18 May

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq

19:10
18 May

Dünya mediası Bakıda keçirilən WUF13-ü diqqət mərkəzində saxlamaqda davam edir 

19:09
18 May

Ukrayna Baş nazirinin müavini: WUF13 müzakirələrinin Bakıda aparılması bizim üçün önəmlidir

19:08
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!