11 Fevral 2026 20:46
234
SİYASƏT
A- A+
ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir 

ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir 


ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasının diqqətindədir.

AZƏRTAC-ın məlumatına görə, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı səsləndirilən fikirlər dünya mediasında geniş yer alıb. ABŞ-ın “Associated Press”“News Nation”“Fox New”ABCCNN“The Washington Post”PBS“Forbes Breaking News”“C-Span” kimi media orqanları səfəri geniş şəkildə işıqlandırıb və ya mətbuata birgə bəyanatı canlı yayımlayıblar.

“The Washington Post” yazır ki, səfər zamanı Vens sovet dövründən qalma dəmir yolunun tərk edilmiş hissəsini Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutuna (TRIPP) çevirəcək yeni tranzit dəhlizi planlarını açıqlayıb. Qeyd olunur ki, bu marşrut Ermənistan vasitəsilə Azərbaycanı Naxçıvan anklavı və Türkiyə ilə birləşdirəcək.

“Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Prezident Trampa Qafqazda sülhə verdiyi töhfəyə görə çox minnətdarıq”, - deyə PBS Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata birgə bəyanatdakı çıxışına istinadla qeyd edir.

“Nyu York Post” yazır ki, mətbuata bəyanat zamanı Vitse-prezident Cey. Di. Vens Əfqanıstandakı ABŞ qüvvələri ilə birlikdə Azərbaycanın rolunu vurğulayıb, ABŞ-ın dəniz təhlükəsizliyinə yeni dəstəyini elan edib və Prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış mühüm razılaşmadan sonra tərəfdaşlığın regional sülhün və iqtisadi əməkdaşlığın gücləndirilməsinə kömək edəcəyini bildirib.

“Herald USA” bildirir ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası müdafiə, təhlükəsizlik, ticarət, investisiya kimi sahələrdə əməkdaşlıq çərçivəsi formalaşdırır.

Bununla yanaşı, “Reuters”də dərc olunmuş “ABŞ və Azərbaycan Vensin səfəri çərçivəsində strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar” sərlövhəli yazıda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanat zamanı ABŞ və Azərbaycan arasında münasibətlərin bu gün tamamilə yeni mərhələyə qədəm qoyduğunu deyib. Yazıya əsasən, Vens bildirib ki, ABŞ Azərbaycana ərazi sularını qorumaq üçün gəmilər göndərəcək. Vurğulanır ki, Xartiya ilk dəfə avqust ayında Vaşinqtonda Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında danışıqlarda təqdim olunub.

Fransanın AFP agentliyi yazır ki, ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından öncə Vens Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Qeyd olunur ki, görüşdə Vens müqavilənin bu tərəfdaşlığı rəsmiləşdirəcəyini və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı olacağını çox aydın şəkildə göstərəcəyini bildirib.

“Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik”, - deyə yazıda Prezident İlham Əliyevin çıxışına istinad edilərək qeyd olunub.

Səfər Türkiyənin “Anadolu Agentliyi”“Hürriyet”“CNN Turk”“TRT Avaz”“Son dakika”“Dünya”“Haber Türk” media orqanlarında və bir sıra saytlarında geniş işıqlandırılıb. “Hürriyet”də dərc olunmuş “İmzalar atıldı. Azərbaycanla ABŞ arasında vacib anlaşma” başlıqlı yazıda bildirilir: “Birgə bəyanat zamanı Prezident İlham Əliyev deyib ki, dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”.

Rusiyanın TASS“Komsomolskaya Pravda”RBK“Interfax”“Russian Today”“lenta.ru” və digər informasiya agentlikləri ABŞ ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında saziş imzalamasına geniş yer veriblər.

“Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər”,- deyə “RIA Novosti” yeni imzalanmış sənədə istinadən yazır.

Almaniyanın “Deutsche Welle” saytında dərc olunmuş “Vens Azərbaycan və Ermənistanla aktiv şəkildə sövdələşmələr bağlayır” adlı yazıya əsasən, Vens Azərbaycanda bildirib ki, müqavilə iki ölkə arasında tərəfdaşlığı rəsmiləşdirəcək və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı olacağını çox aydın şəkildə göstərəcək. Qeyd olunur ki, Vensin səfəri ABŞ-ın Cənubi Qafqazda təsirini genişləndirməyə çalışdığı bir zamanda gerçəkləşir.

Həmçinin İtaliya, Yaponiya, Rumıniya, Monteneqro, İran, Qazaxıstan, Ukrayna, Gürcüstan, Çin, Polşa, Bolqarıstan, Avstriya, Latın Amerikası ölkələri, ərəb ölkələri mediası Vensin Cənubi Qafqaz səfəri, imzalanmış sənədlər və bu əlaqələrin regional əməkdaşlıq üçün açdığı imkanlar barədə yazıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" 2016-cı il 15 fevral tarixli 795 nömrəli və "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:53
12 Fevral

Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adının verilməsi haqqında

01:52
12 Fevral

Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adının verilməsi haqqında

01:51
12 Fevral

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:50
12 Fevral

Azercell abunəçilərinin nəzərinə

01:49
12 Fevral

Tramp və Netanyahu İran danışıqlarını müzakirə edib

00:48
12 Fevral

Zelenskidən vacib açıqlama: Ukrayna və Rusiya yaya qədər atəşkəs elan edə bilər  

23:35
11 Fevral

Ərdoğan: Türkiyə Avropanın müdafiə təşəbbüslərində iştirak etməlidir  

23:34
11 Fevral

“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır

23:23
11 Fevral

Zelenski: Ukraynada seçki prosesinə hazırlıq var  

23:03
11 Fevral

Türkiyə və Yunanıstan əməkdaşlıq kursuna qayıdır: Ankarada 7 sənəd imzalanıb  

22:47
11 Fevral

“World Defence Show 2026”: Beynəlxalq tərəfdaşlarla görüşlər davam etdirilir  

22:44
11 Fevral

Ukrayna mediası ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfərinə geniş yer ayırıb  

22:31
11 Fevral

Azərbaycanın ilk qadın alpinisti növbəti zirvəni fəth edib

22:28
11 Fevral

Azərbaycan şirkətləri Moskvada “Prodexpo-2026” sərgisində təmsil olunur  

21:58
11 Fevral

Bakıda Litvanın Müstəqillik Günü qeyd olunub

21:16
11 Fevral

ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir 

20:46
11 Fevral

İqtisadiyyat Nazirliyində Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri ilə görüş olub  

20:26
11 Fevral

“BMW” yanğın təhlükəsinə görə yüz minlərlə avtomobili geri çağırır  

20:02
11 Fevral

Altı beynəlxalq şirkət Liviyada neft-qaz kəşfiyyatı sahəsində tenderin qalibi olub

19:52
11 Fevral

Azərbaycanda “Microsoft”la birgə süni intellekt və rəqəmsal transformasiya üzrə mərkəz qurula bilər  

19:43
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!