01 İyul 2025 16:03
491
SİYASƏT
A- A+
ABŞ-ın Virciniya ştatında Amerika-Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

ABŞ-ın Virciniya ştatında Amerika-Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

ABŞ-ın Virciniya ştatında yerləşən Corc Meyson Universitetində “EmpowerNext: Sabahın Liderliyi üçün Gəncləri Birləşdirmək” adlı 2-ci Amerika-Azərbaycan Gənclər Forumu keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən forum Dövlət Komitəsinin və Nyu-Yorkdakı Amerika-Azərbaycan Gənclər Federasiyasının (AAYF) dəstəyi, Virciniya ştatının Aleksandriya şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub. Foruma 23 müxtəlif ştatdan 37 universitetdə təhsil alan gənclər, alimlər, Azərbaycan icmasının tanınmış üzvləri, Dövlət Komitəsinin nümayəndə heyəti və Azərbaycanın ABŞ-dəki səfirliyinin əməkdaşları qatılıblar.

Tədbirin məqsədi ABŞ-da yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycana və milli-mənəvi dəyərlərə bağlılığın artırılması, eləcə də onların təklif və təşəbbüslərinin dinlənilməsi, dəyərləndirilməsidir. Gənclərin liderlik keyfiyyətlərinin inkişafına dəstək göstərmək və onların ölkəmizi xaricdə layiqincə təmsil etmələri üçün müvafiq imkanlar yaratmaq forumun digər hədəflərindəndir.

Virciniya Azərbaycan Evinin vitse-prezidenti Nigar İbrahimova və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Nurlan Şükürlünün moderatorluğu ilə keçirilən forumun əvvəlində Azərbaycanın və ABŞ-ın Dövlət himnləri səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən Virciniya Azərbaycan Evinin rəhbəri Sevda Tahirli belə mötəbər tədbirə ev sahibliyi etməkdən böyük məmnunluq duyduğunu bildirib. Ötən ildən başlayan bu təşəbbüsün gənclərin inkişafı, inteqrasiyası və əlaqələrin möhkəmləndirilməsində mühüm platforma olduğunu vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev forum iştirakçılarını salamlayaraq komitənin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən diaspor siyasəti, Azərbaycan diasporunun inkişafı və gücləndirilməsi istiqamətində əldə olunan mühüm nailiyyətlər barədə danışıb. O, xaricdə yaşayan azərbaycanlı gənclərə göstərilən xüsusi diqqət və qayğının bu siyasətin vacib istiqamətlərindən biri olduğunu vurğulayıb. Sədr müavini, həmçinin gənclərin Amerikada sosial, mədəni və intellektual sahədə özlərini ifadə edə bilmələri üçün bu cür tədbirlərin önəmini qeyd edib, soydaşlarımızın Amerika cəmiyyətinə inteqrasiya olmaları ilə yanaşı, milli kimliklərini də qoruduqlarını vurğulayıb. O, forumun diaspor gənclərinə çoxsaylı imkanlar yaratdığını bildirib və tədbirin keçirilməsində hər kəsə, xüsusilə Virciniya Azərbaycan Evinə təşəkkür edib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev forumun əhəmiyyətindən danışıb. ABŞ-dakı azərbaycanlı gənclərin həm doğma vətənimizin mədəniyyətini, dilini və dəyərlərini qoruduğunu, təbliğ etdiyini, həm də yaşadıqları ölkənin imkanlarından, biliklərindən və təcrübəsindən faydalandığını vurğulayıb. O, belə görüşlərin yeni dostluqların qurulması və həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Amerika-Azərbaycan Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova çıxışında forumun əhəmiyyətini və aparılan müzakirələrin faydalarını qeyd edib. Belə tədbirlərin Azərbaycan Respublikası ilə ABŞ arasında mövcud qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib və iştirakçılara uğurlar arzulayıb.

ABŞ-ın Corc Meyson Universitetinin müəllimi Sevil Süleymani forum iştirakçılarını salamlayaraq burada çalışan azərbaycanlı müəllim kimi belə bir tədbirin təşkilindən məmnunluğunu ifadə edib.

Amerika Azərbaycan Gənclərinin I Forumunun təşkilatçısı Kənan Məmmədova Diasporla İş üzrə Dövlət Komitəsinin sertifikatı təqdim olunub.

Çıxışlardan sonra iştirakçılar iki maraqlı panel müzakirəsini dinləyiblər. “Müdriklik ambisiya ilə qovuşur: Nəsillərarası əməkdaşlıqla gənclərin gücləndirilməsi” mövzusunda keçirilən ilk paneldə müxtəlif nəsillərin təcrübəsinin gənclərin inkişafına necə töhfə verdiyi müzakirə olunub. Daha sonra “Qlobal əlaqələr qurmaq: Gəncləri sərhədlərdən kənarda gücləndirmək” panelində qlobal əməkdaşlıq imkanları ön plana çıxarılıb. Günün ikinci yarısında isə “Gənc lider kimi şəxsi dözümlülüyün inkişafı” mövzusunda təlim keçirilib.

Bədii hissədə kamança ifaçısı Toğrul Orucovun canlı ifası və DJ Zaurun dinamik çıxışı gənclərə unudulmaz anlar yaşadıb. Tədbir milli həmrəyliyin simvolu olan “Yallı” rəqsi ilə davam etdirilib.

Forumun növbəti günündə “Karyera səyahətin: Məqsəd, hədəf və inkişaf” adlı təlim keçirilib. Təlimi ABŞ-da fəaliyyət göstərən “Love Your Life. Transformative Coaching” şirkətinin rəhbəri və təsisçisi, peşəkar təlimçi Leyla Novruz keçib. Gənclərə şəxsi bacarıqların müəyyən edilməsi, məqsədlərin düzgün qurulması və uzunmüddətli inkişaf strategiyalarının hazırlanması barədə praktiki biliklər verilib. İnteraktiv formada keçirilən təlimdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb.

Bundan əlavə, Nurlan Şükürlünün idarəçiliyi ilə “breyn rinq” yarışması keçirilib. Ölkəmizlə bağlı sualların üstünlük təşkil etdiyi yarışmada 6 müxtəlif komandada 30-dan çox gənc öz bilik və bacarıqlarını sərgiləyib. Finalda “4+1” komandası qalib gəlib və qaliblərə hədiyyələr təqdim olunub.

Forumun birinci və ikinci günlərində “Birlikdə”, “Tarix dərsi”, “Qarabağ Azərbaycandır!” və “Diaspor Gənclərinin Yay Düşərgələri” layihələrinə aid videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, Amerika–Azərbaycan Gənclərinin Forumu ilk dəfə 2024-cü ildə Vaşinqton şəhərində yerləşən Corc Vaşinqton Universitetində keçirilib. Forum gənclərin ictimai fəallığının artması, şəbəkələşmə imkanlarının genişlənməsi və təşkilati bacarıqlarının inkişafında mühüm rol oynayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!