29 Mart 2024 15:57
189
DÜNYA
A- A+

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

 

ABŞ-ın Ukraynaya yardım üçün ayırdığı vəsaitin ümumi məbləği azı 113 milyard dollar təşkil edib. Bu barədə “Fox News” kanalı Ağ evin İdarəetmə və büdcə idarəsinin rəhbəri Şalanda Yanqın əlində olan məktuba istinadla məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, senator Ceyms Devid Vensin (Ohayo ştatından, respublikaçı) sorğusuna cavab olaraq göndərilmiş sənədə əsasən, Ukraynada müharibə başlayandan bəri ABŞ Konqresi Kiyevi çox zəruri təhlükəsizlik, iqtisadi və humanitar yardımla təmin etmək üçün əlavə 111 milyard dollar vəsait ayırıb. Məqsədli olmayan fondlardan daha 2,4 milyard dollar Ukraynanın xeyrinə yenidən bölüşdürülüb. İdarəetmə və Büdcə Ofisinin məlumatına görə, əsas yardım paketlərinə əlavə olaraq, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2022 və 2023-cü maliyyə illərində müvafiq olaraq səhiyyə və səfirliklərin fəaliyyətlərini təmin etmək məqsədilə əməliyyatları üçün 145 milyon dollar və 189 milyon dollar göndərib.

Telekanalın xəbərində göstərilir ki, silah və sursatların dəyişdirilməsi xərcləri nəzərə alınarsa, ümumi məsrəflər xeyli yüksək ola bilər.

ABŞ Administrasiyası daha əvvəl Konqresə oktyabrın 1-də Birləşmiş Ştatlarda başlayan 2024-cü maliyyə ilində ilk növbədə İsrail və Ukraynaya kömək etmək, həmçinin Asiya-Sakit okean regionunda Çin və Rusiyaya qarşı mübarizə məqsədilə əlavə büdcə ayırmaları üçün sorğu göndərmişdi. Ümumilikdə Prezident Cozef Baydenin rəhbərlik etdiyi icra hakimiyyəti bu məqsədlər üçün təxminən 106 milyard dollar ayrılmasını istəyir.

Müraciətin və alternativ qanun layihələrinin sonrakı taleyi qeyri-müəyyən olaraq qalır. Nümayəndələr Palatasında və Senatda olan bir sıra respublikaçılar son aylarda Kiyevə maliyyə dəstəyinin davam etdirilməsinin əleyhinə çıxış ediblər. Aşağı palatanın spikeri Mayk Conson (Respublikaçı-Luiziana) ardıcıl olaraq Ukraynaya əlavə yardımı ABŞ-ın cənub sərhədində nəzarətin gücləndirilməsi ilə əlaqələndirmək niyyəti barədə xəbərdarlıq edib.

Fevralın 13-də Senat bir sıra respublikaçıların dəstəyi ilə Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin alternativ variantını qəbul edib. Lakin bu paket sənədində cənub sərhədində nəzarətin gücləndirilməsi ilə bağlı müddəalar yoxdur. Fevralın 15-də isə Nümayəndələr Palatası qanun layihəsinə səs vermədən ikihəftəlik fasilə elan edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video