12 Yanvar 2026 11:22
137
İQTİSADİYYAT
A- A+
ABŞ-ın neft qaçaqmalçılığının qarşısını alması qiymətin yüksəlməsinə səbəb olub  

ABŞ-ın neft qaçaqmalçılığının qarşısını alması qiymətin yüksəlməsinə səbəb olub  


Ötən həftə Venesuela hadisələri fonunda ABŞ Prezidenti Donald Trampın kəskin bəyanatları və xüsusilə də 50 milyon barel neft alacağını bildirməsi dünya bazarında neftin qiymətinə güclü təsir etmədi. Lakin ABŞ-ın sahil mühafizə qüvvələrinin Karib dənizində “Bella-1” və “Olina” tankerlərini saxlaması birjalarda neftin qiymətinə təsir göstərdi. London birjasında mart ayı üçün verilən sifarişlərdə (fyuçer) “Brent” markalı neftin 1 barelinin qiyməti 63,02 dollara yüksəldi.

Dekabrın 8-dən bu günə kimi “Brent” markalı neftin 1 barelinin qiyməti bu qədər artmamışdı (artım 1,66 faiz təşkil edib). Bununla yanaşı WTI markalı neftin də 1 barelinin qiyməti 0,9 faiz artaraq 58,28 dollara satıldı. Azərbaycanın “Azeri Light” markalı neftin 1 barelinin qiyməti isə 66 dollara kimi yüksəldi.

Qiymətlərin artmasının səbəbi ABŞ-ın Rusiya və Venesueladan nefti gizli satan tankerləri həbs etməsi və bazara əlavə neftin daxil olmasının qarşısını almasıdır. Ötən həftə ABŞ-ın hərbi gəmiləri Rusiya neftini daşıyan “Bella-1” tankerini saxlayaraq ekipajını həbs edib. Rusiyanın təkidlərinə baxmayaraq, ABŞ rəsmiləri ekipaj üzvlərinin məhkəmə qarşısında cavab verəcəklərini bildiriblər. ABŞ Ədliyyə Nazirliyinin məlumatında nəzərə çatdırılıb ki, bu tankerin əvvəlki adı “Marinera" olub və o neft qaçaqmalçılığı ilə məşğul olaraq sanksiya normalarını pozub və buna görə də məsuliyyətə cəlb olunacaq.

“Bella-1” gəmisi ilə qalmaqal başa çatmamış ABŞ hərbi dəniz qüvvələri Karib dənizində daha 2 tankeri saxlayıb. Honkonqda qeydiyyatdan keçmiş “Tontye Peur” şirkətinə məxsus olan “Olina” tankeri Rusiya neftini, “M Sophia” tankeri isə Venesuela neftini ABŞ sanksiyalarından yayınaraq qaçaqmalçılıq yolu ilə daşıyırdılar. Hər iki tankerdə 320 min ton neft aşkar edilib.

“The New York Times” qəzetinin yazdığına görə, ABŞ-ın hərbi dəniz qüvvələri Rusiya və Venesuela neftini gizli daşıyan 16 tankeri təqib edir. Bu tankerlərdə ümumilikdə 9,4 milyon barel neftin olması haqqında məlumat var. Müəyyən olunub ki, neft qaçaqmalçılığı ilə məşğul olan “Veronika” adlı tanker təqibdən yaxa qurtarmaq üçün adını dəyişərək “Galileo” qoyaraq Timor Adaları bayrağı ilə üzməyə başlayıb. Karib dənizi və Atlantik okeanını nəzarətdə saxlayan ABŞ qaçaqmal olan neftin sifarişçisi və alıcısını hələlik müəyyən etməyib. Araşdırma aparılır.

“Fujitomi Securities” investisiya şirkətinin analitiki Mitsuri Muraşı “Reuters” agentliyinə bildirib ki, qiymətlərin yüksəlmə səbəbi bazara əlavə neftin daxil olmasının qarşısının alınmasıdır. Tələbin sabit qaldığı dönəmdə təklifin azalması qiymətin artmasına gətirib çıxarır ki, bu da sadəcə olaraq bazarın dəyişməz tələb və təklif qanunundan asılıdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, tankerdəki neft bazara qanunsuz çıxarılır. Deməli sifariş verən şirkət və ya neftayırma zavodu, hətta dövlət sifarişi birjaya deyil, ofşor zonada qeydiyyatdan keçən şirkətə verib.

Bir sıra analitiklər hesab edirdilər ki, Venesuelanın idarəçiliyi ABŞ-a keçdikdən sonra dünya bazarında neftin qiymətində kəskin eniş olacaq. Lakin bu baş vermədi və qiymətlər 59-60 dollar ətrafında cərəyan etdi. Venesuelanın neft sənayesini dirçəltmək üçün milyardlarla dollar sərmayə və zaman lazımdır. İstismarı dayandırılan quyuların yenidən işə salınması üçün külli miqdarda vəsait lazım gəlir. Məhz elə bu səbəbdəndir ki, Rusiya hasil etdiyi nefti 15-20 dollara satmağa razıdır ki, quyular bağlanmasın. ABŞ Prezidenti açıq şəkildə Venesuela neftini idarə edəcəyini bəyan edib. Bununla yanaşı onu da nəzərə çatdırıb ki, Venesuelada neft hasilatını bərpa etmək üçün 18 ay vaxt lazımdır.

Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, bu ilin birinci rübü ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 58-60 dollar arasında olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən həftə 177 mina və 636 partlamamış hərbi sursat zərərsizləşdirilib  

12:36
12 Yanvar

Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir 

12:31
12 Yanvar

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib YENİLƏNƏCƏK

12:23
12 Yanvar

Boqdan İvan: Rumıniya Avropa İttifaqının aparıcı təbii qaz istehsalçısıdır  

12:01
12 Yanvar

Donald Tramp hökumətlə İrana qarşı mümkün tədbirləri müzakirə edəcək  

11:48
12 Yanvar

BƏƏ naziri: Geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənliklər enerji sektorunda əlavə təzyiqlər yaradır  

11:39
12 Yanvar

Ötən il 54 min 500 şəxsə əlillik təyin olunub  

11:37
12 Yanvar

ABŞ-ın neft qaçaqmalçılığının qarşısını alması qiymətin yüksəlməsinə səbəb olub  

11:22
12 Yanvar

İranda iğtişaşlar zamanı təxminən 150 təcili yardım maşını zədələnib  

11:11
12 Yanvar

Hindistanın sonuncu peyk buraxılış raketinin missiyasında uğursuzluq qeydə alınıb  

11:01
12 Yanvar

Özlərinin və başqalarının həyatına real təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir keçirilib  

10:58
12 Yanvar

Son iki gündə 115 cinayətin açılması təmin edilib

10:48
12 Yanvar

Dünya bazarında qızıl 94 dollaradək bahalaşıb  

10:43
12 Yanvar

Dünya birjalarında neft bahalaşıb

10:31
12 Yanvar

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək  

10:23
12 Yanvar

Tramp: İran ABŞ-a danışıq təklif edib  

10:02
12 Yanvar

Şamaxıda zəlzələ olub  

09:39
12 Yanvar

Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək  

09:32
12 Yanvar

Fransalı fermerlər etiraz aksiyalarını davam etdirirlər  

09:30
12 Yanvar

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub  

09:27
12 Yanvar

Avropa tərəfi MERCOSUR sazişini bu həftə imzalayacaq  

08:29
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!