30 Mart 2024 08:10
219
SİYASƏT
A- A+

ABŞ-Aİ-Ermənistan görüşü heç bir fayda verməyəcək

 

"ABŞ-Aİ-Ermənistan arasında aprelin 5-də keçiriləcək görüş beynəlxalq normalara ziddir. Bu görüşdə yalnız Cənubi Qafqazda sülhün, əmin-amanlığın təmin olunması gündəmdə olmalıdır". 
Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Azərbaycan" qəzetinə açıqlamasında deyib. O bildirib ki, həmin görüşdə Azərbaycanın, Gürcüstanın iştirak etməməsi onun legitim olmadığına əsas verir. Bu gün Qərb Cənubi Qafqazda yerləşmək, regionda mövqeyini gücləndirmək niyyətindədir. Bu məqsədə çatmaq üçün isə Ermənistandan istifadə edirlər. Sözsüz ki, belə görüşlərin heç bir əhəmiyyəti yoxdur.
Tahir Rzayev qeyd edib ki, son dövrlər Azərbaycan əleyhinə şantaj xarakterli bəyanatlar səsləndirilir: "Ona görə də Prezident İlham Əliyev belə görüşlərin səmərəsiz olduğunu bilir. Bu görüşlər Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasına deyil, münaqişənin qızışdırılmasına, Ermənistanın silahlandırılmasına, yeni müharibə ocaqlarının meydana gəlməsinə hesablanıb. Bu reallıqları Azərbaycan yaxşı bilir". 
Komitə sədri vurğulayıb ki, bu görüşlər Cənubi Qafqazda yerləşən dövlətlərin milli maraqlarının əleyhinədir. Ermənistanın baş nazirinin tutduğu mövqe nəinki Azərbaycanın əleyhinədir, eləcə də qonşu dövlətlərin də təhlükəsizliyinə təhdiddir və onlar bu görüşlərdən narahatdırlar. Hazırda Fransa başda olmaqla, bəzi Avropa ölkələri Ermənistanı silahlandırmaq yolu tutublar. Fransa hərbi yardımı, mənəvi və maddi dəstəyi ilə daha çox fərqlənir. Avropa İttifaqı, demək olar ki, bütün beynəlxalq normalar üzərindən xətt çəkərək birtərəfli olaraq Ermənistanın maraqlarına xidmət edən bəyanatlar yayır. Qərb bu regionda münaqişənin qızışması üçün əlindən gələni əsirgəmir. Bunun da səbəbi aydındır. Çünki Qərb ölkələri bu gün Rusiyaya qarşı düşmən mövqeyindədirlər. 
Komitə sədri qeyd edib ki, Qərb Türkiyənin, Azərbaycanın inkişaf etməsini, dünyada söz sahibi olmalarını qəbul edə bilmir, ölkəmizin haqlı qələbəsini həzm etmək istəmirlər: "Ona görə də bu gün özlərinin avantürist, təcavüzkar siyasətlərini həyata keçirmək yolu tutublar. ABŞ, Avropa İttifaqı, Ermənistan səhv yolda olduqlarını dərk edirlər, ancaq  öz maraqları onlara daha əhəmiyyətli gəlir. Fransa, ABŞ, Ermənistan tarixən insanlığa qarşı təcavüzkar mövqeyində olub, müstəmləkəçilik siyasəti yeridiblər. Xalqları təsir altına salmaqla özlərinin çirkin məqsədlərini həyata keçiriblər". Deputatın sözlərinə görə, bu gün həmin ölkələrin özündə böhranlı vəziyyət olmasına baxmayaraq, onlar Ermənistanı silahlandırmaq, Azərbaycana qarşı yenidən müharibəyə cəlb etmək fikrindədirlər: "Bu niyyət həyata keçirilə bilməz, çünki Prezident İlham Əliyevin dediyi kimi, heç bir ölkə bizimlə diktə yolu ilə danışa bilməz. Buna yol verilməyəcək. Azərbaycan Ordusu güclüdür, xalqı isə yumruq kimi birləşib. Dövlətimizin rəhbəri beynəlxalq normaları əldə rəhbər tutaraq bütün platformalarda sülh çağırışları ilə çıxış edir. Ermənistanı sülhə, əmin-amanlığa dəvət edir. Əslində, belə görüşlər Ermənistanın ziyanınadır. Bu görüşlər İrəvan  və havadarları üçün heç bir fayda verə bilməz, əksinə, bu, Ermənistanın gələcək faciəsi üçün zəmin yaradır".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video