03 Avqust 2026 20:02
223
Təhsil
A- A+
Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

Bakı Dövlət Universitetində (BDU) 76 ixtisas üzrə qəbul aparılacaq.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, 16 fakültə, 114 kafedra, SABAH Mərkəzi, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş 30 elmi-tədqiqat laboratoriyası, 11 araşdırmalar mərkəzi, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 3 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır.

Son illər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, “You Will Speak” Dil Mərkəzi, “Eko Məkan”, “Tələbə məkanı” və Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzinin fəaliyyətə başlaması, “Code Academy” layihəsi çərçivəsində ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqlarını artırmaları üçün şəraitin yaradılması tələbələrdə elmə və təhsilə daha böyük maraq yaradır.

BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), Çin Xalq Respublikasının Anhui Universiteti, Pekin Kimya Texnologiyası Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti, UBIS Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti kimi nüfuzlu universitetlər arasında bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində ikili diplom proqramları həyata keçirilir.

Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. BDU-nun bakalavriat səviyyəsində 2026/2027-ci tədris ili üzrə “Regionşünaslıq (Afrika üzrə)” ixtisası açılıb. İxtisas Tarix fakültəsində tədris olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kubanda PUA hücumu nəticəsində həlak olanların sayı altıya çatıb

21:05
03 Avqust

Azərbaycanda avtonom yerüstü nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi baza yaradılır

20:58
03 Avqust

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə strateji qərarların qəbulu prosesində prioritetlərə dair fikir mübadiləsi aparılıb

20:51
03 Avqust

Lənkəranda açıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir

20:44
03 Avqust

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı açıqlanıb

20:37
03 Avqust

Elçin Əfəndiyevin qəbirüstü abidəsinin müəllifi: Onun siması daim gözümün önündə olub

20:30
03 Avqust

Estoniya səfiri: Ölkəmiz Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verir

20:23
03 Avqust

Bakı Qızlar Universiteti tələbələrinin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı tədbirlərə başlanılıb

20:16
03 Avqust

Azərbaycan velosipedçisi beynəlxalq turnirdə medal qazanıb

20:09
03 Avqust

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

20:02
03 Avqust

Kəlbəcərdə vandalizmə məruz qalmış qəbiristanlıqların vəziyyəti nəzərdən keçirilib

19:55
03 Avqust

“Heydər Əliyev məktəbi” layihəsinin iştirakçıları Qarabağda olublar

19:48
03 Avqust

İyulda Bakıda orta aylıq temperatur iqlim normasından yuxarı olub

19:41
03 Avqust

“Qarabağ”ın akademiyasına Afrikadan 3 futbolçu cəlb olunur

19:34
03 Avqust

Qazaxıstanlı analitik: Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid məkanın formalaşmasına mühüm töhfə verir  

19:27
03 Avqust

Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasının həmrəyliyini gücləndirən yeni strateji mərhələdir 

19:20
03 Avqust

Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum olub  

19:13
03 Avqust

Pediatr: Ana südü körpənin inkişafına təsir göstərən mürəkkəb bioloji və genetik informasiya daşıyıcısıdır  

19:06
03 Avqust

Türk jurnalist: Səfərimiz gələcəkdə formalaşdırılacaq yeni media strategiyasının əsasını təşkil edəcək  

18:59
03 Avqust

Siyasi şərhçi: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Orta Dəhlizin geosiyasi əhəmiyyətini daha da artıracaq  

18:52
03 Avqust

Kəlbəcər sakinlərinin müraciətləri dinlənilib  

18:45
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!