03 Avqust 2026 18:52
287
SİYASƏT
A- A+
Siyasi şərhçi: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Orta Dəhlizin geosiyasi əhəmiyyətini daha da artıracaq  

Siyasi şərhçi: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Orta Dəhlizin geosiyasi əhəmiyyətini daha da artıracaq  


Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında münasibətlərin inkişafında mühüm dönüş nöqtəsidir. Bu sənəd mövcud strateji tərəfdaşlığı daha yüksək siyasi və institusional səviyyəyə qaldırmaqla Azərbaycan–Qırğızıstan münasibətlərinə daha dayanıqlı və sistemli xarakter verir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu deyib.

O bildirib ki, müqavilə xüsusilə siyasi, iqtisadi, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açır.

“Ümumiyyətlə, müttəfiqlik münasibətlərinin əsas mahiyyəti ondan ibarətdir ki, tərəflər Bakı və Bişkek artıq yalnız qarşılıqlı maraq doğuran ayrı-ayrı layihələr üzrə deyil, daha geniş regional və beynəlxalq məsələlərdə də koordinasiyalı fəaliyyət göstərmək imkanına malik olurlar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, müttəfiqlik böyük məsuliyyət deməkdir. Bu baxımdan imzalanan müqavilə qarşılıqlı siyasi etimadın və strateji həmrəyliyin hüquqi əsaslarını daha da möhkəmləndirir. Bu proses Türk Dövlətləri Təşkilatının inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi Türk Dövlətləri Təşkilatı daxilində üzv dövlətlər arasında daha sıx siyasi koordinasiya və iqtisadi əməkdaşlıq üçün əlavə stimul yarada bilər. Burada söhbət yalnız ikitərəfli münasibətlərdən getmir. Bu proses bütövlükdə türk dövlətləri arasında nəqliyyat, investisiya, enerji, rəqəmsallaşma və humanitar əlaqələrin daha sıx əməkdaşlıq şəbəkəsinə çevrilməsinə də töhfə verəcək”, – deyə o qeyd edib.

Ekspert Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması barədə əldə olunan razılaşmanı da mühüm iqtisadi addım kimi dəyərləndirib.

“Fondun kapitalının artırılması iki ölkə arasında iqtisadi münasibətlərdə yeni mərhələnin başlanğıcını göstərir. Bu mexanizm vasitəsilə birgə layihələrin maliyyələşdirilməsi, özəl sektorun qarşılıqlı investisiyalara cəlb olunması və qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi üçün daha əlverişli şərait formalaşa bilər. Eyni zamanda, investisiya əlaqələrinin inkişafı siyasi münasibətlərin iqtisadi dayaqlarını möhkəmləndirərək müttəfiqliyin daha dayanıqlı olmasına xidmət edir. Azərbaycan–Qırğızıstan müttəfiqliyinin əhəmiyyəti Orta Dəhlizin inkişafı baxımından daha geniş regional kontekstdə qiymətləndirilməlidir. Qırğızıstan Mərkəzi Asiyanın mühüm dövlətlərindən biridir, Azərbaycan isə Xəzər hövzəsi vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən əsas tranzit halqalarından birinə çevrilib. Bu baxımdan, iki ölkə arasında nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi Orta Dəhlizin təkcə tranzit marşrutu deyil, daha geniş iqtisadi və geosiyasi bağlantı platformasına çevrilməsinə töhfə verəcək”, – deyə o vurğulayıb.

E.Ənvəroğlu bildirib ki, Orta Dəhlizin rəqabət qabiliyyəti yalnız fiziki infrastrukturla məhdudlaşmır. Burada sərhəd prosedurlarının sadələşdirilməsi, gömrük və rəqəmsal sistemlərin uyğunlaşdırılması, yükdaşımaların sürətləndirilməsi, tariflərin optimallaşdırılması və marşrut boyunca logistika mərkəzlərinin inkişafı mühüm rol oynayır. Məhz bu istiqamətlər Orta Dəhlizin beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdir. Bu gün Azərbaycanın rolu getdikcə daha çox regional bağlantı mərkəzi funksiyası ilə xarakterizə olunur. Xəzər dənizi üzərindən keçən marşrutların inkişafı ölkəmizi Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında mühüm strateji halqaya çevirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, Bakı–Tbilisi–Qars dəmir yolu və digər nəqliyyat infrastrukturu bu bağlantının fiziki əsaslarını formalaşdırır. Azərbaycan–Qırğızıstan müttəfiqliyi Orta Dəhlizin coğrafiyasının daha da genişlənməsinə və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edəcək.

“Ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan artıq yalnız enerji və nəqliyyat layihələrinin iştirakçısı kimi deyil, Avrasiya məkanında müxtəlif regionları birləşdirən strateji bağlantı platformasının əsas aktorlarından biri kimi çıxış edir. Bu baxımdan, Qırğızıstanla müttəfiqlik münasibətlərinin möhkəmlənməsi Azərbaycanın bu rolunu daha da gücləndirə və ölkəmizin Mərkəzi Asiya ilə Avropa arasında etibarlı körpü funksiyasını uzunmüddətli perspektivdə daha da möhkəmləndirə bilər”, – deyə Elnur Ənvəroğlu fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Qızlar Universiteti tələbələrinin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı tədbirlərə başlanılıb

20:16
03 Avqust

Azərbaycan velosipedçisi beynəlxalq turnirdə medal qazanıb

20:09
03 Avqust

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

20:02
03 Avqust

Kəlbəcərdə vandalizmə məruz qalmış qəbiristanlıqların vəziyyəti nəzərdən keçirilib

19:55
03 Avqust

“Heydər Əliyev məktəbi” layihəsinin iştirakçıları Qarabağda olublar

19:48
03 Avqust

İyulda Bakıda orta aylıq temperatur iqlim normasından yuxarı olub

19:41
03 Avqust

“Qarabağ”ın akademiyasına Afrikadan 3 futbolçu cəlb olunur

19:34
03 Avqust

Qazaxıstanlı analitik: Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid məkanın formalaşmasına mühüm töhfə verir  

19:27
03 Avqust

Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasının həmrəyliyini gücləndirən yeni strateji mərhələdir 

19:20
03 Avqust

Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum olub  

19:13
03 Avqust

Pediatr: Ana südü körpənin inkişafına təsir göstərən mürəkkəb bioloji və genetik informasiya daşıyıcısıdır  

19:06
03 Avqust

Türk jurnalist: Səfərimiz gələcəkdə formalaşdırılacaq yeni media strategiyasının əsasını təşkil edəcək  

18:59
03 Avqust

Siyasi şərhçi: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Orta Dəhlizin geosiyasi əhəmiyyətini daha da artıracaq  

18:52
03 Avqust

Kəlbəcər sakinlərinin müraciətləri dinlənilib  

18:45
03 Avqust

Pakistan mənbələri: ABŞ-İran danışıqlarının bərpası ilə bağlı konkret nəticə yoxdur  

18:38
03 Avqust

Türk jurnalistlər Ağdam, Şuşa, Laçın və Xankəndini ziyarət edəcəklər 

18:31
03 Avqust

Vətəndaşların akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə müraciətləri dinlənilib  

18:24
03 Avqust

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir  

18:17
03 Avqust

Türk media nümayəndələri Şəhidlər xiyabanını və "Türk şəhidliyi" abidəsini ziyarət ediblər 

18:10
03 Avqust

Şəkidə yaradıcı uşaq və yeniyetmələrin “Yay məktəbi” başlayıb  

18:03
03 Avqust

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar  

17:56
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!