03 Avqust 2026 20:30
236
Mədəniyyət
A- A+
Elçin Əfəndiyevin qəbirüstü abidəsinin müəllifi: Onun siması daim gözümün önündə olub

Elçin Əfəndiyevin qəbirüstü abidəsinin müəllifi: Onun siması daim gözümün önündə olub

Bu gün Azərbaycanın Xalq yazıçısı, görkəmli dövlət və ictimai xadim Elçin Əfəndiyevin anım günündə Fəxri xiyabanda onun qəbirüstü memorial abidəsinin açılışı olub. Elçin Əfəndiyevin vəfatından sonra onun memorial abidəsinin hazırlanması ilə bağlı müraciət Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyevə ünvanlanıb.

AZƏRTAC-ın müxbiri ilə söhbətində abidənin müəllifi Natiq Əliyev bildirib ki, uzun illər tanıdığı Elçin Əfəndiyev onun yaddaşında yalnız böyük yazıçı və dövlət xadimi kimi deyil, həm də yaradıcı insanlara daim diqqət və qayğı göstərən, sadə, səmimi və yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi qalıb.

“Onun obrazını işləmək mənim üçün çətin olmadı. Çünki Elçin müəllimin siması, xarakteri və insan kimi xüsusiyyətləri daim yaddaşımda idi”, - deyə Natiq Əliyev qeyd edib.

O bildirib ki, memorial abidənin hazırlanması uzunmüddətli və məsuliyyətli yaradıcı proses olub. Abidənin ərsəyə gətirilməsi zamanı müxtəlif materiallardan istifadə edilib, eyni zamanda, Elçin Əfəndiyevin ailə üzvlərinin fikirləri və seçimləri nəzərə alınıb.

“Abidənin forması və kompozisiyası üzərində uzun müddət çalışdım. Səkkizdən artıq variant hazırladım, müxtəlif eskizlər işlədim. Təxminən üç-dörd ay ərzində plastilin eskizlər üzərində işləyərək Elçin müəllimin obrazını və abidənin ümumi bədii həllini ən dolğun şəkildə ifadə etməyə çalışdım. Ümumilikdə isə bu əsər üzərində iş təxminən bir il davam etdi”, - deyə Xalq rəssamı vurğulayıb.

Natiq Əliyev Elçin Əfəndiyevlə uzun illər davam edən yaradıcılıq münasibətlərini də xatırlayıb. Onun sözlərinə görə, Xalq yazıçısı onun kiçikhəcmli heykəltaraşlıq əsərlərinə xüsusi maraq göstərib və bir neçə əsərini şəxsi kolleksiyasında qoruyub saxlayıb.

“Elçin müəllim kimi yüksək zövqə və sənətə dəyərvermə bacarığına malik bir insanın yaradıcılığıma bu cür qiymət verməsi mənim üçün böyük fəxr idi. O, sənətin mahiyyətini anlayan, sənətkar əməyinə hörmətlə yanaşan və yaradıcı insanları daim dəstəkləyən şəxsiyyətlərdən biri idi”, - deyə Xalq rəssamı bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub

21:19
03 Avqust

Nazirlik: Çimərlik mövsümü başlayandan indiyədək 40 nəfərin meyiti suda tapılıb, 55 nəfər xilas edilib

21:12
03 Avqust

Kubanda PUA hücumu nəticəsində həlak olanların sayı altıya çatıb

21:05
03 Avqust

Azərbaycanda avtonom yerüstü nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi baza yaradılır

20:58
03 Avqust

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə strateji qərarların qəbulu prosesində prioritetlərə dair fikir mübadiləsi aparılıb

20:51
03 Avqust

Lənkəranda açıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir

20:44
03 Avqust

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı açıqlanıb

20:37
03 Avqust

Elçin Əfəndiyevin qəbirüstü abidəsinin müəllifi: Onun siması daim gözümün önündə olub

20:30
03 Avqust

Estoniya səfiri: Ölkəmiz Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verir

20:23
03 Avqust

Bakı Qızlar Universiteti tələbələrinin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı tədbirlərə başlanılıb

20:16
03 Avqust

Azərbaycan velosipedçisi beynəlxalq turnirdə medal qazanıb

20:09
03 Avqust

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

20:02
03 Avqust

Kəlbəcərdə vandalizmə məruz qalmış qəbiristanlıqların vəziyyəti nəzərdən keçirilib

19:55
03 Avqust

“Heydər Əliyev məktəbi” layihəsinin iştirakçıları Qarabağda olublar

19:48
03 Avqust

İyulda Bakıda orta aylıq temperatur iqlim normasından yuxarı olub

19:41
03 Avqust

“Qarabağ”ın akademiyasına Afrikadan 3 futbolçu cəlb olunur

19:34
03 Avqust

Qazaxıstanlı analitik: Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid məkanın formalaşmasına mühüm töhfə verir  

19:27
03 Avqust

Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasının həmrəyliyini gücləndirən yeni strateji mərhələdir 

19:20
03 Avqust

Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum olub  

19:13
03 Avqust

Pediatr: Ana südü körpənin inkişafına təsir göstərən mürəkkəb bioloji və genetik informasiya daşıyıcısıdır  

19:06
03 Avqust

Türk jurnalist: Səfərimiz gələcəkdə formalaşdırılacaq yeni media strategiyasının əsasını təşkil edəcək  

18:59
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!