07 Oktyabr 2021 00:35
1215
Elm və texnika
A- A+
Abbas Zamanov zirvəsi

Abbas Zamanov zirvəsi

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Abbas Zamanovun anadan olmasının 110 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

Sessiyanı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Abbas Zamanovun yubileyinin keçirilməsi ilə bağlı həm Humanitar Elmlər Bölməsinin, həm də institutun Elmi Şurasının qərarı var.

Abbas Zamanovun böyük tədqiqatçı, mükəmməl ədəbiyyat tarixçisi olduğunu deyən akademik vurğulayıb ki, onun Mirzə Ələkbər Sabir, Mirzə Cəlil haqqında yazdığı elmi əsərlər bu gün də istinad mənbəyidir: “Mənbəşünas alimdir, arxivlərdə işləyib, yazıçıların məzarını axtarıb tapıb. Namizədlik işinin yüksək səviyyədə olmasına görə birbaşa doktorluq dərəcəsi alıb. Onun yazılarında ideologiya yoxdur, sovet dövrünü təbliğ etməyib, vətəndaşlıq mövqeyi də çox güclüdür. Naxçıvan Muxtar Respublikasının Ermənistana verilməsi təklifinə çox sərt reaksiya verib, onun belə sərt cavabından sonra məsələ gündəlikdən çıxarılıb”.

Akademik İsa Həbibbəyli yubilyarla bağlı xatirələrini də bölüşüb: “Abbas müəllim Naxçıvan Dövlət Universitetində mənə dərs deyib, onunla birlikdə teatra getmişik. Gənc alimlərə “Uğurlu yol” yazmaqdan zövq alırdı. Özü uşaq evində böyüməsinə baxmayaraq, çox iradəli, mövqeyindən dönməyən, məsuliyyətli və nikbin adam idi. Həmişə hal-əhval tutanda “Şikayətlənməyə əsas yoxdur” deyən Abbas müəllim vətəndaş alimliyinin brendi idi”.

Akademik Rəfael Hüseynov “Azərbaycan diasporu quruculuğunda Abbas Zamanovun rolu” adlı məruzə edərək qeyd edib ki,  müəllifi olduğu “Vaxtdan uca” kitabında üç şəxsiyyətin “necəsən?” sualına cavabını xüsusi vurğulayıb. Ərtoğrul Cavid “Dünənkindən pis, sabahkından yaxşı”, Əkrəm Cəfər “Ürəyin istəyən kimi”, Abbas Zamanov “Şikayətlənməyə əsas yoxdur” cavabını verirmiş.

Onun sözlərinə görə, Abbas müəllim çətin həyat yolu keçsə də, heç zaman şikayətlənməyib, gördüyü bütün işləri vicdanının hökmü ilə həyata keçirib. 1968-ci ildən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə direktor təyin edilib və o illərdən, demək olar ki, diasporsayağı işlər görməyə başlayıb: “Cənubi Azərbaycan yazarları haqqında bilgilər paylaşırdı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında əlaqələrin qurulmasında iştirak edirdi. Böyük azərbaycançılar dəstəsi formalaşdırmışdı. Onun yaratdığı “Vətən” cəmiyyəti sonralar Diaspor Komitəsinin yaranmasına səbəb oldu”.

Professor Qəzənfər Paşayev “Abbas Zamanov və beynəlxalq əlaqələr” mövzusunda məruzəsində vurğulayıb ki, Abbas müəllim böyük şəxsiyyət olub: “Ədəbi əlaqələr sərhəd bilmir, fədakar insanların sayəsində yaranır. Belə fədakarlardan biri də Abbas müəllimdir. O, təmənnasız təbliğatçı idi. Bir çox ədəbi əlaqələrin qurulmasında sistemli şəkildə məşğul olub. Mən xoşbəxtəm ki, onunla yaxşı münasibətim olub”.

Sonra filologiya elmləri doktorları, professorlar Şirindil Alışanlı “Klassik ədəbi irs Abbas Zamanovun araşdırmalarında” və Tahirə Məmməd “Milli kimlik uğrunda ziyalı mübarizəsi” mövzularında məruzə ediblər.

Abbas Zamanovun nəvəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülgün Əliyeva “Yaddaşlardan silinməyən alim” mövzusunda çıxış edərək, ailəsi adından elmi sessiyanın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü çatdırıb.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!