“Abad şəhərin bərbad bazarı”
"Azərbaycan” qəzetinin 22 iyun 2018-ci il tarixli sayında "Abad şəhərin bərbad bazarı” sərlövhəli tənqidi məqalə dərc edilmişdi. Məqalədə Cəlilabad şəhəri mərkəzi bazarında hökm sürən natəmizlik, antisanitariya və digər nöqsanlardan söhbət açılır, cənub bölgəsinin ətraf rayonlarının, hətta ölkəmizə dincəlməyə gələn xarici vətəndaşların da alış-veriş üçün üz tutduqları bu bazarda günün tələblərinə uyğun səliqə-sahman yaradılmasının vacibliyi diqqətə çatdırılmışdı.
Tənqidi məqalə tədbir görülmək üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə göndərilmişdir. Bu günlərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyevin imzası ilə aldığımız cavab məktubunda deyilir:
"Hörmətli redaksiya! "Azərbaycan” qəzetinin 22 iyun 2018-ci il tarixli sayında dərc edilmiş "Abad şəhərin bərbad bazarı” sərlövhəli tənqidi məqalə Qida Təhlükəsizliyi Agentliyində geniş müzakirə olunmuşdur. Agentliyin müvafiq regional bölmə əməkdaşları tərəfindən bazara baxış keçirilmişdir. Bununla əlaqədar akt tərtib edilmişdir. Faktlar doğrudur. Məqalədə qeyd olunan nöqsanların aradan qaldırılması üçün bazar rəhbərliyinə lazımi tapşırıqlar və tövsiyələr verilmişdir. Bazarın gündəlik sanitariya vəziyyəti ciddi nəzarətə götürülüb, kənd təsərrüfatı məhsulları və sənaye mallarının günün tələblərinə uyğun satışı üçün normal şərait yaradılır, bazarın giriş-çıxış yolları təmir edilir və ətraf ərazisində səliqə-sahman yaradılır”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!