18 Fevral 2023 00:32
975
ELANLAR
A- A+
"AAzərenerji" ASC 330/110/10 kV-luq "Ələt AİZ" Yarımstansiyasının tikintisi, "Qobu" ES-də 330 kV-luq APQ-də və "Cənub" ES-də 330 kV-luq QPQ-də genişlənmə tədbirlərinin icrası, yeni xətt üçün əlavə 330 kV-luq yuvaların quraşdırılması işlərinin satın alınması üzrə açıq tender elan edir

"AAzərenerji" ASC 330/110/10 kV-luq "Ələt AİZ" Yarımstansiyasının tikintisi, "Qobu" ES-də 330 kV-luq APQ-də və "Cənub" ES-də 330 kV-luq QPQ-də genişlənmə tədbirlərinin icrası, yeni xətt üçün əlavə 330 kV-luq yuvaların quraşdırılması işlərinin satın alınması üzrə açıq tender elan edir

 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 2 500 (iki min beş yüz) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu əldə edə bilərlər (əlaqələndirici şəxs: Həmid İsazadə, telefon: 490-09-27, 598-05-56).
Hesab: AZ35AIIB33020019441024659102
VÖEN: 9900000421
Bank: "Kapital Bank" ASC Mərkəz Filialı
Kodu: 200026
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi, zərflərin açıldığı tarixdən sonra ən azı 50 bank günü qüvvədə olmalıdır;
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı. Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yəni tender təklifləri olan zərflərin açılışı günündən sonra ən azı 80 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;  
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə analoji işlərə uyğun elektrik stansiyaların, yarımstansiyaların və elektrik verilişi xətlərinin tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər. Eləcə də, yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 30 000 000 (otuz milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması; 
- iddiaçı şirkətin analoji işlərə uyğun elektrik stansiyaların, yarımstansiyaların və elektrik verilişi xətlərinin tikintisi işləri üzrə ən azı 3 oxşar layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədləri; 
- iddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər (tərcümeyi-halları).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 mart 2023-cü il saat 15:00-a qədər, bank təminatını, tender təklifini isə 29 mart 2023-cü il saat 15:00-a qədər Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10 ünvanına, "Azərenerji" ASC-nin Ümumi şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların tender təklifləri 30 mart 2023-cü il saat 15:00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır.
Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların elektron poçt ünvanlarına müraciət əsasında göndəriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri onlayn qaydada iclasda iştirak edə bilərlər.

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!