9 May qələbəsinin qazanılmasında Azərbaycanın xüsusi rolu olub
79 ildir ki, mayın 9-u keçmiş ittifaq respublikalarında, həmçinin ölkəmizdə Qələbə günü kimi qeyd olunur. Azərbaycanın oğul və qızları da İkinci Dünya müharibəsində böyük fədakarlıq və qəhrəmanlıqlar göstəriblər. 79 ildir ki, bu qəhrəmanlıqlar, eləcə də müharibənin ağrı-acıları xatirələrdə, kitablarda yaşayır.
Respublika Xatirə Kitabı Redaksiyasının kollektivi bu istiqamətdə böyük işlər görür, ciddi araşdırmalar aparır. Araşdırmalar nəticəsində isə bir-birindən dəyərli kitablar hazırlanaraq oxuculara təqdim olunur.
Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bizimlə söhbəti zamanı insanlara ağrı-acılar gətirən müharibələrdən və bu mövzuda hazırladıqları nəşrlərdən söz açdı. Dedi ki, bəşər övladı yaranandan müharibələr onu qara kabus kimi izləyib: "Zaman-zaman müxtəlif səbəblərdən baş vermiş müharibələrdə insanlar həlak olub, ölkələr viran qalıb. Həm Birinci və İkinci Dünya, həm də Birinci və İkinci Qarabağ müharibələri xalqımızın taleyində sağalmaz yara kimi qalmaqdadır. XX əsrin ortalarında alman faşizminin dünyaya ağalıq iddiasına düşməsi böyük fəlakətlərə gətirib çıxardı. Hitlerin başladığı sürətli müharibə dalğası Azərbaycanın hüdudlarına qədər gəlib çıxdı. Faşist Almaniyasının keçmiş ittifaqın ərazilərinə hücumu ilə qanlı müharibə başladı. Azərbaycan xalqının cəsur övladları da cəbhəyə getdilər. Xalqımız qısa müddət ərzində faşizmə qarşı mübarizə aparmaq üçün səfərbər oldu. Bakı nefti qələbənin qazanılmasında böyük rol oynadı. Respublikamızdan 700 min nəfərə yaxın vətəndaş cəbhəyə yollandı. Təəssüflər olsun ki, onlardan 300 mindən çoxu döyüşlərdə həlak oldu. Faşizmə qarşı döyüşənlərdən 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 30 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olundu. Azərbaycan xalqı döyüşlərdə təkcə canlı qüvvə ilə yox, həm də nefti ilə iştirak edib. Müharibə illərində SSRİ-də hasil olunan neftin 72 faizini Bakı verib. Tarixçilərin fikrincə, döyüşə gedən hər 10 tankın, hər 10 təyyarənin 7-si Bakı nefti ilə işləyib. Deməli, tarixi qələbənin qazanılmasında ön cəbhədə vuruşan azərbaycanlılarla yanaşı, arxa cəbhədə fədakarlıq göstərən soydaşlarımızın da əməyi çox böyükdür. Ümummilli Lider Heydər Əliyev İkinci Dünya müharibəsindən bəhs edərkən demişdir: "Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir".
Nəzakət xanım daha sonra söhbətinə davam edərək dedi ki, xalqımızın övladlarının həmin savaşda göstərdiyi qəhrəmanlıqları tarixiləşdirmək istiqamətində kollektivimiz dəyərli işlər görür: "Çalışırıq ki, atalarımızın, babalarımızın alman faşizminə qarşı apardığı döyüşləri, onların bu döyüşlərdə qəhrəmanlıqlarını gələcək nəsillərə çatdıraq. Qoy gənclərimiz igidliyi, qəhrəmanlığı onlardan öyrənsinlər.
Respublika Xatirə Kitabı Redaksiyasının yaradılmasında başlıca məqsəd də elə İkinci Dünya müharibəsində, məhəlli münaqişələrdə, Polşa, Çexoslovakiya, Macarıstan hadisələrində, Əfqanıstan müharibəsində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Birinci və İkinci Qarabağ müharibələrində həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında çoxcildlik ensiklopediya hazırlamaqdır. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, Ümummilli Lider Heydər Əliyevin şəxsi göstərişi ilə bu mühüm iş 1 may 1997-ci ildən birbaşa Respublika Xatirə Kitabı Redaksiyasına tapşırılıb. Buna əsaslanıb deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev Respublika Xatirə Kitabı Redaksiyasının yaradıcısıdır. Gərgin araşdırmalarımız nəticəsində məlum oldu ki, xalqımızın qəhrəman oğul və qızlarının adları təkcə SSRİ-nin şəhər və rayonlarının tarixində deyil, Terek, Don, Volqaboyu ərazilər, Dnepr sahilləri, uzaq diyarlar - Polşa, Macarıstan, Fransa, İtaliya və Yuqoslaviyada da məşhurdur, onların qəhrəmanlıqları böyük bir salnamə kimi əksini tapır. Bu ölkələrin qardaşlıq qəbiristanlıqlarında faşizmlə mübarizədə həlak olmuş digər xalqların nümayəndələri ilə yanaşı, minlərlə Azərbaycan övladları da uyuyur.
Redaksiyamızın əsas işlərindən biri də bu insanların döyüş yollarından, qəhrəmanlıqlarından yazmaq, həlak olduqları, itkin düşdükləri yerləri müəyyənləşdirərək dəqiq məlumat əldə etmək və xatirələrini əbədiləşdirməkdir. Üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməklə biz böyük bir epoxanın tarixini gələcək nəsillərə çatdırırıq".
İnsan talelələri bütün ölkələrin xatirə kitablarında faktlara əsaslanmış gerçəklərlə öz əksini tapıb. Bizim də nəşr olunmuş xatirə kitablarında minlərlə soydaşımız barədə ictimaiyyətə indiyə qədər məlum olmayan həqiqətlər yer alıb. Kitablarda dərc olunan faktlar ciddi tarixi resurslara əsaslanıb. İnsanlara ölüm gətirən müharibənin yaratdığı faciələr burada dolğun şəkildə oxuculara çatdırılır. Bu da yaradıcı kollektivin vətənpərvərlik hissinin yüksək olduğunu göstərən mühüm amillərdən biridir.
9 May - Qələbə günü xalqımız üçün xüsusi əhəmiyyət daşıyır. Bu günün tarixə əbədi yazılmasında ölkəmizin də xüsusi payı var. Buna görə də İkinici Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının qəhrəmanlığı heç vaxt yaddaşlardan silinməyəcək. Çünki bu qəhrəmanlıqlar gənc nəsil üçün əsl vətənpərvərlik nümunələridir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İranda helikopter qəzasında həlak olanların nəşi Təbrizə göndərilib
20 May
XİN: Azərbaycan qardaş və dost İran ilə həmrəydir
20 May
İran Nazirlər Kabineti fövqəladə iclas keçirib
20 May
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
20 May
Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilir
20 May
Nazir müavini: Bazara rəqabətə davamlı məhsul təqdim etmək keyfiyyətin təmin edilməsi ilə mümkündür ...
20 May
Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası keçirilir
20 May
Mayın 20-si Ümumdünya Travmatologiya Günüdür
20 May
FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib
20 May
Latviya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib ...
20 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!