13 Sentyabr 2024 08:55
497
İDMAN
A- A+
8-ci dəfə 

8-ci dəfə 

 

Pilotlar yarışa, bolidlər isə trekə hazırdırlar

 

Paytaxtımız Bakı sayca 8-ci dəfə möhtəşəm bir tədbirə - "Formula-1" Azərbaycan Qran-prisinə evsahibliyi edir. Sürətsevərlər planetin ən güclü 10 komandası və 21 pilotunun əzmkar mübarizəsinin şahidi olacaqlar. Yarışın keçiriləcəyi Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digər "Formula-1" treklərindən seçilir.  Şəhərin müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir və digərləri ilə müqayisədə burada maksimal sürətin qeydə alınacağı gözlənilir.
Pilotların yarışacağı avtomobillər - bolidlər də tam hazır vəziyyətdədir. Pilotların yarışacaqları trekdən qalib ayrılmaq üçün bütün güclərini səfərbər edəcəkləri şübhəsizdir.
Digər Qran-prilərdə olduğu kimi, paytaxtımızda yarışacaq komandalar da reqlamentə əsasən bu gün hər biri 1,5 saat davam edəcək iki sərbəst yürüşdə trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcəklər. Şənbə günü səhər sürücülər bir saatlıq məşq keçəcəklər. Adətən nahardan sonra sıralanma turu və ya təsnifat mərhələsi təşkil olunur. Bu turun yekun nəticəsinə görə, sürücülərin bazar günü keçiriləcək yarışda start düzümü formalaşır.
Bakı küçələri 2016-cı ildən bəri 306 yarış dövrəsi boyu çoxlu hadisələrə şahid olub. Dramatik vəziyyət, trekdə qəzalar, partlayan təkərlər, bəzən aqressiya ilə müşahidə olunan qalibiyyət və məğlubiyyətlər yarışın xarakterik xüsusiyyətləridir. Son altı yarışda qalib gəlmiş altı fərqli pilot eyni zamanda yarışın ən sürətli dövrəsinə imza atıb. İndiyədək Bakıda azarkeşlər bir çox hadisəyə - trek insidentlərinə, çoxsaylı qırmızı bayraqlara və təhlükəsizlik maşınlarına şahid olublar. Bundan əlavə, yarışlardan yalnız birində hər dövrəyə liderlik edən bir lider pilot olub. Orta hesabla hər il keçirilən Azərbaycan Qran-prisində yarış boyu ilk üç pilot liderlik üzrə mübarizəyə qoşulub. Daha gərgin liderlik mübarizəsi ilə yadda qalan 2021-ci il yarışında isə bu rəqəm beşə yüksəlib.
Artıq dünyadakı "Formula-1" həvəskarları bu yarışı Bakısız təsəvvür etmirlər. Xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası bu yarışlarda özünəməxsusluğu ilə seçilir. Trekin uzunluğu 6 kilometrdən bir qədər artıqdır.  Bu, uzunluğuna görə dünyada ikincidir.
Unikal xüsusiyyətlərə sahib olan Bakı Şəhər Halqası ətrafındakı tribunaların sayı doqquzdur. Bunlar "Abşeron", "Azneft, "Muğam", "Sahil", "İçərişəhər", "Qız qalası", "Bulvar", "Xəzər" və "Filarmoniya" tribunalarıdır. Həmçinin ayaqüstü zonalar üçün də bilet satışı həyata keçirilir. Ümumi tamaşaçı tutumu (ayaqüstü zonalar daxil olmaqla) 30 minə yaxındır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi isə İçərişəhər ətrafında olan bölmələrində yerləşir. Ən ensiz hissəsi 7,6 metrdir (Qoşa qala divarlarının yanı). Start xətti Azadlıq meydanında başlayıb, finiş xətti isə Abşeron tribunasının qarşısında tamamlanır. Təyin olunan trekboyu döngələrin sayı 20-dir.
"Formula-1"  yarışlarının yaranma tarixi XX əsrin 20-ci illərinə təsadüf edir. 1920-30-cu illər təşkil olunan Avropa Qran-pri turnirləri qısa müddət ərzində böyük marağa səbəb olur. Lakin İkinci Dünya müharibəsinin başlaması ilə bu yarışlara da fasilə verilir. Yalnız müharibədən sonra yenidən aktiv fəaliyyətə başlayan FİA, "Formula" yarışlarına  yeni qaydalarla start verilir.
Bu növ üzrə ilk rəsmi dünya çempionatı isə 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trekində təşkil olunub. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparıb. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci gələn "Alfa Romeo"nun italiyalı pilotu Cüzeppe Nino Farina "F1" yarışının ilk qalibi kimi tarixə düşüb. Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio olub. Lakin sonralar X.M.Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxıb. Belə ki, o, karyerası ərzində 5 dəfə (1951-ci, 1954-cü, 1955-ci, 1956-cı və 1957-ci illərdə) dünya çempionu adını qazanmaqla rəqiblərinə aman verməyib. 
Hər il "Formula-1" üzrə dünya çempionatı çərçivəsində Qran-pri adlanan bir neçə mərhələ yarışı keçirilir. Bu mərhələlər müxtəlif ölkələrdə, o cümlədən Avstraliya, Monako, Bəhreyn, İspaniya və digər ölkələrdə təşkil edilir. 
Dünyada geniş tamaşaçı auditoriyasına malik olan bu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunları və futbol üzrə  dünya  çempionatından geri qalır. Daha çox sürət həvəskarının maraq dairəsində olan "Formula-1" Qran-priləri bir zamanlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanın dörd bir tərəfində təşkil edilir. "Formula-1"də qələbə uğrunda komandalar və heyətində pilotlar mübarizə aparır. Hər komandada iki pilot və buna müvafiq olaraq iki bolid olmalıdır. Mövsümboyu keçirilən "Formula-1" Qran-pri yarışlarında ən çox xal toplayan pilot dünya çempionu olur. 

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!