6 ayda sahibkarların “Azərişıq” ASC-yə müraciətlərinin sayı 3 dəfə artıb
2019-cu ilin arxada qalan yarım ili ərzində "Azərişıq” ASC-yə "ASAN xidmət”, "ASAN Kommunal” və elektron qaydada 5200 sahibkar obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün müraciət edib ki, bu da 2018-ci ilin birinci yarım ili ilə müqayisədə 3 dəfə çoxdur. Belə ki, ötən ilin müvafiq dövründə 1642 sahibkar obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün müraciət etmişdi.
Sahibkarların müraciətlərinin sayında ciddi artımın müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərman imzalaması və şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurların isə 3-dən 2-yə endirilməsi kifayət qədər ciddi islahat sayılır. Bundan başqa, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, ən əsası isə "Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən hazırlanan elektron müraciətlərin idarəolunması sisteminin Elektron Hökumət portalına inteqrasiya edilməsi də sahibkarların və ya vətəndaşların onlayn qaydada müraciət etməklə bir neçə dəqiqə ərzində işini yekunlaşdırmasına şərait yaradıb.
2019-cu ilin arxada qalan 6 ayı ərzində "Azərişıq” ASC-yə "ASAN xidmət”, "ASAN Kommunal” və elektron qaydada müraciət edən vətəndaşların da sayında 2 dəfədən çox artım olub. Belə ki, ötən ilin birinci yarısında 9500 vətəndaş evinə, bağına, yaxud həyətinə işıq çəkdirmək üçün müraciət etmişdisə, bu ilin yarım ili ərzində 2075 vətəndaş elektrik şəbəkəsinə qoşulmaqla bağlı "Azərişıq” ASC-yə müraciət edib. Ümumilikdə isə "Azərişıq” ASC-nin, "ASAN xidmət” və "ASAN Kommunal” vasitəsilə göstərdiyi 15 xidmət üzrə 2019-cu ilin arxada qalan yarım ili ərzində 148 min müraciət olunub ki, bu da ötən ilkindən 47 min müraciət çox deməkdir. Xatırladaq ki, ötən ilin müvafiq dövründə 101 min müraciət daxil olmuşdur.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!