06 İyul 2022 02:04
1563
SİYASƏT
A- A+
4 ayda 4 məktub

4 ayda 4 məktub

 

Azərbaycan və ABŞ prezidentlərinin səmimi münasibətləri strateji tərəfdaşlığa sadiqliyin göstəricisidir

 

Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən aparıcı ölkələrindən biri olan ABŞ-la münasibətlərin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi önəm verir. Həmçinin ABŞ da Azərbaycanla münasibətləri daha da genişləndirmək üçün müəyyən addımlar atır. 

Son 20 ildə demokratları və ya respublikaçıları təmsil etməsindən asılı olmayaraq, dünyanın fövqəldövlətinə rəhbərlik etmiş prezidentlər və onların administrasiyaları Azərbaycanla münasibətlərə yüksək ehtiramla yanaşıblar. Rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də qlobal problemlərin həllində yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir.

 

30 illik diplomatik münasibətlər, dostluq və əməkdaşlığın davamlı inkişafı

 

Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin 30 ili tamam olub. Ötən müddət ərzində mövcud olan əlaqələr davamlı inkişaf edərək yeni yüksəliş mərhələsinə çatıb. Bunu iki ölkə arasındakı enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə güclü təmaslar da təsdiqləyir. Münasibətlərin yüksələn xətt üzrə inkişafı bu baxımdan diqqəti daha çox cəlb edir. 

Mövcud əlaqələrin getdikcə daha da dərinləşməsinə,  şaxələnməsinə mühüm töhfə verən ən əsas amil isə iki ölkə prezidentlərinin qarşılıqlı səmimi münasibətləridir. ABŞ Prezidenti Co Baydenin son 4 ayda İlham Əliyevə ünvanladığı 3 məktub, Azərbaycan Prezidentinin 4 iyul ABŞ-ın Müstəqillik Günü münasibətilə Co Baydenə məktubu  bunu bir daha təsdiqləyir. Bütün məktublarda prezidentlər əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək vurğulayırlar ki, davamlı tərəfdaşlıq və əməkdaşlığa hər zaman sadiqdirlər.

İlham Əliyev amerikalı həmkarına ünvanladığı məktubda qeyd edib ki, 30 ildir  Azərbaycanla ABŞ-ı dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Azərbaycan ilk gündən müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndirir. Məktubda vurğulanır ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam edir. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyət məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirilən irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətin əsas amillərindəndir: "Bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratmışdır. Ölkələrimizin enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığı nümunəvi xarakter daşıyır".

ABŞ Prezidenti Co Bayden isə İlham Əliyevə Novruz bayramı, 28 May Müstəqillik Günü və  Azərbaycanın evsahibliyi etdiyi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı ilə əlaqədar ünvanladığı məktublarında iki dövlət arasındakı əməkdaşlığın perspektivinə tam aydınlıq gətirib, Azərbaycanla əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.

Ağ ev rəhbərinin Müstəqillik Günü ilə bağlı təbrik məktubunda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı vurğulanıb.

 

Hər iki ölkə strateji tərəfdaşlığın daha da gücləndirilməsində maraqlıdır

 

Co Bayden ABŞ-ın hazırkı administrasiyasnın Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini bəyan edib.

"Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə evsahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir". ABŞ Prezidentinin Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı ilə əlaqədar İlham Əliyevə ünvanladığı məktubda yer alan bu fikirlər isə bir daha təsdiq edir ki, Ağ ev strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksələn əlaqələrin daha da gücləndirilməsində maraqlıdır.

Co Bayden vurğulayıb ki, Azərbaycan regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.

Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, xalqın yaşayış standartlarının yüksəldilməsi istiqamətində İlham Əliyevin davamlı addımlarını alqışladığını bildirən Co Bayden əməkdaşlığa yüksək dəyər verdiyini də qeyd edib. 

ABŞ Prezidentinin hər 3 məktubunda qeyd edilən fikirlərə əsaslanaraq deyə bilərik ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyinə və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir, Ağ ev İlham Əliyevin qətiyyətli siyasi kursunu təqdir edir.

 

ABŞ hər zaman İlham Əliyevin qlobal miqyaslı təklif və təşəbbüslərini təqdir edib

 

Ən mühüm məqam isə odur ki, ABŞ İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıq, sülhün və təhlükəsizliyin təminatı və Ermənistanla sülh sazişinin bağlanması prosesində İlham Əliyevin atdığı addımları, irəli sürdüyü təşəbbüsləri dəstəkləyir. Bunu Co Baydenin İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı məktubdakı fikirlər də təsdiqləyir: "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır".

Göründüyü kimi, dünyanın super dövləti olan ABŞ İlham Əliyevin postmüharibə dövründə yürütdüyü siyasətə öz dəstəyini nümayiş etdirir. Qalib Komandan kimi bölgədə sülhün bərqərar olunmasını, yeni nəqliyyat-tranzit qovşağının və həmçinin yeni əməkdaşlıq platformalarının yaradılmasının təşəbbüskarı olan İlham Əliyevin təklifləri Avropa İttifaqı, BMT ilə yanaşı, ABŞ tərəfindən də təqdir edilir. 

ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılmasında, əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar da mühüm rol oynayıb. Digər tərəfdən ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu  Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır.

ABŞ-Azərbaycan münasibətlərinin daha da yaxınlaşmasını təsdiqləyən faktlara nəzər yetirsək görərik ki,  bu ölkənin bir çox şirkətləri uzun illərdir investor və podratçı qismində Azərbaycanda enerji və qeyri-enerji sektorlarında uğurlu fəaliyyət göstərirlər. Energetika sahəsində Azərbaycan ilə ABŞ arasında yüksək səviyyədə əməkdaşlıq var ki, bunun da nəticəsində nəhəng qlobal layihələr reallaşır. Bu da öz növbəsində regional inkişafa töhfəsini verir.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!