27 Noyabr 2024 08:15
1165
CƏMİYYƏT
A- A+
33 ildən sonra dalğalanan bayraq

33 ildən sonra dalğalanan bayraq


Qazaxın azad edilən 4 kəndində yaradılan sərhəd zastavaları ölkəmizin etibarlı müdafiə halqasıdır


Vətən müharibəsindəki Şanlı Zəfərimizdən sonra yaranan yeni reallıqlardan biri də ölkəmizin sərhəd toxunulmazlığının təminatıdır. 

Prezident İlham Əliyevin yeni dövr üçün müəyyənləşdirdiyi inkişaf konsepsiyasında ən başlıca məqamlardan biri sərhədlərimizin qorunmasıdır. Çünki Azərbaycanın qələbəsini həzm edə bilməyən, uğurlarına sevinməyən dairələr ölkəmizin daxilində öz çirkin ssenarilərini həyata keçirmək və sabitliyi pozmaq üçün bütün vasitələrə əl atırlar. 

Hətta bunu Azərbaycanın uğurla evsahibliyi etdiyi COP29 ərəfəsində nə qədər gerçəkləşdirməyə çalışsalar da, bütün planlar bumeranq effekti verdi. Dünya bir daha Azərbaycanın nəyə qadir olduğunu gördü. 

Prezident İlham Əliyev bütün çıxışlarında suverenliyini tam təmin etmiş Azərbaycanın sərhədlərinin toxunulmazlığı məsələsinə xüsusi olaraq diqqət çəkir və bununla bağlı çox ciddi tapşırıqlarını verir. Ölkəmizin sərhədləri elə qorunmalıdır ki, ən kiçik təhlükə belə yaşanmasın. Məhz bu səbəbdən də Azərbaycan sərhədlərinin mühafizəsini təşkil edən Dövlət Sərhəd Xidmətinin üzərinə böyük məsuliyyət düşür.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Dövlət Sərhəd Xidməti ən müasir hərbi texnika və avadanlıqlarla təmin olunur. Yeni sərhəd zastavaları tikilir, müasir infrastruktur yaradılır, sərhədçilərin peşəkarlığı artırılır, onların müasir qaydalara uyğun fəaliyyəti üçün böyük tədbirlər görülür. Sərhədçilər yaxşı bilirlər ki, sərhəd hər bir dövlətin rəmzidir, müstəqil dövlətin mühüm amillərindən biridir və onlar Müzəffər Ali Baş Komandanın əmrinə uyğun olaraq sərhədlərimizi göz bəbəyi kimi qoruyurlar. Bunun nəticəsidir ki, Azərbaycanda sabitlik var, ictimai-siyasi asayiş hökm sürür. 

Bir sözlə, ölkə daxilində təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Kənardan Azərbaycana təxribat məqsədilə gəlmək istəyən qüvvələrin qarşısı alınıb. Ölkə əhalisinin təhlükəsizliyi təmin olunub.


Ermənistan və Gürcüstanla olan sərhədlərimizin hər bir qarışı termal kameralarla izlənilir


Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Sərhəd Qoşunları Komandanlığının "Şəmkir" Sərhəd Dəstəsinin və "Qazax" Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisinə təşkil edilən mediatur zamanı bir daha yuxarıda söylədiyimiz fikirlərə əyani şahidlik etdik. 

"Şəmkir" Sərhəd Dəstəsinin fəaliyyəti ilə tanışlıqdan sonra təhlükəsizlik tədbirlərinə riayət etməklə Qazax rayonunun işğaldan azad edilmiş ərazilərinə və şərti dövlət sərhədinə dislokasiya olunan bölmələrdə və sərhəd-döyüş məntəqələrində yaradılan şəraitlə tanış ola bildik. Şəmkirdən yola çıxıb bir neçə dəqiqəyə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasına yetişdik.

Xatırladaq ki, 2023-cü il avqustun 7-də Prezident İlham Əliyev Qazax rayonuna səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasında yaradılan şəraitlə tanış olmuşdur. 20,5 hektar ərazini əhatə edən hərbi hissə kompleksinə qərargah binası, 5 binadan ibarət 146 mənzilli yaşayış kompleksi, yeməkxana, hamam, camaşırxana və tibb məntəqəsindən ibarət əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları daxildir. Bununla yanaşı, kompleksin ərazisində helikopter meydançası, hərbi texnikaların saxlanması üçün avtomobil parkı, avtomobil yuma və yanacaqdoldurma məntəqələri, silah, ərzaq və əşya-geyim anbarları, içməli su anbarı, qazanxana binası mövcuddur.

Kompleksin idman şəhərciyində hərbi qulluqçuların idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılıb və voleybol meydançası yaradılıb. İstilik sistemi, daimi su və elektrik enerjisi ilə təmin edilən kompleksdə ehtiyat generatorlar quraşdırılıb. Ərazidə əsaslı tikinti-abadlıq işləri aparılıb, 23 min kvadratmetr sahə asfaltlanıb, geniş yaşıllıq salınıb, ağaclar əkilib.

Xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Burada jurnalistlərə "Qazax" Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirildi.

Diviziyada yaradılan müşahidə məntəqəsindən isə Qazax rayonu boyu bütün sərhəd zastavalarındakı durumu müşahidə və müxtəlif komandalarla idarə etmək də mümkündür. Müasir standartlara uyğun HTC tipli kameralarla təchiz olunmuş mərkəzdə Ermənistan və Gürcüstanla olan sərhədlərimizin hər bir qarışı diqqətlə izlənilir.


Həyəcan siqnalı - dronlar havaya qalxır, sərhədçilər itlər və atlarla hərəkətə başlayırlar

 

Diviziyada yaradılan şəraitlə tanışlıqdan sonra bir güllə atılmadan işğaldan azad edilən Qazaxın kəndlərində yaradılan sərhəd xidmətinin fəaliyyəti ilə maraqlanmaq üçün yola düşürük. 

Xatırladaq ki, bu ilin mayında Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülən Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni oxunub.

Bizim də ilk istiqamətimiz Babəkər yüksəkliyidir. O yüksəklik ki, həm Gürcüstan, həm də Ermənistanla sərhəddir. 

Zastavaya çatan kimi komandanlıq tərəfindən həyəcan siqnalı verildi. Şərti sərhəd pozucularının zərərsizləşdirilməsi əməliyyatını müşahidə etdik. Sərhədçilərimiz xüsusi itlər və atlarla hərəkət edərək qısa zamanda sərhəd pozucularını yaxalayırlar. Onlara bu işdə havadan müşahidəçilik edən dronlar da yardım edir. 

Məlumat verildi ki, son dövrdə dövlət sərhədini 10-20 kilometr məsafədə həm gecə, həm də gündüz mühafizə edə biləcək müasir kameraların tətbiqinə başlanılıb. Eləcə də sərhəd pozucuları aşkarlanarkən, sərhəd axtarışı həyata keçirilərkən həmin müasir dronlardan istifadə olunur. Həmçinin çətin relyef şəraitində sərhəd naryadlarının rahat hərəkət edə bilmədiyi istiqamətlərdə "KS-205" tipli sistemlər vasitəsilə sərhəd pozucuları aşkarlanaraq dərhal yaxalanır. 

Sərhəd pozucularına qarşı silahın tətbiqi son vasitədir. Sərhəd pozucuları dövlət sərhədini qeyri-qanuni pozmağa cəhd göstərdikdə, sərhəd naryadlarına silahlı müqavimət göstərdikdə, eləcə də digər təhlükəli hallarda sərhəd naryadı tərəfindən silah tətbiq olunur.


Ermənistanla sərhəddə dalğalanan bayrağımız düşmənə gözdağı verir


"Babəkər" Sərhəd Zastavasının fəaliyyəti ilə tanış olduqdan sonra Qazax rayonunun işğaldan azad olunan Xeyrımlı kəndinə yola düşürük. 

Bu kənddə DSX-nin Sərhəd Qoşunlarının hərbçiləri xidmət göstərir. Bir neçə metr irəlidə delimitasiya olunmuş Azərbaycan-Ermənistan sərhədi görünür.

Zastavanın xidmət göstərdiyi ərazidə üçrəngli bayrağımız dalğalanır. Buradan qarşı tərəf daim müşahidə altında saxlanılır. Hər hansı bir hərəkətlənmə qeydə alınarsa, dərhal aidiyyəti üzrə məruzə edilir.

Əvvəllər Ermənistan silahlı bölmələri bu yüksəkliklərdə oturub Məzəm kəndini atəş altında saxlayır, tez-tez təxribatlar törədirdilər. İndi üçrəngli bayrağımız düşmənə gözdağı verir. Zastavada əsgərlər üçün hər cür şərait yaradılıb. Kazarma, anbarlar, istirahət otaqları və sairə. 

Modul tipli vasitələrdən ibarət zastavanın yerində gələcəkdə böyük binalar inşa edilə bilər. Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov bizimlə söhbətində bildirdi ki, gələn il Qazaxın yeni işğaldan azad olunan Xeyrımlı, Aşağı Əskipara, Bağanıs Ayrım və Qızılhacılı kəndlərində yeni zastavaların inşa edilməsi planlaşdırılır. 

Mediaturun son ünvanı "Avey" Sərhəd Zastavası oldu. 

Zastavanın xidmət göstərdiyi ərazidə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Buradan qarşı tərəf daim müşahidə altında saxlanılır. Hər hansı bir hərəkətlənmə qeydə alınarsa, dərhal aidiyyəti üzrə məruzə edilir. Burada qədim alban məbədi də sərhədçilərimiz tərəfindən qorunur. 

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, polkovnik-leytenant Elnur Abdullayev dedi ki, sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar: "Bu kəndlərdə hazırda sərhədçilər xidməti yüksək səviyyədə təşkil edir. Eyni zamanda sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar. "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu yeddinci əsrdə tikilib. Bu qoruq Qazax rayonunun Daşsalahlı kəndində yerləşir. Qoruq DSX-nin Sərhəd Qoşunları və Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Hazırda yerləşdiyimiz yüksəklik Subsaksiz yüksəliyi adlandırılır". 

Burada xidmət çəkən sərhədçilərimizlə həmsöhbət olduq. Sərhədçilər onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək ərazi bütövlüyü və suverenliyi tam təmin edilən ölkəmizin sərhədlərinin keşiyində alnıaçıq, başı dik, ayıq-sayıq xidmət etməkdən qürur duyduqlarını bildirirlər. 

Vətənin mühafizə xəttini təşkil edən Sərhəd Qoşunlarında yaradılan şərait hər birimizdə xoş təəssürat yaradır. Əmin olursan ki, hava şəraitindən asılı olmayaraq, gecə-gündüz sərhədlərimizin keşiyini çəkən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları sanki bir qalxandır. Ölkəmizin strateji maraqlarını qoruyan strateji qurumlardan biridir. Sərhəd Xidmətinin hərbi qulluqçuları ölkəmizin qapılarını qoruyan ən önəmli qəhrəmanlardır.

Onlar ölkəmizin müdafiə halqasıdır... 

Onlar daim ayıq-sayıq Vətən keşikçisidirlər... 

Onlar sülh və təhlükə arasında duran gözəgörünməz güvən divarıdır.  

Dövlət Sərhəd Xidmətinin təşkil etdiyi budəfəki mediaturda iştirak edən hər kəs bir daha bütün bunlara canlı şahidlik etdi. Bir daha əmin olduq ki, Vətən sərhədləri etibarlı əllərdədir. Prezident İlham Əliyevin qarşıya qoyduğu strateji tapşırıq uğurla icra olunur.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"


Bakı-Şəmkir-Qazax-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:33
16 Yanvar

"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:33
16 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında

01:32
16 Yanvar

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

01:32
16 Yanvar

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:31
16 Yanvar

"Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:30
16 Yanvar

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında

01:29
16 Yanvar

"Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:29
16 Yanvar

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin NİZAMNAMƏSİ

01:27
16 Yanvar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan maye qazın (propan) və balonlara illik texniki xidmətlərin satın alınması məqsədilə müsabiqə elan edir

01:26
16 Yanvar

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

01:25
16 Yanvar

Hakan Fidan: Türkiyənin Hələbdəki Baş konsulluğu yanvarın 20-də fəaliyyətə başlayacaq  

22:14
15 Yanvar

Hitrou hava limanının rəhbərliyi: “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması bizi dərindən sarsıtdı  

22:12
15 Yanvar

Türkiyə Prezidenti Suriyanın yeni xarici işlər nazirini qəbul edib

22:10
15 Yanvar

Nazir: Noyabrda Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək  

22:09
15 Yanvar

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Qarsda birgə qış təlimində iştirak edəcəklər 

22:07
15 Yanvar

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

19:23
15 Yanvar

Belarusda prezident seçkilərini 40-dan çox ölkədən beynəlxalq müşahidəçilər izləyəcək  

18:20
15 Yanvar

Millimiz ilin ilk hazırlığına başlayıb

18:19
15 Yanvar

Paris-2024: Azərbaycan idmançılarının da Olimpiya medalları bərbad vəziyyətə düşüb  

18:18
15 Yanvar

Səyahət üçün ən maraqlı ölkələr

18:16
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!