15 Fevral 2020 16:44
3471
CƏMİYYƏT
A- A+
25 yaşında adını tarixə yazdıran qəhrəman: Azərbaycanın ilk təyyarəçisi Fərrux ağa Qayıbov

25 yaşında adını tarixə yazdıran qəhrəman: Azərbaycanın ilk təyyarəçisi Fərrux ağa Qayıbov


Qazaxın girişində möhtəşəm təyyarə abidəsi ucalır. Abidənin altındakı lövhədə bu sözlər yazılıb: "İlk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov.” O, Fərrux ağa Qayıbov ki, səmaların bağrını dəlib qırıcı təyyarəsi ilə düşməni qorxuya salıb.

AZƏRTAC xəbər verir ki, bu abidənin öz tarixçəsi var. Belə ki, 1971-ci ildə aviasiya Marşalı Pavel Kutaxov Qazax-Tovuz bölgəsindən SSRİ Ali Sovetinə deputat seçilib. Bir il sonra seçiciləri ilə görüşə gələn marşala Qazax ağsaqqalları, ziyalıları deyiblər ki, Birinci Dünya müharibəsində təyyarəçi həmyerlimiz Fərrux ağa Qayıbov igidliklə həlak olub. Marşal buna inanmayıb. Ona sənəd, şəkil tapıb, sübut edə bilməyiblər. Onda marşal deyib ki, "Moskvaya qayıdanda arxivi yoxlatdıracağam. Əgər doğrudan da sizin həmyerliniz təyyarəçi olubsa, söz verirəm ki, ona bir heykəl, nişangah qoyduracağam”. Arxivi yoxlatdırıb-dəqiqləşdirəndən sonra marşal Pavel Kutaxov Qazaxa ilk azərbaycanlı təyyarəçinin xatirəsinə həmin dövrün qırıcı təyyarəsinin maketini göndərib. Rayonun girişində ucaldılan abidə də məhz həmin təyyarədir.

Azərbaycanın ilk təyyarəçisi Fərrux ağa Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Orta Salahlı kəndində hərbçi ailəsində doğulub. O, imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri idi. 1877-ci ildə əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarda uzun illər nümunəvi xidmətinə görə poruçik rütbəsi alıb. Birinci Dünya müharibəsi başlayanda onu qərb cəbhəsindəki 11-ci aviasiya korpusuna göndərirlər. 1916-cı il sentyabrın 12-də "İlya Muromets” qırıcı təyyarəsinin heyətinə yeni döyüş tapşırığı - Borına kəndi ətrafında cəmləşən alman hərbi qüvvələrinin mövqelərini bombalayaraq düşmənə ağır zərbə endirmək tapşırığı verilir. Sonuncu olan bu tapşırıq zamanı Fərrux ağa həyatını itirsə də, göstərdiyi şücaətə görə ölümsüzlüyü qazanır.

Havada 4 alman qırıcısı ilə qarşılaşan Qayıbovun təyyarəsi düşmənlə qeyri-bərabər döyüşə girir. 3 alman qırıcısını məhv edən "İlya Muromets” təyyarəsi aldığı zədələrdən yerə çırpılır. Bundan sonra 4-cü alman təyyarəsi də Qayıbovun açdığı atəşlərdən idarəetməni saxlaya bilməyərək yerə düşür. Alman hərbçiləri təyyarəçimizin igidliyinə heyran qalırlar. Onlar, düşmən də olsa, F.Qayıbovun şücaətini dəyərləndirərək öz əsgərləri kimi dəfn edirlər.

25 il ömür sürən cəsur təyyarəçi indi də ehtiramla xatırlanır. "Qəhrəman təyyarəçimizin həyatı hər zaman muzeyin ziyarətçilərinin marağını çəkib. Fərrux ağa Qayıbov həlak olandan sonra Baş Qərargahın verdiyi məlumatı oxuyanda istər-istəməz fəxr edirsən: "Almanlar poruçik Qayıbovu şərəfli ölümü ilə əlaqədar hərbi ləyaqətlə dəfn ediblər. Məzarı üstündə yaylım atəşi açıblar". Əlbəttə, alman hərbçilər düşmən də olsa, Fərrux ağa Qayıbovu qəhrəmanlara məxsus hərbi ənənənə ilə dəfn ediblər. Bu da düşmənin onun qəhrəmanlığına verdiyi bir qiymətdir”, - deyə Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova bildirib.

Qazax Tarix-Diyarşünaslıq Muzeyində F.Qayıbova həsr olunan guşə də var. Muzeydə onun çar hökuməti tərəfindən təltif olunduğu medallarının surətləri nümayiş etdirilir. Buraya Türkiyədən, Gürcüstandan da gələnlər olur. Hətta ötən il 40 xarici ölkənin diplomatik heyəti də bu muzeyə baş çəkib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!