17 Yanvar 2026 08:55
167
CƏMİYYƏT
A- A+
2025-ci il samuxlular üçün yaddaqalan oldu

2025-ci il samuxlular üçün yaddaqalan oldu


Samuxda rayon icra hakimiyyətinin 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr edilmiş  hesabat yığıncağı keçirilmişdir.

RİH-in  başçısı yanında şura üzvlərinin, xidmət sahələri rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən yığıncaqdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.

Heydər Əliyev Mərkəzində keçirilən yığıncaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Sonra RİH-in başçısı Firdovsi Əliyev bir il ərzində rayonda görülən işlərə dair məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, Zəfərin beşinci ilini qürurla qeyd etdiyimiz və artıq yola saldığımız 2025-ci il ölkəmizin həyatında bütün sahələr üzrə qazanılan uğurlarla yadda qaldı: "İstər iqtisadi-siyasi və hərbi sahədə, istərsə də diplomatik müstəvidə çoxsaylı əlamətdar hadisələr yaşandı. Söz yox ki, bütün bunlar-Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərindən tutmuş, Azərbaycanın beynəlxalq platformalarda qazandığı nüfuzacan - təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun uğurla və məqsədyönlü şəkildə davam etdirilən siyasət sayəsində mümkün olmuşdur.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Elvin Azadəliyev çıxış etmişdir. Bildirmişdir ki, müasir Azərbaycan dövləti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf dövrünü yaşayır. Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri kimi nüfuz qazanmışdır.

Sonra YAP rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Su Meliorasiya  Sistemləri İstismar İdarəsinin   rəisi Məmməd Məmmədov, "Azərişıq" ASC-nin Samux rayon Elektrik  Şəbəkəsinin rəisi  Yadigar Bağırov və rayon Ağsaqqallar Şurasının sədri Fidayıl Əliyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə  daxili və xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən söz açmışlar.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

11:15
17 Yanvar

Rusiya ilə Ukrayna arasında Zaporojye AES-lə bağlı atəşkəs elan edilib

11:00
17 Yanvar

Əmək qanunvericiliyində yeniliklər-SİYAHI  

10:56
17 Yanvar

Venesuelanın müdafiə naziri: ABŞ-ın əməliyyatında 83 nəfər ölüb  

10:08
17 Yanvar

Bilmək istəyirəm

09:25
17 Yanvar

Uşaqlar cəmiyyətin sabahıdır

09:20
17 Yanvar

Rəssamın uğurlu bədii yaradıcılıq yolu

09:15
17 Yanvar

Qloballaşan dünyada milli kimlik konsepsiyası

09:10
17 Yanvar

Təzə ilin ilk günlərindən Lənkəran abadlaşmaqda davam edir

09:05
17 Yanvar

Təxtənəkəran camaatı kənddə yaradılan şəraitdən razıdır

09:00
17 Yanvar

2025-ci il samuxlular üçün yaddaqalan oldu

08:55
17 Yanvar

Yeni il yeni hədəflər deməkdir

08:50
17 Yanvar

Fermerin məsləhətçisi alim olmalıdır

08:45
17 Yanvar

Etimad quruculuğu

08:40
17 Yanvar

Azərbaycanın xarici siyasəti və postmünaqişə çağırışları

08:35
17 Yanvar

Ötən il Azərbaycan üzərindən yüklərin daşınmasında rekord göstərici qeydə alınıb

08:30
17 Yanvar

Sülh yolunda həlledici mərhələ

08:27
17 Yanvar

20 Yanvar - qanla yazılmış qəhrəmanlıq səhifəsi

08:25
17 Yanvar

Sülh prosesi yeni və məhsuldar dönəmə qədəm qoyub

08:20
17 Yanvar

Qarabağ və Şərqi Zəngəzurda sosial-iqtisadi fəallıq yüksəlir

08:15
17 Yanvar

Əmək münasibətlərində hansı yeniliklər olacaq

08:10
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!