Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Üç avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

15 May 2018
Üç avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentliyin sifarişi əsasında, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə, Binəqədi rayonu, Balaxanı-Xırdalan, Novxanı-Binəqədi, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu-Hökməli avtomobil yollarında üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır. Bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.