Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ekologiya və təbii sərvətlər naziri Salyan rayonunda vətəndaşları qəbul edəcək

14 Fevral 2018
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevralın 22-də Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş saat 10:00-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Cavadxan küçəsi, 15) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-407-45-54, 050-381-38-91, 025-24-5-27-93) xahiş olunur.