Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağsuda təşkil olunan pulsuz tibbi müayinədən 400-dən çox vətəndaş yararlanıb

07 Noyabr 2017
 

“ASAN xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə noyabrın 7-də Ağsuda növbəti ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində 400-dən çox vətəndaşın müraciəti qeydə alınıb. Qeydə alınan vətəndaşlar ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.

Qeyd edək ki, səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətinin, sağlam həyat tərzinin təbliği, ən əsası isə aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin təşkilidir.

Aksiya gün ərzində saat 10:00-dan 18:00-dək Ağsu şəhəri, Heydər Əliyev Mərkəzində keçirilib.