Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

OPEC: Bu il Azərbaycanda gündəlik neft hasilatı azalacaq

11 Oktyabr 2017
Bu il Azərbaycanda gündəlik neft hasilatının orta hesabla 60 min barrel azalaraq sutkada 790 min barrel olacağı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, 2018-ci ildə isə ölkə üzrə gündəlik neft hasilatı 50 min barrel azalaraq 740 min barrel olacaq.

Qeyd edək ki, cari ilin sentyabr ayında respublika üzrə gündəlik neft hasilatı 785,7 min barrel olub. Bunun 733 min barrelini xam neft, 52,7 min barrelini kondensat təşkil edib. Gündəlik 627 min barrel xam neft, 52,7 min barrel kondensat, 19,3 min barrel isə neft məhsulları ixrac edilib.

Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda isə 734,8 min barrel olub.