Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsa Həbibbəyli: Kolumbiyada Azərbaycan ədəbiyyatının tanıdılmasına ehtiyac var

27 Sentyabr 2017
Sentyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda kolumbiyalı yazıçı, professor Konrado Zuluaqa ilə görüş təşkil olunub.

AZƏRTAC xəbər verir ki, görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elmi müəssisənin inkişaf tarixindən, beynəlxalq əlaqələrindən danışıb. Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələri sürətlə inkişaf etməkdədir. Kolumbiyalı yazıçı ilə görüşün bu elmi müəssisənin xarici əməkdaşlığının genişləndirilməsi baxımdan əhəmiyyəti böyükdür. Çünki bu tədbirlə Azərbaycan-Kolumbiya ədəbi əlaqələrinin əsası qoyulur. Akademik bu gün qurulan əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib. Diqqətə çatdırılıb ki, məşhur kolumbiyalı yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin əsərlərinin böyük qismi Azərbaycan dilinə tərcümə olunub və oxucularımız tərəfindən həvəslə mütaliə edilir. İ.Həbibbəyli deyib: “Hesab edirəm ki, Kolumbiyada da Azərbaycan ədəbiyyatının tanıdılmasına ehtiyac var”.