Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan - Oman matçının vaxtı dəyişdirildi

20 May 2017
 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən futbol yarışının təqvimində dəyişiklik edilib.

Əməliyyat komitəsindən verilən məlumata görə, turnirin final matçı nəzərdə tutulduğundan gec başlayacaq. Belə ki, Azərbaycan və Oman milliləri arasında mayın 21-də keçiriləcək qarşılaşma saat 20:00-da deyil, 21:00-da start götürəcək. Buna səbəb kimi teleyayım və azarkeşlərin matça daha çox gəlməsi idi.

Final matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.