Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan İstanbulda beynəlxalq turizm və səyahətlər sərgisində təmsil olunur

26 Yanvar 2017
Türkiyənin İstanbul şəhərində yerləşən Sərgi və Konfranslar Mərkəzi - TÜYAP-da “EMİTT 2017” (East Mediterranean İnternational Tourism and Travel Exhibition) 21-ci beynəlxalq turizm və səyahətlər sərgisi açılıb.

Sərgidə ölkəmiz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qurulmuş bölmədə təmsil olunur. Bölmədə Azərbaycanın böyük turizm imkanlarını əks etdirən lövhələr, reklam şitləri quraşdırılıb. Ölkəmizin ən böyük turizm şirkətləri, istirahət mərkəzləri və otellər öz xidmətlərini ziyarətçilərə təklif edirlər. “Duzdağ” otel, “PİC PALACE”, “RİTM Travel”, “Dervish Travel” və s. kimi şirkətlər də var. Təmsilçi şirkətlər monitorlarda Azərbaycanın turizm obyektləri, ölkəmizin səfalı bölgələri, o cümlədən özlərinin xidmətlərinə dair videolar nümayiş etdirilər.

Yanvarin 26-da keçirilən sərginin açılış mərasimdə Türkiyənin rəsmi şəxsləri, təşkilat komitəsinin rəhbərləri, tanınmış turizm şirkətlərinin təmsilçiləri çıxışlarında qardaş ölkədə keçirilən ənənəvi turizm və səyahətlər sərgisinin əhəmiyyətindən bəhs ediblər.

Sərgi yanvarın 30-dək davam edəcək.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul