08 May 2024 15:27
272
Elm və texnika
A- A+

“Apple”ın yeni planşeti təqdim edilib

 

“Apple” şirkəti yeni “iPad Pro” ilə yanaşı, “iPad Air” modelini də təqdim edib. “iPad Air” planşeti iki versiyadadır. Birinci versiya 11 düym ölçülü ekrana, ikinci versiya isə 13 düym ölçülü ekrana sahibdir. Prosessor istisna olmaqla yeni planşet əvvəlkilərdən heç nə ilə fərqlənmir.
“iPad Air” “Apple M2” prosessoru vasitəsilə çalışır. Şirkətdən bildirilib ki, “M1” vasitəsilə çalışan “iPad Air”dən fərqli olaraq yeni “iPad Air”dəki “M2”nin mərkəzi prosessoru 15 faiz, qrafik çipi 25 faiz, neyron çipi isə 40 faiz daha sürətlidir. Hər iki modelin gövdə qalınlığı 6.1 mm təşkil edir.
“Apple” bildirib ki, yeni “iPad Air”in gövdəsi 100 faiz təkrar emal edilmiş alüminiumdan hazırlanıb. 11 düym ekranlı modelin ekran keyfiyyəti 2360x1640 piksel təşkil edir və onun parlaqlıq səviyyəsi 500 nit-dir. 13 düym ekranlı modelin ekran keyfiyyəti isə 2732x2048 piksel təşkil edir və onun parlaqlıq səviyyəsi 600 nit-dir. Hər iki modeldə ekran “Liquid Retina”dır.
Yeni “iPad Air” 12 MP-lik arxa kameranı və 12 MP-lik ön kameranı birləşdirir. Planşet 128/256/512 GB/1 TB daxili yaddaş həcminə, “Touch ID”yə, Wi-Fi 6E dəstəyinə və “Apple Pencil” dəstəyinə sahibdir. Yeni iPad Air-in satışlarına gələn həftə start veriləcək.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video