04 Sentyabr 2024 18:52
4545
CƏMİYYƏT
A- A+
Bakıda “Kağızsız Hökumət: Rəqəmsallaşma və innovasiyanın ətraf mühitə təsiri” adlı beynəlxalq tədbir keçirilib

Bakıda “Kağızsız Hökumət: Rəqəmsallaşma və innovasiyanın ətraf mühitə təsiri” adlı beynəlxalq tədbir keçirilib

 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 4-də Bakıda “Kağızsız Hökumət: Rəqəmsallaşma və innovasiyanın ətraf mühitə təsiri” adlı beynəlxalq tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir “29 İqlim söhbəti: COP29-a gedən yol” silsilə tədbirlər proqramı çərçivəsində baş tutub.

Beynəlxalq tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva və başqaları çıxış edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən nazir müavini Samir Məmmədov Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal rolundan danışıb.

“Rəqəmsallaşma və innovasiyanın gücündən yararlanaraq ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafın təmin edilməsi prinsipləri bizim gələcəyə baxışımızın əsasını təşkil edir. COP29 sammiti Azərbaycanın rəqəmsal transformasiya və innovativ həllərlə dayanıqlılıq, yaşıl iqtisadiyyat, o cümlədən təbiətin qorunması üzrə təşəbbüslərinin nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, texnologiya və səmərəlilik prinsiplərini birləşdirərək, biz iqtisadi artım və ekoloji məsuliyyətin bir araya gəldiyi dayanıqlı gələcəyi qura bilərik”, - deyə nazir müavini bildirib.

Daha sonra İRİA-nın sədri İnarə Vəliyeva “Kağızsız hökumət”ə keçid istiqamətində həyata keçirilən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi barədə məlumat verib:

“Bu təşəbbüsün əsas məqsədi qabaqcıl texnologiyalardan maksimum səviyyədə istifadə etməklə ətraf mühitə və ekoloji dayanıqlılığa müsbət təsirləri artırmaqdır. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi ilə biz 90 faiz məlumat dəqiqliyini hədəfləyən və qurumlararası məlumat mübadiləsini 7 gündən az müddətə endirən tam “Kağızsız hökumət”ə keçid edirik. Altsistem dövlət qurumları arasında sənədləşmə proseslərini tam rəqəmsal formada həyata keçirir ki, bununla da kağızdan istifadənin və ağacların kəskin şəkildə azalmasına nail oluruq”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxışında rəqəmsal innovasiyanın qlobal iqlim gündəliyi ilə yanaşı dayanıqlı inkişaf məqsədlərinə töhfə verməsi baxımından birbaşa əhəmiyyətindən danışıb:

“COP29-a doğru irəliləyərkən, Azərbaycanın rəqəmsal transformasiyaya keçidi hədəfləməsi texnologiyanın ətraf mühit və sosial dəyişiklikləri irəli aparmaq gücünü nümayiş etdirir. Kağızsız hökumətə keçid, Azərbaycanın dayanıqlı inkişaf üçün rəqəmsal yeniliklərdən istifadə etməyə dair geniş strategiyasının vacib addımıdır. Rəqəmsal həlləri dövlət idarəçiliyinə inteqrasiya etməklə, Azərbaycan təkcə iqlim dəyişikliyinə qarşı mübarizə aparmır, həm də məsuliyyətli istehlak, innovasiya və ətraf mühitin qorunmasının idarəetmənin mərkəzində olduğu bir gələcəyin əsasını qoyur”, - deyə V.Andreeva əlavə edib.

Tədbir zamanı Birləşmiş Millətlər Təşkilatının İqtisadi və sosial məsələlər idarəsinin (UN DESA) Rəqəmsal hökumət şöbəsinin müdiri Vinçenzo Akvoro “Rəqəmsallaşma metodologiyasi və iqlim dəyisikliyi” mövzusunda geniş təqdimatla çıxış edib. Daha sonra “Kağızsız hökumətdə beynəlxalq təcrübə: Rəqəmsal hökumət məhsullarinin ətraf mühitə təsirləri” və “Rəqəmsal əsrdə idarəetmə: texnologiyalarin inkisafi və vətəndas istirakinin təsviqi” mövzularında panel sessiyaları keçirilib. Bu sessiyalarda müxtəlif qurumların aparıcı nümayəndələri ilə yanaşı rəqəmsal hökumət üzrə yerli və beynəlxalq ekspertlər tərəfindən ətraflı müzakirələr aparılıb.

Tədbir İRİA sədrinin müavini Şahin Əliyevin “Kağızsız Hökumət təşəbbüsləri” mövzusunda edilən təqdimatı ilə davam edib. O, kağız istehlakını azaltmaq, rəqəmsal iş axınını gücləndirmək və dövlət xidmətlərinin səmərəliliyini artırmaq üçün həyata keçirilən müxtəlif layihələr və təşəbbüslər haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etməkdir. Tədbirdə dünyanın müxtəlif yerlərində uğurlu təcrübələr və strategiyalar nümayiş etdirilərək rəqəmsal transformasiya və ekoloji dayanıqlılığın kəsişməsini əks etdirən məqamlara toxunulub. Birgə müzakirələr və bilik mübadiləsi vasitəsilə iştirakçılar həm ekoloji, həm də sosial rifahı dəstəkləyən effektiv rəqəmsal strategiyaların həyata keçirilməsi ilə bağlı geniş anlayışlar üzərində müzakirələr aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatın nüfuzunun artırılması istiqamətində səylər davam etdiriləcək  

18:51
01 Aprel

Portuqaliya Azərbaycanda səfirlik açacaq

18:41
01 Aprel

Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir

18:29
01 Aprel

Ekspert: Rusiya və Azərbaycan enerji əməkdaşlığını gücləndirir  

18:22
01 Aprel

Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlıq inkişaf etdiriləcək  

18:21
01 Aprel

Türkmənistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivləri dəyərləndirilib

18:20
01 Aprel

Yeni səfir Hindistan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib  

18:20
01 Aprel

Qırğızıstanın Baş naziri Azərbaycana səfərə gəlib

18:01
01 Aprel

Baş Prokuror: Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hüquq sistemlərindəki əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir  

17:57
01 Aprel

Azərbaycan–Şimali Kipr əlaqələri güclənir

17:53
01 Aprel

Yağışların intensivliyinin artması nə ilə bağlıdır?

17:47
01 Aprel

Tramp: Atəşkəsi Hörmüz boğazı açıq, azad və təmiz olanda nəzərdən keçirəcəyik

17:16
01 Aprel

Süni intellekt distant təhsildə yeni mərhələ yaradır  

17:08
01 Aprel

Beynəlxalq turnirin qalibi olan Azərbaycan millisi FIFA reytinqində irəliləyib

17:01
01 Aprel

Abşeron rayonu ərazisindəki yolun çökmə səbəbi açıqlanıb

16:41
01 Aprel

Aviazərbələr nəticəsində İsfahandakı metallurgiya zavoduna ciddi ziyan dəyib

16:37
01 Aprel

Rusiya İrana humanitar yardımın çatdırılmasında köməyinə görə Azərbaycana təşəkkür edib

16:23
01 Aprel

“El Mundo”: NATO İran müharibəsi fonunda dərin böhran yaşayır

16:22
01 Aprel

SOCAR Türkiyə şirkətlər qrupu “2025 İxracatın Ulduzları” mükafatına layiq görülüb  

16:21
01 Aprel

Baş nazir Əli Əsədov Şimali kiprli həmkarı ilə görüşüb

16:18
01 Aprel

Gürcüstanda xüsusi əməliyyat: 108 nəfər saxlanılıb

16:17
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!