01 Aprel 2026 14:06
244
CƏMİYYƏT
A- A+
Güclü yağış əkin sahələrinə ziyan vurub - Aqrar Sığorta Fonduna müraciətlər artıb

Güclü yağış əkin sahələrinə ziyan vurub - Aqrar Sığorta Fonduna müraciətlər artıb


Ölkə ərazisində son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü yağışlar və normadan artıq yağıntılar digər sahələrə olduğu kimi, kənd təsərrüfatına da ciddi təsir edib.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a verilən məlumata görə, güclü yağış, onun nəticəsində yaranan çay daşqınları və yaranan sel səbəbindən bəzi ərazilərdə əkin sahələrini su basıb təsərrüfatlara ziyan dəyib. Bununla əlaqədar olaraq təsərrüfatı zərər çəkən sığortalı fermerlərin Fonda müraciətləri kəskin artıb. Müraciətlərə əsasən subasma halları tarla bitkiləri ilə yanaşı, meyvə bağlarında da baş verib. Təsərrüfatlara zərər dəyməsi ilə bağlı əsas müraciətlər Quba-Xaçmaz, Dağlıq Şirvan, Şirvan-Salyan və Qarabağ regionlarında qeydə alınıb.

Son məlumatlara görə, güclü yağış nəticəsində ən çox zərər hadisələri Xaçmaz və Şabran rayonlarında baş verib. Belə ki, Xaçmaz rayonunda güclü yağışlar nəticəsində Ağçay çayının və digər kiçik çayların daşması səbəbindən rayonun İstisu qəsəbəsi, Əhmədoba, Hacıəhmədoba, Qaracəlli kəndləri, Keymərəz kəndi, Niyazoba kəndi, Qaraqurdlu, Çığatay kəndi, Hacılar və Qarqan kəndlərində sığortalı payızlıq arpa, buğda sahələrini, badam, armud və heyva bağlarını su basıb. Bəzi əkin sahələri lillə örtülüb, fermerlərin müraciətinə əsasən bəzi əkin sahələrində suyun hündürlüyü 60 santimetrə çatır.

Şabranda isə güclü yağışlar nəticəsində Dəvəçi və Şabran çaylarının daşması, eləcə də bəzi kanalların dolub daşması səbəbindən rayonun Liman, Udulu Ağalıq və Gəndov kəndlərində sığortalanmış payızlıq arpa sahələrini, eləcə də gilas bağını su basıb.

Qusarın Buxur kəndindən gələn çayın daşması nəticəsində Çubuqlu kəndində arpa sahəsini, Yasab çayının daşması nəticəsində isə Yasab kəndində sığortalanmış buğda sahəsini su basıb.

Güclü yağışlar nəticəsində Quba rayonunda Quru çay daşaraq Aşağı Xuc kəndində alma bağını, Siyəzən rayonunun Balaca Həmyə və Qalaşıxı kəndində isə intensiv və güclü yağışlar nəticəsində payızlıq arpa sahələrini su basıb.

Aqrar Sığorta Fonduna daxil olan müraciətlərə əsasən, Dağlıq Şirvan regionunda əsas müraciətlər Ağsu rayonundan qeydə alınıb. Belə ki, rayonun Rəhimağalı və Muradlı kəndlərində dağdan gələn sel suları nəticəsində sığortalı badam bağlarını və buğda sahələrini su basıb.

Şamaxı rayonunda Ağsu çayının daşması nəticəsində Çuxuryurd kəndində, Qobustan rayonunun isə Dərəkənd kəndində normadan artıq yağan yağış nəticəsində arpa sahələrində subasma baş verib.

Eyni zamanda, Aqrar Sığorta Fonduna daxil olan müraciətlərə əsasən, Hacıqabul rayonu Qızılburun kəndi, Pirsaat çayının daşması nəticəsində arpa sahəsini su basıb. Ağcabədi rayonunda isə alma bağı qasırğa və güclü yağış səbəbindən zərər çəkib.

Ümumilikdə son günlər güclü yağışla bağlı 2100 hektara yaxın əkin sahələrinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb. Sığortalı fermerlərin artan müraciətlərinin qeydə alınması məqsədilə güclü yağış davam edən dövrdə, istirahət günü olmasına baxmayaraq, Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzi gücləndirilmiş rejimdə fasiləsiz fəaliyyət göstərib.

Fermerlərdən Aqrar Sığorta Fonduna daxil olan bütün müraciətlər qeydə alınıb, ərazilərə baxış keçirilməsi, hadisələrin araşdırılması və zərərin qiymətləndirilməsi məqsədilə bölgələrə aqrar sığorta ekspertləri yönəldilib. Aprelin 2-dən etibarən bölgələrdə subasma baş vermiş əkin sahələrində müstəqil ekspertlər tərəfindən zərərin qiymətləndirilməsi prosesinə başlanılacaq.

Aqrar Sığorta Fondu hadisə baş vermiş ərazilərdə zərərin vaxtında qiymətləndirilməsi üçün sığortalı fermerləri öz əkin sahələrini baş çəkməyə, hər hansı hadisə müşahidə etdikdə, bu barədə Fondun 1651 Çağrı mərkəzinə müraciət etməyə çağırır.

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi 41 bitki və bitki məhsulunu çoxsaylı risklərdən qoruyur. Buraya dolu, fırtına-qasırğa, sel-subasma, leysan, şaxtavurma, normadan artıq qar yağması, yanğın, torpaq sürüşməsi, 3-cü şəxsin hərəkəti və sair hallar aiddir.

Əkin sahələrini sığorta edərkən sığorta haqqının 50 faizini dövlət ödəyir, nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər.

Məsələn, hazırda subasma halları ilə bağlı ən çox müraciətlərin daxil olduğu Quba-Xaçmaz bölgəsində 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 6,65 manata, arpa sahəsinin sığortası isə cəmi 8,05 manata başa gəlir.

Subasma hallarının baş verdiyi Dağlıq Şirvan bölgəsində isə 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 10,80 manata, arpa sahəsinin sığortası isə cəmi 13,65 manata başa gəlir. Aqrar Sığorta Fondu əkin sahələrinin çoxsaylı risklərdən qorunması üçün fermerləri sərfəli dövlət sığortasından istifadə etməyə və əkin sahələrini sığortalamağa çağırır.

Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə “Bitkiçilik kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

Ötən il AFFA-ya daxil olan maliyyə vəsaitin həcmi açıqlanıb

11:17
03 Aprel

Ukraynaya raket zərbələri endirilib, ölən və xəsarət alanlar var

11:12
03 Aprel

Azərbaycanda bu mövsüm 38 futbol klubu lisenziya alıb 

11:07
03 Aprel

Ötən gün 59 cinayətin açılması təmin edilib

11:01
03 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər 

10:53
03 Aprel

Çingiz Hüseynzadə: Azərbaycan futbolu inkişaf edir

10:47
03 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:40
03 Aprel

Antonio Quterreş Yaxın Şərqdə müharibənin daha da genişlənəcəyi barədə xəbərdarlıq edib  

10:34
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!