07 İyul 2026 08:08
287
PARLAMENT
A- A+
Zimbabve Azərbaycanla münasibətlərin inkişafına önəm verir

Zimbabve Azərbaycanla münasibətlərin inkişafına önəm verir


Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Zimbabve Respublikası Milli Assambleyasının Sədri Yakob Mudenda ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə Zimbabve Respublikası Parlamentinin Sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova ilə Zimbabve Respublikası Milli Assambleyasının Sədri Yakob Mudenda arasında təkbətək görüş keçirilib. 

Görüşdən sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar. 

Zimbabve Respublikası parlamentinin Sədri Yakob Mudenda Xatirə kitabını imzalayıb.

Görüşdə Azərbaycan ilə Zimbabve arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğu bildirilərək, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğu qeyd edilib. Zimbabve Respublikasının Prezidentinin ölkəmizə dövlət səfəri etdiyi, səfər zamanı ölkə başçıları arasında səmərəli müzakirələrin aparıldığı xatırladılıb.

Söhbət zamanı Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində ölkələrimiz arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edən Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin gücləndirilməsinə, eləcə də ortaq maraqların beynəlxalq səviyyədə müdafiəsinə xüsusi diqqət yetirib və bu siyasət bu gün də uğurla davam etdirilir.

Görüşdə qanunverici orqanlar arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova Zimbabve parlamentinin Sədrinin ölkəmizdə keçirilən COP29 çərçivəsində Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə baş tutmuş Parlament Görüşündə iştirakını və həmin səfər zamanı aparılan danışıqları məmnunluqla xatırladıb. O, həmçinin ötən il Cənubi Afrikada keçirilən G20 Parlament Sədrlərinin 11-ci Sammiti (P20) və cari ilin aprel ayında İstanbulda təşkil olunan Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutmuş görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, belə təmaslar parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verir. 

Parlamentlərarası əməkdaşlığın ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanaraq, qanunverici orqanlarda fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında təmasların intensivləşdirilməsinin, həmçinin parlament komitələri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın Zimbabve ilə beynəlxalq parlament təşkilatları çərçivəsində də əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) çərçivəsində müntəzəm təmaslar davam etdirilir və bu platformalarda əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. 

Zimbabve Milli Assambleyasının Sədri Yakob Mudenda Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu ifadə edib, son illərdə sürətlə inkişaf edən paytaxt Bakı ilə bağlı müsbət təəssüratlarını bölüşüb.

Qonaq səfər çərçivəsində Fəxri xiyabanı və Zəfər parkını ziyarət etdiyini xatırladaraq deyib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş insanların xatirəsinə həsr olunmuş abidəni ziyarət etmək şərəfdir.

Zimbabvenin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini və ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən parlamentin sədri, hər iki ölkənin bölüşdüyü multilateralizm prinsiplərinin təşviqinin və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın gücləndirilməsinin qlobal sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin iqtisadi əlaqələrin önəmi barədə də fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu işə başlayıb

12:10
10 İyul

“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfəyədək artıb

12:07
10 İyul

Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaradılır

12:05
10 İyul

Bakıda “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda mühüm müzakirə keçiriləcək

12:03
10 İyul

İranın mərhum Ali Lideri Məşhəddə dəfn edilib

12:00
10 İyul

Müdafiə naziri: Azərbaycan və Türkiyə arasında əlaqələr hərbi sahədə uğurla inkişaf edir

11:57
10 İyul

Halit Hamzaoğlu: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlara imza atıb 

11:55
10 İyul

Asiya İnkişaf Bankı ASCO-nun layihələrinə dəstək göstərməyə hazırdır

11:53
10 İyul

Bakı, Abşeron və Yardımlının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

11:51
10 İyul

BDYPİ piyadaları hərəkət qaydalarına ciddi əməl etməyə çağırıb 

11:49
10 İyul

ÜMT: Avropada istilər 1970-ci illərin rekordlarını qırıb

11:47
10 İyul

Şuşada IV Qlobal Media Forumu keçiriləcək

11:45
10 İyul

Azərbaycan nefti 79 dollara satılır 

11:43
10 İyul

Fransanın idman naziri Mbappe ilə bağlı irqçi açıqlamaları “iyrənc” adlandırıb

11:41
10 İyul

Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssisləri Bakıda görüşüblər

11:39
10 İyul

Samur çayının su ehtiyatlarının bölüşdürülməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının iclası olub

11:37
10 İyul

Oleksandr Mişenko: Ukrayna “Orta Asiya + Azərbaycan” logistika formulunu hazırlayıb

11:35
10 İyul

İsrail yaxın günlərdə bəzi əraziləri Livana qaytaracaq

11:33
10 İyul

Araşdırma: İsti hava qadınlara niyə daha çox təsir edir?

11:30
10 İyul

Almaniyada iyundakı istilər 5100 nəfərin ölümünə səbəb olub

11:27
10 İyul

Dünya çempionatında ilk yarımfinalçı Fransa millisi olub

11:25
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!