13 Sentyabr 2025 08:35
1027
Mədəniyyət
A- A+
Zəngin mədəniyyətə malik olmaq qədər onu təbliğ etmək də vacibdir

Zəngin mədəniyyətə malik olmaq qədər onu təbliğ etmək də vacibdir


Məmləkətimizin dünyanın ən qədim yaşayış məskənlərindən biri olması xalqımızın milli mədəniyyətinin zənginliyində də təzahürünü tapıb. Azərbaycanın hansı bölgəsinə getsək, hansı guşəsinə baş çəksək, xalq sənətkarlığının müxtəlif nümunələri ilə qarşılaşırıq. Fərqliliyi, zənginliyi ilə maraq doğuran, gözoxşayan xalçaçılıq, nəqqaşlıq, misgərlik, boyaqçılıq, dulusçuluq və başqa sənət nümunələri bu xalqın qədimliyini, milli-mənəvi irsini və mədəniyyətinin özünəməxsusluğunu təsdiq edir.


Mədəniyyətimizin dünyaya tanıdılması üçün geniş yollar açılıb


Sahib olduğu milli-mədəni irsin, mədəniyyətin dəyərini dərindən bilən xalqımız onları qoruyub yaşatmağın, inkişaf etdirərək nəsillərdən-nəsillərə ötürməyin də qayğısına qalıb. Tariximizə nəzər salanda aydın görürük bu, bütün dövrlərdə asan olmayıb. Ayrı-ayrı dönəmlərdə Azərbaycan xalqı öz mənəvi sərvətlərini, milli-mədəni irsini qorumaq, yeni nəsillərə çatdırmaq üçün çox əzab-əziyyətlərə qatlaşıb. Ancaq bu sınaqlardan şərəflə çıxıb. Zaman bir həqiqəti də öyrədib ki, xalqın mənəvi dəyərlərinə, mədəni irsinə daim sahib çıxması, qoruyub yaşatması qədər onu təbliğ etməsi, tanıtması da zəruridir.

Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra zəngin mədəniyyətimizi dünyaya tanıtmağımız üçün də geniş yollar açıldı, imkan yarandı. Son illər  respublikamız bu istiqamətdə olduqca təqdirəlayiq işlər görür, mühüm tədbirlər həyata keçirir. Respublikamız bir-birindən əhəmiyyətli forumlara, konfranslara evsahibliyi edir. Həmin tədbirlərdə irəli sürülən təşəbbüslərə qlobal miqyasda maraq göstərilir və dəstəklənir. Bu baxımdan maraqlı, əhəmiyyətli diskussiyalarla, yeni fikirlərin irəli sürülməsi ilə Qlobal Bakı Forumu Azərbaycanın təşəbbüsü ilə yaranan, qlobal hərəkata çevrilən və Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən dəstəklənən "Bakı Prosesi" diqqəti çəkir. "Xarıbülbül" Musiqi Festivalı, "Muğam Dünyası" Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Caz Festivalı və digər mədəniyyət tədbirləri də Azərbaycanın adını,  mədəniyyətini dünyaya tanıdır.

Müstəqil Azərbaycan tarixinin ən ağır, ən çətin illərində də zəngin, özünəməxsus mədəniyyətini, zəngin irsini dünyaya tanıtmaq istiqamətində məqsədyönlü tədbirlər reallaşdırıb. Lakin Qarabağ və Şərqi Zəngəzur torpaqları otuz ilə yaxın Ermənisanın işğalı altında qalanda hər bir azərbaycanlının qəlbini o yerlərə ayaq basa bilməməsi, həsrətlə boylanması sızladırdı. Azərbaycanın qədim ərazilərindən olan, zəngin tarixi abidələrə malik Qarabağ və Şərqi Zəngəzur işğaldan qabaq həm də xarici qonaqların sevə-sevə gəldikləri, heyran qaldıqları məkan idi. O yerlərdə keçirilən bir sıra mədəni tədbirlər də Ermənistanın qəsbkarlığı nəticəsində yarımçıq qalmışdı.

Artıq Qarabağ və Şərqi Zəngəzur torpaqları azaddır. 2020-ci ildə Vətən müharibəsində və 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatlarında qazandığımız böyük qələbələrimiz nəticəsində həmin ərazilərimizdə Ermənistanın işğalına son qoymuşuq və Azərbaycanın tam suverenliyinə nail olmuşuq. İndi bizi bütün dünyada qalib xalq kimi tanıyırlar.

İşğaldan azad etdiyi ərazilərində qısa müddətdə Böyük qayıdış proqramı çərçivəsində geniş tikinti, quruculuq işlərinə başlayan Azərbaycan məqsədinə xeyli şəkildə nail olub. Həmin yerlərdə nəinki həyat canlanmağa başlayıb, hətta Qarabağ və Şərqi Zəngəzur xaricdən gələn qonaqlarını yüksək səviyyədə qarşılamağa qabildir. Bu gün Azərbaycanın digər əraziləri kimi, Qarabağda və Şərqi Zəngəzurda da bir sıra mühüm qlobal tədbirlər keçirilir.


Beynəlxalq tədbirlərə evsahibliyi etmək ölkəmizin qlobal nüfuzunu yüksəldir


Son illər ölkəmizdə çoxsaylı beynəlxalq tədbir düzənlənir. Bu il də həmin illərdən biri kimi tarixə düşəcək. Onlardan bir neçəsini yada salaq. 2025-ci ilin martında respublikamızda daha bir ənənəyə çevrilmiş XII Qlobal Bakı Forumu keçirildi. İyulda Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Zirvə görüşü oldu. Hazırda ölkəmizin paytaxtı daha bir ənənəvi tədbir - "Formula-1" Azərbaycan Qran-prisinə hazırlaşır. Sentyabrın 28-dən oktyabrın 8-dək isə ölkəmizdə III MDB Oyunları keçiriləcək.

Diqqətçəkən və təqdirəlayiq məsələlərdən biri də budur ki, mövzusundan, formatından asılı olmayaraq, bütün beynəlxalq tədbirlər - istər siyasi, istər mədəni, istərsə də idman tədbirləri respublikamızda yüksək səviyyədə təşkil olunur. Hər dəfə iştirakçılar, qonaqlar Azərbaycanın evsahibliyindən razılıq edirlər.

 Bu günlərdə Bakıda təşkil olunan "İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası da Azərbaycanın yüksək səviyyədə evsahibliyi ilə yadda qaldı.

AQEM Nazirlər Şurasının 19 mart 2024-cü il tarixli qərarına əsasən, 2024-2026-cı illər üzrə müşavirəyə sədrlik Azərbaycana keçib. Həmin dövr üçün ölkəmizin AQEM-ə sədrlik çərçivəsində, AQEM-in Biznes Şurasına və Gənclər Şurasına sədrliyi həyata keçirilməsi də nəzərdə tutulub.

Dövlətimizin başçısı İlham Əliyev AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində qeyd etdi ki, müasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür: "Onların müxtəlif sahələrdə apardığı araşdırmalar qlobal çağırışların - təhlükəsizlik, iqtisadiyyat, texnologiya və ekoloji problemlərin həlli üçün mühüm zəmin yaradır. Bununla da beyin mərkəzləri həm milli, həm də beynəlxalq səviyyədə qərarların daha səmərəli və düzgün qəbuluna öz töhfələrini verirlər. Bu baxımdan AQEM ölkələrinin beyin mərkəzlərinin əməkdaşlığı ölkələr və xalqlar arasında qarşılıqlı anlayışın güclənməsi və regional inteqrasiyanın dərinləşməsi üçün əlverişli perspektivlər açır".

Prezident İlham Əliyev görüləcək məqsədyönlü işlərdən də danışdı: "Biz sədrliyimiz dövründə AQEM-in təşkilati baxımdan gücləndirilməsi, onun beynəlxalq təşkilat kimi təsisatlanması, yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və təsisatın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsini prioritet olaraq müəyyənləşdirmişik. Eyni zamanda AQEM çərçivəsində Maliyyə Sammitinin keçirilməsini, Qadınlar Şurasının, Dayanıqlı Bağlantılar Şurasının, AQEM İqlim Şurasının yaradılmasını hədəf götürmüşük".

Belə qlobal tədbirlərin yüksək səviyyədə təşkili, qonaqların ölkəmizdən məmnunluqla ayrılması da bir mədəniyyət nümunəsidir. Bunlar həm də ölkəmizin dünyada nüfuzunu artıran zəngin mədəni irsinin dünyada tanıdılmasına xidmət edən amillərdir. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

10:07
13 Sentyabr

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

09:48
13 Sentyabr

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

07:01
13 Sentyabr

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

22:06
12 Sentyabr

İDMAN Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

21:37
12 Sentyabr

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

21:18
12 Sentyabr

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq

21:01
12 Sentyabr

Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır

20:53
12 Sentyabr

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

20:37
12 Sentyabr

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb

20:27
12 Sentyabr

Nazir: Ötən il arıçılıq məhsullarının respublika yarmarkasında 83,5 ton məhsul satılıb

20:17
12 Sentyabr

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub

20:02
12 Sentyabr

Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb

19:52
12 Sentyabr

XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib

19:52
12 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Kəlbəcərdə arıçılıq yeni mərhələyə qədəm qoyur

19:51
12 Sentyabr

Nazir: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib

19:49
12 Sentyabr

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

19:42
12 Sentyabr

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – YENİLƏNİB

19:32
12 Sentyabr

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB

18:50
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!