05 Oktyabr 2026 17:26
750
İQTİSADİYYAT
A- A+
Zəngilanda “Sarıqışlaq”ın iki illik enerji salnaməsi

Zəngilanda “Sarıqışlaq”ın iki illik enerji salnaməsi


Zəngilanın dağlarından süzülüb gələn Oxçuçayın suları artıq iki ildir ki, yalnız öz axarı ilə deyil, həm də enerji ilə danışır. Çayın gücünü elektrikə çevirən “Sarıqışlaq” Kiçik Su Elektrik Stansiyası istismara verildiyi gündən ötən iki il ərzində 46,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.

Energetika Nazirliyinin məlumatına görə, Oxçuçayın üzərində inşa edilən “Sarıqışlaq” Kiçik Su Elektrik Stansiyası 3 oktyabr 2024-cü ildə istismara verilib. Ümumi gücü 10,5 MVt olan basqılı derivasiya tipli stansiya Zəngilanın enerji potensialının hərəkətə gətirilən mühüm mənbələrindən biridir.   2026-cı  il oktyabrın 1-nə qədər  olan dövrdə stansiyada 46,3 milyon kVt·st elektrik enerjisi istehsal olunub. Rəqəmlər ilk baxışda soyuq statistik göstərici təsiri bağışlasa da, onların arxasında təbiətin gücünün insan əməyinə və müasir texnologiyaya qovuşduğu bir hekayə dayanır.

Dağlardan gələn suyun enerjiyə çevrilməsi, həm də Zəngilanın bərpa və inkişaf yolunun mühüm səhifələrindən birini təşkil edir. Burada çayın axını yalnız təbiətin ritmini deyil, “yaşıl enerji”yə doğru atılan addımların səsini də daşıyır. Energetika Nazirliyi bildirir ki, kiçik su elektrik stansiyalarının fəaliyyəti elektrik enerjisinin bərpaolunan mənbələr hesabına istehsalına, enerji mənbələrinin şaxələndirilməsinə və enerji istehsalının ətraf mühitə təsirinin azaldılmasına töhfə verir.

Beləliklə, “Sarıqışlaq”ın iki illik göstəricisi bir daha göstərir ki, Zəngilanın çayları yalnız torpağa həyat vermir, onların suları indi bölgənin enerji gələcəyinə də işıq saçır.

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdamda bütün imkanlar yeni vəzifələrə hədəflənib

12:04
23 Oktyabr

Ordubadın Dırnıs və Kələki kəndlərinə gələn sel ciddi fəsadlar törədib

11:57
23 Oktyabr

KTMT-nin baş katibi Ermənistanın təşkilatdan de-fakto çıxdığını bildirib

11:50
23 Oktyabr

İşğaldan azad olunmuş ərazilərə növbəti köç yola salınıb

11:43
23 Oktyabr

Şahdağda qar, Gədəbəydə dolu yağıb 

11:35
23 Oktyabr

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib  

11:26
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

11:23
23 Oktyabr

Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb

11:17
23 Oktyabr

Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü silsilə tədbirlərlə davam edir  

11:12
23 Oktyabr

Azərbaycan nefti 121 dollardan baha satılır

11:03
23 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

10:48
23 Oktyabr

Metoronun “Həzi Aslanov” stansiyasında yenidənqurma işləri başa çatıb

10:42
23 Oktyabr

Azərbaycan Zəngəzur dəhlizinin reallaşması istiqamətində mümkün səyləri həyata keçirir

10:35
23 Oktyabr

Antonio Quterreş: Dünyada ərzaq, yanacaq və digər zəruri məhsulların qiymətləri ilə bağlı gərginlik artır

10:30
23 Oktyabr

“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur

10:23
23 Oktyabr

Neft sızması nəticəsində BƏƏ-nin bəzi çimərlikləri bağlanıb

10:18
23 Oktyabr

Saxarov mükafatı Beynəlxalq Cinayət Məhkəməsinə verilib

10:14
23 Oktyabr

Birjalarda neft bahalaşıb 

10:10
23 Oktyabr

Yasamal və Abşeron rayonlarının bəzi ərazilərində işıq olmayacaq

10:07
23 Oktyabr

Bu gün Beynəlxalq Qar Bəbiri Günüdür

10:00
23 Oktyabr

Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub

09:40
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!