05 Dekabr 2025 17:56
585
İQTİSADİYYAT
A- A+
Zəngəzur dəhlizinin önəmli hissəsi - məşhur Salamməlik stansiyasından

Zəngəzur dəhlizinin önəmli hissəsi - məşhur Salamməlik stansiyasından


Bura Ordubadın məşhur Salamməlik stansiyasıdır. 1992-ci ilin aprel ayında maşinist Tahir Abuzərovun qatarı hərəkət etdirib, 8 saat gözlədikdən sonra geri dönüş etdiyi stansiya. Bu, həmin stansiyada sonuncu qatar idi...

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, həmin gündən sonra Salamməlikə qatarlar bir daha gəlməyib. Ordubad vağzalından fit səsi, maşinistlərin “tələsin, yola düşürük” çağırışları, sərnişinlərin şən-şaqraq sədaları kəsilib. Bəli, 1941-ci ildən 1992-ci ilədək bu yol təkcə dəmir relslər deyil, həm də onlarla xatirələrin yaşandığı yol idi. Bu relslərin üzərində neçə arzular, neçə niyyətlər çiçək açmış, neçə xəyallar gerçəkliyə qovuşmuşdu. Bəzən arxasınca nigaran nəzərlərlə, pərişan halda baxılan qatarlar yola salınmışdı bu stansiyadan. Bəzən də toy büsatına bürünmüş, el-oba sevincinə qərq olmuşdu dəmiryolu vağzalı.

2020-ci il sentyabrın 27-də başlanan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Zəfərindən sonra əvvəlki görkəmindən əsər-əlamət qalmayan, miskinlik libasına bürünən Salamməlik stansiyasının üzərinə yenidən günəş doğub. Bu vağzalın sərnişinləri üçün də ümid işığı şölələnib. Ərazidə yenidən canlanma yaranmağa başlayıb.

2025-ci il dekabrın 5-i. Otuzillik ədalətsiz sükut nəhayət ki, bu gün sona yetdi. Stansiya ərazisi yenidən səs-küylüdür. Ərazi tikinti işləri aparan texnikaların, görülən işləri işıqlandırmağa tələsən media nümayəndələrinin səslərinə bürünüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev AZƏRTAC-a açıqlamasında bildirib ki, QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb. Hazırda Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verilib. Tikinti işləri 188 kilometrlik dəmiryol xəttini əhatə edir.

Onun sözlərinə görə, məqsəd müasir tələblərə cavab verən yeni dəmiryolu şəbəkəsinin qurulmasıdır. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.

“Bildiyiniz kimi, 2025-ci il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşmanın imzalanması oldu. Bu razılaşma çərçivəsində dəhliz boyunca dəmir yolu əlaqəsi bərpa ediləcək. Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilir. Zəngəzur dəhlizi həm də “Şimal-Cənub” dəhlizinin əsas halqalarından birini təşkil edəcək”, - deyə Arif Ağayev əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!