27 Dekabr 2025 02:47
1010
Qanunlar
A- A+
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I); 2024, № 7, maddə 771, № 8, maddə 932; 2025, № 1, maddə 16, № 2, maddə 94, № 6, maddə 523) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddənin birinci hissəsi üzrə:

1.1.1. 5-ci bəndə "motosikletlərin" sözündən sonra "və mopedlərin" sözləri əlavə edilsin;

1.1.2. 17-ci bənddən "(nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür)" sözləri çıxarılsın;

1.1.3. 27-ci bəndə "iş" sözündən əvvəl "kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya" sözləri, "asma" sözündən əvvəl "bu Qanunun 27-ci, 29-cu, 33-cü, 34-cü və 37-ci maddələrinin tələbləri istisna olmaqla" sözləri əlavə edilsin;

1.2.  27-ci maddə üzrə:

1.2.1. I hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, habelə mopedlər bu Qanunla və bu Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar."; 

1.2.2. II hissə üzrə:

1.2.2.1. birinci abzasa "vasitələrinin" sözündən sonra "və mopedlərin" sözləri əlavə edilsin;

1.2.2.2. 1-ci bəndə "yarımqoşqularının" sözündən sonra ", habelə mopedlərin" sözləri əlavə edilsin; 

1.2.3. IV hissənin 4-cü bəndinə "vasitəsini" sözündən sonra "və mopedi" sözləri əlavə edilsin;

1.3. 29-cu maddənin I hissəsinin birinci cümləsinə "motosikletlərdə," sözündən sonra "mopedlərdə," sözü əlavə edilsin;

1.4. 33-cü maddə üzrə: 

1.4.1. II hissənin 2-ci bəndindən ", mopedi" sözü çıxarılsın;

1.4.2. IV hissədə ", asma mühərrikli velosiped və moped" sözləri "və asma mühərrikli velosiped" sözləri ilə əvəz edilsin;

1.5. 34-cü maddə üzrə:

1.5.1. II hissə üzrə:

1.5.1.1. birinci abzasda "Mexaniki nəqliyyat" sözləri "Nəqliyyat" sözü ilə əvəz edilsin;

1.5.1.2. 1-ci bəndə "motosikletləri," sözündən sonra "mopedləri," sözü əlavə edilsin; 

1.5.2. IV hissənin 1-ci bəndinə birinci halda "mühərrikinin" sözündən əvvəl "mopedləri, habelə elektrik mühərriki olan və ya" sözləri əlavə edilsin;

1.6. 37-ci maddənin I hissəsinin 6-cı bəndində hər iki halda "motoşlemi" sözü "motodəbilqəni" sözü ilə əvəz edilsin;

1.7. 41-ci maddənin birinci hissəsinin 3-cü bəndində "isə motoşlem" sözləri "və mopeddə motodəbilqə" sözləri ilə əvəz edilsin;

1.8. 46-cı maddə üzrə:

1.8.1. I hissənin birinci cümləsində "və mopedlər" sözləri  ", asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

1.8.2. II hissə üzrə:

1.8.2.1. birinci abzasda "və moped" sözləri ", asma mühərrikli velosiped və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsi (moped istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

1.8.2.2. 2-ci bənddə "velosipedin və mopedin" sözləri "nəqliyyat vasitəsinin" sözləri ilə, "velosipedi, mopedi" sözləri "nəqliyyat vasitəsini" sözləri ilə əvəz edilsin;

1.8.2.3. 6-cı bənddə "velosipeddən" sözü "nəqliyyat vasitəsindən" sözləri ilə əvəz edilsin;

1.8.2.4. 7-ci bənddə "və ya mopedlə" sözləri ", asma mühərrikli velosiped və ya oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) ilə" sözləri ilə, "və mopedləri, eləcə də velosipedlərlə və mopedlərlə" sözləri ", asma mühərrikli velosipedləri və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələrini (mopedlər istisna olmaqla), eləcə də həmin nəqliyyat vasitələri ilə" sözləri ilə əvəz edilsin;

1.8.3. III hissədən "və moped" sözləri çıxarılsın;

1.8.4. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

"IV. Mopedlər yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər yolun sağ kənar zolağında hərəkət etməlidirlər. Bu Qanunun 37-ci maddəsinin I və IV hissələrində, V hissəsinin 2-4-cü bəndlərində,  VI hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş tələblər moped sürücülərinə də şamil edilir.";

1.9. 55-ci maddənin VI hissəsinin 3-cü bəndinə "motosikletlərlə" sözündən sonra ", mopedlərlə" sözü əlavə edilsin;

1.10. 56-cı maddənin IX hissəsi üzrə: 

1.10.1. 1-ci bənddə "və motosikletin" sözləri ", motosikletin və mopedin" sözləri ilə əvəz edilsin;

1.10.2. 2-ci bəndə "motosikletin" sözündən sonra "və mopedin" sözləri əlavə edilsin;

1.11. 57-ci maddəyə aşağıdakı məzmunda V-I hissə əlavə edilsin:

"V-I. Motosikletin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağandır.";

1.12. 65-ci maddənin V hissəsinin üçüncü cümləsinə "motosikletlərin" sözündən sonra ", mopedlərin" sözü əlavə edilsin;

1.13. 73-cü maddənin VII hissəsinin "Qeyd"inin 3-cü bəndinə "motosikletlər" sözündən sonra "və mopedlər" sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 9 dekabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniyada Çinə casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

19:24
04 Mart

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

19:02
04 Mart

Misirə doğru hərəkət edən Rusiya gəmisi batıb

18:47
04 Mart

Rusiya Ukrayna qatarlarını “ovlayır”: martın əvvəlindən dəmir yoluna 18 zərbə endirilib

18:31
04 Mart

Bakı-Sumqayıt-Bakı qatarlarının martın 9-una olan hərəkət qrafiki açıqlanıb

18:21
04 Mart

Media nümayəndələri 2026-cı il üçün İdman Paytaxtı seçilən Qazaxda

18:11
04 Mart

Firudin Qurbanov: Təhsilin bütün pillələrində gender bərabərliyi məsələsinə balanslaşdırılmış yanaşma tətbiq olunur

18:00
04 Mart

Milli Məclisdə idman sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlər səsləndirilib

17:33
04 Mart

İranda həlak olanların sayı 1045 nəfərə çatıb

16:58
04 Mart

İraq, BƏƏ, Qazaxıstan və Oman neft hasilatı planlarını OPEC-ə təqdim ediblər  

16:56
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar bəlli olub

16:44
04 Mart

İran raketinə atılan hava hücumundan müdafiə mərmisinin qalıqları Türkiyənin cənubuna düşüb  

16:26
04 Mart

Maliyyə Monitorinqi Xidməti: Azərbaycan beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş statusunu möhkəmləndirir  

16:25
04 Mart

BAEA: İranda radioaktiv şüalanma riski aşkar edilməyib

16:23
04 Mart

İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş: Mentorluq proqramı nələri vəd edir?  

16:22
04 Mart

Proqnozlar Bürosu növbəti 2 günə gözlənilən hava şəraitini açıqlayıb

15:56
04 Mart

Qlobal bazarları neft şoku qorxusu bürüyüb

15:54
04 Mart

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

15:53
04 Mart

ABŞ Prezidenti İspaniyaya qəzəblənib

15:52
04 Mart

Baş prokuror Kürdəmir rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:51
04 Mart

İrandakı 253 Rusiya vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib

15:50
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!