14 Mart 2024 02:59
5070
Fərmanlar
A- A+

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, yol hərəkətinin təşkili sahəsində tənzimləmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1.  2.3-cü bəndə "Nazirliyi," sözündən sonra "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi," sözləri əlavə edilsin və həmin bənddən ", Bakı Nəqliyyat Agentliyi" sözləri çıxarılsın;
1.2.  2.4-cü bəndə "habelə" sözündən sonra "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin," sözləri əlavə edilsin və həmin bənddən ", Bakı Nəqliyyat Agentliyinin" sözləri çıxarılsın;
1.3. 2.8-ci, 2.9-cu, 2.22-ci və 2.23-cü bəndlərdə "Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi" sözləri "Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;
1.4. 2.11-ci bənddə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;
1.5.     2.12-ci bəndə "Respublikasının" sözündən sonra "Rəqəmsal İnkişaf və" sözləri əlavə edilsin;
1.6.     2.21-ci bənddə "Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi" sözləri "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;
1.7. aşağıdakı məzmunda 2.21-1-ci bənd əlavə edilsin:
"2.21-1. həmin Qanunun 9-cu maddəsinin IX hissəsində (birinci halda) "orqan (qurum)" dedikdə svetoforlara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinə münasibətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla) nəzərdə tutulur;";
1.8. 2.25-ci bənddə "Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi" sözləri "Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;
1.9.  2.31-ci bənddən ", 59-cu maddəsinin 12-ci hissəsində, 61-ci maddəsinin 11-ci hissəsində, 69-cu maddəsinin 2-ci hissəsində" sözləri çıxarılsın və həmin bənddə "Bakı Nəqliyyat Agentliyi" sözləri "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;
1.10.   2.31-1-ci (hər iki halda), 2.34-cü, 2.35-ci və 2.37-ci (hər iki halda) bəndlərdə "Bakı Nəqliyyat Agentliyi" sözləri "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;
1.11. 2.32-ci bənddə ", Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi" sözləri "və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilsin;
1.12. 2.36-cı bənddə "11-ci hissəsində və 61-ci maddəsinin 10-cu hissəsində" sözləri "XI və XII hissələrində" sözləri ilə əvəz edilsin və həmin bənddən ", Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla)" sözləri çıxarılsın;
1.13. 2.36-1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"2.36-1. həmin Qanunun 61-ci maddəsinin X hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla) nəzərdə tutulur;";
1.14. aşağıdakı məzmunda 2.36-2-ci və 2.36-3-cü bəndlər əlavə edilsin:
"2.36-2. həmin Qanunun 61-ci maddəsinin XI hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
2.36-3. həmin Qanunun 69-cu maddəsinin II hissəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə yol nişanlanmasına və yol nişanlarının tətbiqinə münasibətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla), svetoforların tətbiqinə münasibətdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video