Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, iradəsi və dostluğu iki qardaş ölkənin bütün istiqamətlər üzrə əməkdaşlığının təşviqində həlledici rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Ankarada mayın 8-də Azərbaycanın Baş naziri Əli Əsədovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Cevdet Yılmaz qeyd edib ki, hökumətlərarası komissiyanın bundan əvvəlki iclasının yekunları üzrə tərəflərin planlaşdırdığı 86 məsələdən 64-ü uğurla realizə olunub.
"Bu gün biz istehsalat, ticarət, investisiyalar, rəqəmsal transformasiya, ərzaq təhlükəsizliyinə diqqət yetirərək iqtisadi qarşılıqlı əlaqə üzrə yeni tədbirlər planını nəzərdən keçiririk. Həm dövlət təşkilatları, həm də biznes dairələri arasında geniş təcrübə mübadiləsinin qurulması planlaşdırılır", - deyə Türkiyənin Vitse-prezidenti bildirib.
O deyib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın bugünkü - 11-ci iclasının yekunlarına görə əməkdaşlığın bir çox sahəsi üzrə yeni fəal birgə addımları nəzərdə tutan 120 bənddən ibarət protokol imzalanıb. Xüsusilə iki ölkənin ticarət nazirliyi tərəfindən Türkiyə və Azərbaycan arasında ticarətin daha da sadələşdirilməsi üzrə birgə işçi qrupun yaradılması barədə qərar qəbul olunub. Həmçinin Türkiyə-Azərbaycan birgə gənclər forumunun keçirilməsi planlaşdırılır.
"Ötən ilin nəticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq məqsədi qoyulub. Əminəm ki, biz tezliklə məqsədimizə nail olacağıq. 2021-ci ildə qüvvəyə minmiş güzəştli ticarət barədə sazişin çərçivələrinin genişləndirilməsi də buna xidmət edir", - deyə Cevdet Yılmaz vurğulayıb.
O qeyd edib ki, Türkiyənin Azərbaycanın iqtisadiyyatına qoyduğu birbaşa sərmayələrinin həcmi 13 milyard ABŞ dollarına çatıb, eyni zamanda Azərbaycanın Türkiyəyə sərmayələrinin həcmi 21 milyard dolları ötüb. Türkiyənin podratçı şirkətləri bu günə qədər Azərbaycanda ümumi dəyəri 19,3 milyard dollar məbləğində 526 layihə həyata keçiriblər.
Cevdet Yılmaz Türkiyə tərəfinin erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinin bərpası prosesində də maksimal töhfə verməyə hazır olduğunu qeyd edib.
"XXI əsr təkcə Türkiyə Cümhuriyyətinin yeni uğurları dövrü deyil, bu, həm də Türkiyə və Azərbaycan dostluğunun yeni yüzilliyidir", - deyə Türkiyənin Vitse-prezidenti vurğulayıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə İrana xilasedici qruplar göndərib
19 May
Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir
19 May
Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb ...
19 May
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı p...
19 May
İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə ged...
19 May
Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB
19 May
Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər...
19 May
Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
19 May
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən bi...
19 May
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və ...
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!