19 İyun 2026 11:16
151
İQTİSADİYYAT
A- A+
Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir


Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə regional müşavirə keçirilir.

AZƏRTAC xəbər verir ki, Şəmkir şəhərində yerləşən Mədəniyyət evində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin müavini İlham Bayramov, aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak edirlər.

Regional müşavirə çərçivəsində Dövlət Proqramının əsas məqsəd və prioritet istiqamətləri, aqrar sahədə tətbiqi nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə məsələləri, aqrar emal və logistika infrastrukturunun inkişafı, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, eləcə də dövlət dəstəyi alətləri və digər aktual mövzular müzakirə olunur.

Bildirilib ki, Dövlət Proqramının icrası üzrə regional müzakirələrə iyunun 12-də Dağlıq Şirvan iqtisadi rayonu üzrə İsmayıllıda keçirilən müşavirə ilə start verilib.

Qeyd edək ki, regional müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Şərqi Zəngəzur və digər iqtisadi rayonları əhatə edir. Bu görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası, eləcə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, operativ və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə mərhələli şəkildə təşkil edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır

13:23
19 İyun

Sabahın hava proqnozu açıqlanıb

13:19
19 İyun

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı: 158 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb 

13:17
19 İyun

Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib  

13:15
19 İyun

Dövlət qulluğu və media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqlənib

12:53
19 İyun

Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq

12:48
19 İyun

Utilizasiya proqramı çərçivəsində Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək  

12:43
19 İyun

BDYPİ-nin nümayəndəsi: Avtomobillərin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə töhfə verir  

12:41
19 İyun

ADSEA sədr müavin: Su ehtiyatlarının səmərəli idarə olunması aqrar inkişafın əsas şərtidir

12:30
19 İyun

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib  

12:27
19 İyun

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

12:26
19 İyun

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

12:25
19 İyun

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

12:22
19 İyun

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

12:01
19 İyun

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

12:01
19 İyun

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib  

12:00
19 İyun

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq  

11:59
19 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:53
19 İyun

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

11:47
19 İyun

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

11:43
19 İyun

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

11:39
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!