14 Yanvar 2025 09:00
464
CƏMİYYƏT
A- A+
Yeni ilin ilk köçü

Yeni ilin ilk köçü


Daha 165 cəbrayıllı doğma yurduna qovuşdu


44 günlük Vətən müharibəsində qazandığımız Zəfər yüz minlərlə vətəndaşımızın yurd həsrətinə son qoydu. Uzun illər işğal altında qalan ərazilərimizdə yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi, mədəni və dini abidələrimiz məhv edilib, yeraltı və yerüstü sərvətlərimiz talan olunaraq cinayət törədilib. Düşmən tapdağından azad edilmiş ərazilərimizdə müharibədən dərhal sonra başlanılan yenidənqurma və bərpa işləri sayəsində şəhər və kəndlərimiz abadlaşdırılır, keçmiş məcburi köçkünlər mərhələli olaraq əzəli yurd yerlərinə geri dönürlər.

2022-ci il iyulun 19-da 30 il sonra əsarətdən qurtarılmış torpaqlarımız ilk qayıdış karvanını qarşıladı. Böyük qayıdış proqramı çərçivəsində uzun illər doğma yurd xiffəti ilə yaşayan insanların səsi artıq ata-baba ocaqlarından gəlir.

Həsrəti bitən yurd yerlərindən biri də Cəbrayıl şəhəridir. Bu şəhər doğma sakinlərinə ötən il sentyabrın 26-da qovuşub. 2025-ci ilin ilk köçü də məhz Cəbrayıla oldu. Yenidən qurulan şəhərə dünən daha 39 ailə - 165 nəfər qayıtdı. 

İşğaldan azad edilmiş digər ərazilər kimi, Cəbrayıl da yeni dövrünü yaşayır. Vahid baş plan əsasında qurulan şəhərdə sakinlərin rahat və firavan yaşaması, işlə təmin olunması üçün hər bir şərait yaradılır. Cəbrayılda çoxsaylı bərpa və quruculuq işləri görülüb, hazırda da bu işlər sürətlə davam etməkdədir.

Böyük qayıdış proqramına əsasən, ilk beşillikdə 34 min 500 ailə azad edilmiş ərazilərə köçürüləcək. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. İndiyədək 2653 ailə - 10397 nəfər ocağına geri dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 369 ailə (1388 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 326 ailə (1334 nəfər) Cəbrayıl şəhərində, 48 ailə (271 nəfər) Xocalı rayonunun Ballıca kəndində məskunlaşıb.

Ən qürurverici hal isə odur ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın öz gücü hesabına gerçəkləşdirilir. Bu ərazilərdə yeni infrastrukturlar qurulur, yollar salınır, 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir, kommunikasiya sistemləri yaradılır, hava limanları tikilir. Bu işlər 2025-ci ildə də davam edəcək. Prezident İlham Əliyevin sözlərinə görə, bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşacaqlar.

Dağıdılmış, viran qoyulmuş əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Ölkəmizdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədilə bütün güclər səfərbər olunub.

İşğaldan azad edilmiş torpaqlarımızda sürətlə həyata keçirilən quruculuq işləri onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın hamısı tezliklə əzəli yurdlarına qovuşacaqlar.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalıya növbəti köç - Təzəbinə və Seyidbəyli kəndlərinə 67 nəfər qayıtdı

15:32
06 Mart

İstanbulda TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək

15:31
06 Mart

Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 

15:30
06 Mart

Azərbaycan Kubokunun oyunları ilə bağlı cəzalar bəlli olub

15:28
06 Mart

“AzerGold” əməkdaşlarının rəqəmsal risklər barədə məlumatlılığının artırılmasına dəstək göstərib  

15:27
06 Mart

ƏÜO-da məzunlar "Komando andı"nı qəbul ediblər

15:15
06 Mart

İrandan təxliyə davam edir - Daha 24 Çin vətəndaşı Azərbaycana keçib

15:14
06 Mart

Nazir müavini: Avropa İttifaqı ilə əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensial var  

15:13
06 Mart

Azərbaycan Kuboku: Mövsümdə ilk, tarixdə 35-ci

15:12
06 Mart

Mixay Popşoi Azərbaycan şirkətlərini Moldovaya investisiya qoymağa çağırıb

15:11
06 Mart

Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki baş konsulluğunun evakuasiyası barədə göstəriş verilib 

15:10
06 Mart

Mixay Popşoi: Naxçıvan Muxtar Respublikasına dron hücumlarını qəti şəkildə pisləyirik

15:10
06 Mart

Azərbaycanın Baş naziri ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

15:09
06 Mart

Ceyhun Bayramov: İran tərəfi məsələnin araşdırılmasına vəd verib 

15:09
06 Mart

Ceyhun Bayramov: Azərbaycanda moldovalı tələbələrin təhsili əməkdaşlığın vacib istiqamətidir 

15:08
06 Mart

Nazir: İstehsal olunan yaşıl enerjinin Avropaya çatdırılması mühüm əhəmiyyət kəsb edir

15:08
06 Mart

Moldovanın Baş nazirinin müavini Şəhidlər xiyabanını ziyarət edib  

15:07
06 Mart

Xarici işlər naziri: Moldova ilə enerji sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur 

15:06
06 Mart

Ceyhun Bayramov: Azərbaycanla Moldova arasında səmimi münasibətlər mövcuddur

15:06
06 Mart

Moldovanın Baş nazirinin müavini Zəfər parkını ziyarət edib

15:00
06 Mart

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib  

14:58
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!