16 Mart 2025 08:05
563
SİYASƏT
A- A+
XII Qlobal Bakı Forumu sülhün təşviqinə töhfə verdi

XII Qlobal Bakı Forumu sülhün təşviqinə töhfə verdi


"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu beynəlxalq medianın diqqət mərkəzindədir. Forumda "Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi" mövzusu ətraflı müzakirə olunub".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Foruma beynəlxalq marağın çox olduğunu deyən deputat əlavə edib ki, müzakirəyə çıxarılan məsələlər qlobal xarakter daşıyır və beynəlxalq ictimaiyyətin gündəmindədir. Dünyada köhnə düzənin pozulduğu, yeni şərtlərin meydana çıxdığı, münaqişələrin, müharibələrin şiddətləndiyi bir dönəmdə Bakıda belə bir mövzunun müzakirəyə çıxarılması olduqca böyük əhəmiyyət kəsb edir. Forumun müzakirə mövzuları sırasına "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı", "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" və "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" haqqında panellər daxildir. Həmçinin "Sülhə gedən yol", "Yeni dünya nizamında orta güclər" və "Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyaları keçirilib. Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzindədir. Forumun ən diqqətçəkən hissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən "Gənclər danışsın, biz dinləyək" panelidir.

Deputat qeyd edib ki, dünyada baş verən müharibələr, siyasi toqquşmalar, Qərbdə müşahidə olunan siyasi böhran inkişaf etməkdə olan ölkələri öz milli maraqlarını həmişəkindən daha güclü müdafiə etmələrini diktə edir: "Bu baxımdan XII Qlobal Bakı Forumu qlobal gündəliyi narahat edən məsələlərin müzakirə olunduğu nadir platformadır. Bu gün bütün ölkələrin maraqlarının, təhlükəsizliyinin qorunmasına xidmət edən digər beynəlxalq səviyyəli platforma yoxdur. Bakı Forumu artıq 12-ci dəfədir ki, qlobal problemlərin müzakirəsinə evsahibliyi edir. Ölkəmiz sülh və ədaləti dəstəkləyən niyyət və məqsədlərini bu dəfə də dünyaya bəyan etdi, bütün dövlətləri beynəlxalq hüquqa hörmətlə yanaşmağa səslədi. Bakı Forumu həm də Azərbaycanın prioritetlərini dünyaya təqdim etmək üçün unikal platformadır. Biz forum çərçivəsində ölkəmizin məqsədlərini və baxışlarını bir daha dünyaya çatdırdıq. Azərbaycan dünya düzəninin yenidən formalaşmasının tərəfdarıdır və bu prosesdə fəal rol oynamaq istəyir".

M.Vəliyeva bildirib ki, mövcud düzən özünü doğrultmur, günün tələblərinə, ölkələrin maraqlarına cavab vermir. Azərbaycan və Türkiyə də daxil olmaqla, əksər dövlətlər, xüsusilə də BMT-də ciddi islahatların aparılmasının vacibliyini vurğulayıblar. İkinci Dünya müharibəsinin nəticəsi olaraq meydana çıxan bu təşkilat yeni dünya çağırışlarına cavab vermir. Dünyanın taleyinin sadəcə beş dövlət tərəfindən həll edilməsi heç cür qəbul edilə bilməz. Azərbaycanın da aid olduğu türk və müsəlman dünyasından olan dövlətlərin BMT Təhlükəsizlik Şurasında təmsil olunmasına ehtiyac var. Yeni dünya modeli, əslində, qütblər və ya çoxqütblülük platformasına söykənir.

Artıq heç bir dövlətin hansısa siyasi, hərbi, iqtisadi birliyin diktəsi ilə oturub-durmaq istəmədiyini bildirən deputat qeyd edib ki, dövlətlər yeni birlik, ittifaqlar axtarışındadırlar. Qərbin patronajlığı altında yaradılmış birliklər özlərini daha çox neokolonializmin nümayəndələri kimi aparırlar və ayrı-ayrı ölkələri öz təsirləri altında saxlamağa çalışırlar. "Bu isə haqlı narahatlıqlar, narazılıqlar yaradır. Azərbaycan da son illər özünə yaxın bildiyi ittifaqlarda layiqincə təmsil olunur. 44 günlük Vətən müharibəsindən sonra yaratmış olduğumuz yeni reallıqlar imkan verir ki, biz özümüzün müstəqil yolumuzu müəyyənləşdirək və doğru bildiyimiz yöndə addımlayaq. Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. İrəvan yaranan yeni reallıqları qəbul etməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz Şərq-Qərb marşrutunun üzərində yerləşir və alternativsiz marşrutdur", - deyə o əlavə edib.

Deputat bildirib ki, Azərbaycan yeni dünya düzəninin formalaşması prosesində yaxından iştirak etmək və özünün milli maraqlarını təmin etmək istəyir. Biz bunu gizlətmirik də. Bu mənada Qlobal Bakı Forumu multilateralizm böhranının aradan qaldırılmasına xidmət edir, xalqlar arasında körpü yaradır, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviq edir. Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan bu dəfə də özünün qlobal baxışlarını dünyaya təqdim etdi. Beləliklə, XII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün qiymətli təkliflərlə çıxış edərək, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verdi.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniyada Çinə casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

19:24
04 Mart

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

19:02
04 Mart

Misirə doğru hərəkət edən Rusiya gəmisi batıb

18:47
04 Mart

Rusiya Ukrayna qatarlarını “ovlayır”: martın əvvəlindən dəmir yoluna 18 zərbə endirilib

18:31
04 Mart

Bakı-Sumqayıt-Bakı qatarlarının martın 9-una olan hərəkət qrafiki açıqlanıb

18:21
04 Mart

Media nümayəndələri 2026-cı il üçün İdman Paytaxtı seçilən Qazaxda

18:11
04 Mart

Firudin Qurbanov: Təhsilin bütün pillələrində gender bərabərliyi məsələsinə balanslaşdırılmış yanaşma tətbiq olunur

18:00
04 Mart

Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib

17:58
04 Mart

Milli Məclisdə idman sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlər səsləndirilib

17:33
04 Mart

İranda həlak olanların sayı 1045 nəfərə çatıb

16:58
04 Mart

İraq, BƏƏ, Qazaxıstan və Oman neft hasilatı planlarını OPEC-ə təqdim ediblər  

16:56
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar bəlli olub

16:44
04 Mart

İran raketinə atılan hava hücumundan müdafiə mərmisinin qalıqları Türkiyənin cənubuna düşüb  

16:26
04 Mart

Maliyyə Monitorinqi Xidməti: Azərbaycan beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş statusunu möhkəmləndirir  

16:25
04 Mart

BAEA: İranda radioaktiv şüalanma riski aşkar edilməyib

16:23
04 Mart

İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş: Mentorluq proqramı nələri vəd edir?  

16:22
04 Mart

Proqnozlar Bürosu növbəti 2 günə gözlənilən hava şəraitini açıqlayıb

15:56
04 Mart

Qlobal bazarları neft şoku qorxusu bürüyüb

15:54
04 Mart

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

15:53
04 Mart

ABŞ Prezidenti İspaniyaya qəzəblənib

15:52
04 Mart

Baş prokuror Kürdəmir rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:51
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!