04 Mart 2026 09:05
135
SİYASƏT
A- A+
Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir


Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni geosiyasi reallıqlar nəticəsində son dövrlər Ermənistanda sistemli  dəyişikliklər müşahidə olunur. Ermənistanın parlament sədri Alen Simonyan, XİN başçısı Ararat Mirzoyan, parlamentin vitse-spikeri Ruben Rubinyan kimi yüksək çinli məmurların verdiyi açıqlamalar Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, kommunikasiyaların açılmasına, regionda iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş inamlı addımlar kimi qəbul edilir.

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti açıqlamasında Azərbaycanın Ermənistanla bərqərar sülhü qoruyub saxlamaqda qərarlı olduğunu bildirib. Paşinyan vurğulayıb ki, əldə olunan sülh ölkəyə yeni iqtisadi imkanlar yaradır, sərhədlərin və dəmir yollarının açılması, bütün qonşularla ticarət imkanlarının genişlənməsi region üçün tamamilə yeni şərait formalaşdırır.

Paşinyan bəyanatında bildirib ki, "Dəmir yolu və sərhədlərin açılacağını, bütün qonşularla ticarət olacağını təsəvvür edə bilirdinizmi? Bunlar bizim üçün də tamamilə yeni amillərdir. İnanıram ki, sülh artıq Ermənistanın iqtisadi, ictimai və sosial həyatına çox müsbət təsir göstərir. Bizim prioritetimiz sülh qovşağı olmaqdır".

Baş nazir onu da əlavə edib ki, Ermənistan indi "kənardan mərkəzə doğru" hərəkət edir, fiziki olaraq eyni yerdə qalsa da, regionla münasibətlərdə yeni yanaşmalar formalaşır. Düşmənçilik ocağını bir anda söndürmək mümkün olmasa da, proses artıq başlayıb və region ölkələrinin bir-birinə qarşı təsəvvürləri yaxşıya doğru dəyişir. Paşinyan bu prosesin siyasi missiyanın bir hissəsi olduğunu və sülhün qorunmasında Ermənistanda, eləcə də Azərbaycanda güclü iradənin mövcudluğunu vurğulayıb: "Açığı, bu, siyasi missiyamızın bir hissəsidir. İnanıram ki, biz bu missiyanı həyata keçirmək üçün güclü iradəyə malikik".

Hökumət rəsmilərinin bu mövqeyi, əslində, iki faktordan qaynaqlanır. Birincisi, 2026-cı ilin 7 iyun tarixinə təyin edilmiş parlament seçkilərində cəmiyyətə müharibəsiz gələcək, iqtisadi inkişaf vədi vermək və seçkiləri udmaqdır. İkincisi isə, kommunikasiyaların açılmasını təmin edərək, özünütəcrid siyasətini başa çatdırmaq, ölkənin çökməkdə olan iqtisadiyyatını regional layihələrə inteqrasiya etdirməkdir. Siyasi şərhçilərin fikrincə, sərhədlərin və dəmir yollarının açılması, regiondaxili ticarətin genişlənməsi, tranzit imkanlarının artması, bütün bunlar Ermənistan üçün uzun illər öz işğalçı siyasəti ucbatından blokada şəraitində formalaşmış acınacaqlı iqtisadi durumun dəyişməsi deməkdir. Bunları həzm edə bilməyən ərazi iddialı revanşistlər hər vəchlə sülh gündəliyini başqa formada təqdim etməyə çalışırlar.

Revanşistlər emosional manipulyasiyanı artırmaqla hökuməti gözdən salmağa çalışırlar. Bu da  uzunmüddətli qarşıdurmanı, investisiya çatışmazlığı və təhlükəsizlik kimi problemləri dərinləşdirə bilər. Bu baxımdan, sülhün iqtisadi səmərəliliyi barədə açıq danışmaq artıq bu reallıqların etirafıdır. Əsas məsələ bəyanatlarla əməli addımlar arasındakı uyğunluqdur. Kommunikasiya xətlərinin açılması və hüquqi-siyasi çərçivənin sabitləşməsi Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına təkan verə bilər. Əks halda seçkiöncəsi revanşist təzyiqlər sülh prosesini ləngidə və ya qeyri-müəyyən mərhələyə keçirə bilər. Bu gün Paşinyanın qarşısında duran əsas məsələ sülhü siyasi bəyanatdan praktik addımlara yönəltməkdir.

Bununla da sülh Ermənistan hakimiyyəti üçün həm siyasi sağqalma mexanizmi, həm də iqtisadi inkişafın yeganə açarı rolunu oynayır. Bu ritorikanın xalq tərəfindən  qəbul edildiyini keçirilən çoxsaylı sorğular, küçə reportajları da sübut edir. Sadə erməni vətəndaşı dərk edir ki, müharibə, revanşizm və qonşulara qarşı saxta iddialar ölkəyə və onun gələcəyinə heç nə vəd etmir. Bu səbəbdən də Baş nazir və hökumətin sülh siyasəti artıq hər ötən gün adi seçicilər arasında populyarlıq və dəstək qazanır. Təxminən 10 gün bunda əvvəl, fevralın 25-də Paşinyanın verdiyi açıqlamalarda "Naxçıvanla birləşmə" və "Tramp yolu" kimi konkret terminlərdən istifadə etməsi, İrəvanın artıq illərdir davam edən müqavimət taktikasından real əməkdaşlıq fazasına keçdiyini göstərir. Bu açıqlamalar seçki ərəfəsində həm daxili auditoriyaya, həm də beynəlxalq vasitəçilərə yönəlmiş mesajlardan ibarətdir.

Seçkilər ərəfəsində həm Moskvanın, həm də Qərbin müdaxiləsini nəzərə alan Paşinyan indidən ətrafındakılara mesaj göndərir ki, onun əsas hədəfi sülh və iqtisadi inteqrasiyadır. Bu seçkilərdə qələbə həm də Baş nazirin revanşistlər üzərində qələbəsi kimi Ermənistan tarixinə düşə bilər. Erməni siyasətçi açıqlamasında "Sülh müqaviləsinin mətni tam razılaşdırılıb və paraflanma mərhələsinə çatıb" fikrini səsləndirməsi, əslində, taktiki gedişdir. Bu, Paşinyan hökuməti üçün seçkilərdən əvvəl ən mühüm siyasi sığorta sayıla bilər. Yəni sənədin paraflanması müxalifətin mümkün "sənəd hələ dəyişə bilər" və ya "yeni güzəştlər olacaq" kimi manipulyasiyalarının qarşısını alır. Bu açıqlama ilə Baş nazir həm də seçicisinə açıq şəkildə bildirir ki, müzakirələr bitib və sənəd dəyişməzdir. Bu da revanşistlər tərəfindən xalqa aşılanan qeyri-müəyyənlik qorxusunu aradan qaldırmaq üçün gediş sayılır.

Lakin nəzərə almaq lazımdır ki, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın prinsipial mövqeyi Ermənistan konstitusiyasında ərazi iddiası ilə bağlı bəndin çıxarılmasıdır. Paşinyan və digər erməni rəsmiləri dəfələrlə bu barədə açıqlama verərək, dolayı yolla bu dəyişikliyə də yaşıl işıq yandırıblar. Bu yaxınlarda Ermənistanda Konstitusiya Məhkəməsi Şurasının toplanması, müəyyən qərarlar qəbul etməsi də buna işarə edir.

Baş nazirin açıqlamalarının əsas hissəsi sülhə aiddir və erməni xalqına sülh şəraitində yaşamağın üstünlüklərini çatdırır. Paşinyan erməni cəmiyyətinin həssas nöqtəsinə toxunmaq üçün sülhü bir həyat norması kimi təqdim edir və xalqı reallıqlarla razılaşmağı tövsiyə edir. Bu da seçki öncəsi hakim partiyanın ən güclü  uduşu hesab edilir. Baş nazirin "erməni xalqına çatdırmaq istədiyim budur ki, indi sülh var" fikri ilə yanaşı, "müstəqillik tarixindən bəri 2025-ci ilin ilk itkisiz il olması" barədə açıqlaması illərdir məğlubiyyət və qeyri-müəyyənlik içində boğulan cəmiyyətə verilən "reabilitasiya" mesajıdır. Bu, on illərdir erməni cəmiyyətinə revanşist qüvvələr tərəfindən aşılanan daimi müharibə qorxusunu dağıtmağa hesablanmış psixoloji manevrdir. Paşinyan həm də demək istəyir ki, əgər seçkilərdə revanşistlər yenidən hakimiyyətə qayıtsa, vəziyyət dəyişə bilər. İndi seçim erməni xalqındadır: Ya hakimiyyətin vəd etdiyi itkisiz sülh və iqtisadi inkişaf, ya da revanşistlərin qan və ölüm cəhdi. O, sülhə laqeyd yanaşmağın təhlükəli olduğunu vurğulamaqla, əslində, müxalifətin revanşist mövqeyini "yenidən ölüm və müharibə" ilə eyniləşdirir. Sərhəddəki sakitlik Ermənistan hakimiyyəti üçün, sadəcə, hərbi nailiyyət deyil, həm də seçicinin "təhlükəsizlik instinkti"nə birbaşa müraciət edərək siyasi ömrünü uzatmaq və seçkilərdə qələbəni təmin etmək üçün atılan psixoloji addımdır. Paşinyan xalqı inandırmağa çalışır ki, sülhü möhkəmləndirmək üçün atılan hər bir addım, o cümlədən "Tramp yolu" çərçivəsində Azərbaycanla kommunikasiyaların açılması, Ermənistanın yaşamaq və var olmaq üçün yeganə çıxış yoludur.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq  

09:54
04 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

09:23
04 Mart

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

Azərbaycan sabitliyin unikal məkanıdır

08:20
04 Mart

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!