15 Avqust 2026 15:35
3047
SİYASƏT
A- A+
Xankəndi və Baia Mare qardaşlaşır 

Xankəndi və Baia Mare qardaşlaşır 


Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Rumıniyanın Maramureş və Baia Mareregionu arasında iqtisadi, investisiya, mədəni-humanitar, idman və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

AZƏRTAC xəbər verir ki, Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin regional səviyyədə daha da inkişaf etdirilməsi, Qarabağ və Maramureş regionları arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlığın qurulması məsələləri müzakirə olunub. Elçin Yusubov Azərbaycanın, xüsusilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının Avropa ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, Qarabağda və Şərqi Zəngəzurda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və infrastruktur layihələri, xarici investorlar üçün yaradılan imkanlar barədə məlumat verib. Azərbaycan tərəfi Maramureş regionunun rəhbəri Qabriel-Valer Zateanı Qarabağa rəsmi səfərə dəvət edib. Dəvəti qəbul edən Qabriel-Valer Zatea regional səviyyədə əməkdaşlığın iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. O, Maramureşdə həyata keçirilən layihələrdə Azərbaycan sərmayəçilərinin iştirakına böyük maraq göstərildiyini vurğulayıb.

Görüşdə Qarabağ və Maramureşdə qarşılıqlı olaraq region günlərinin keçirilməsi, iki regionun iş adamlarının iştirakı ilə biznes forumun təşkili, iqtisadi və investisiya imkanlarının birgə dəyərləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Elçin Yusubov Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa quruculuq işlərini və regionda dayanıqlı sülh və sabitlik mühitinin formalaşdırılmasını tarixi nailiyyət kimi qiymətləndirib.

Bundan başqa, Azərbaycan nümayəndə heyəti Baia Mare şəhərinin meri İoan Doru Dencuşla da görüşüb.

Görüşdə Baia Mare və Xankəndi şəhərləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, investisiya və digər qarşılıqlı faydalı əməkdaşlıq istiqamətləri müzakirə olunub. Baia Marenin meri İoan Doru Dencuş Azərbaycanla, Qarabağla əlaqələrin inkişaf etdirilməsi üçün konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsini, Azərbaycan şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasını və qarşılıqlı investisiya imkanlarının nəzərdən keçirilməsini təklif edib. O, həmçinin mədəni, humanitar və idman sahələrində əməkdaşlığa maraqlı olduqlarını bildirib.

Elçin Yusubov Xankəndinin coğrafi mövqeyi, təbiəti və zəngin irsi baxımından Baia Mare ilə oxşarlıqlarının olduğunu diqqətə çatdırıb. O, Xankəndinin Qarabağın mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri olduğunu, şəhərin zəngin tarixi barədə məlumat verib. Xüsusi nümayəndə Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq layihələrinin region ölkələri, o cümlədən Avropa dövlətləri üçün uzunmüddətli strateji və iqtisadi əhəmiyyət daşıdığını vurğulayıb.

Görüş zamanı Rumıniya tərəfi Azərbaycana, xüsusilə Qarabağa rəsmi səfərə dəvət olunub. Tərəflər Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması barədə razılığa gəliblər.

Keçirilən görüşlər Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu, eləcə də Xankəndi və Baia Mare şəhərləri arasında əlaqələrin yeni mərhələyə yüksəldilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

Fəlakət zonalarının kiborq xilasediciləri

11:05
05 Sentyabr

Bilmək istəyirəm

11:00
05 Sentyabr

Şirxanın son arzusu

10:55
05 Sentyabr

Vətən müharibəsi veteranı: "Hər kəs Şuşanın tarixi simasının qorunmasına öz töhfəsini verməlidir"

10:50
05 Sentyabr

Şəmkirin "sonbeşik" şəhidi 

10:45
05 Sentyabr

19 illik əbədi ömür

10:40
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!