20 May 2026 16:51
248
CƏMİYYƏT
A- A+
WUF13 çərçivəsində Bakıda olan dünya liderləri və yüksəksəviyyəli rəsmilər İçərişəhəri ziyarət ediblər

WUF13 çərçivəsində Bakıda olan dünya liderləri və yüksəksəviyyəli rəsmilər İçərişəhəri ziyarət ediblər

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmiz dünyanın aparıcı şəhərsalma, urbanizasiya və dayanıqlı inkişaf platformalarından birinə çevrilib. Qlobal əhəmiyyət daşıyan bu sessiya müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilat rəhbərlərini və şəhər idarəçiliyi üzrə ekspertləri bir araya gətirərək gələcəyin şəhərləri, mədəni irsin qorunması və innovativ urban həllərlə bağlı mühüm müzakirələrə ev sahibliyi edir.

WUF13 çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın zəngin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına, ölkənin qədim şəhərsalma ənənələrinin təqdimatında və mədəni irsin qorunması sahəsində həyata keçirilən idarəetmə modelinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verib.

Bu barədə AZƏRTAC-a Qoruq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə İçərişəhəri Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç, Mavriki Respublikasının Prezidenti Daramber Qoxul, Fələstin Administrasiyasının Yerli İdarəetmə Naziri Sami Hijjavi, Fələstin Administrasiyasının Bələdiyyələrin İnkişafı və Kreditləşməsi Fondunun Baş direktoru Mohammad Ramahi, Keniya Respublikasının birinci xanımı Reyçel Ruto, UNESCO-nun Baş direktorunun mədəniyyət üzrə müavini vəzifəsini icra edən, Dünya İrs Mərkəzinin direktoru Lazare Eloundou Assomo, həmçinin Kamboca Krallığının Baş nazirinin müavini, Torpaq İdarəetməsi naziri Say Sam Al və digər rəsmi nümayəndələr ziyarət ediblər.

Qonaqlara İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısındakı yeri, tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən layihələr, “living heritage” – yaşayan irs modeli əsasında idarəetmə yanaşması, müasir şəhərsalma prinsipləri, rəqəmsal həllər və dayanıqlı inkişaf istiqamətində görülən işlər barədə ətraflı məlumat təqdim olunub.

Nümayəndə heyətləri Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı dini-memarlıq kompleksi, Buxara karvansarası, Numizmatika Muzeyi, Miniatür Sənət Muzeyi, İnformasiya Mərkəzi, Bakı xanlarının evi və bağı, eləcə də digər tarixi-mədəni məkanlarla yaxından tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

09:17
10 İyun

Qaranlığa işıq salan satira - Sabir dünyası

09:15
10 İyun

"Günah"ı bir neçə baş mal-qaraya sahib olması idi

09:10
10 İyun

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

09:08
10 İyun

Mahnıları onu həmişə yaşadacaq

09:05
10 İyun

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir  

09:01
10 İyun

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

09:00
10 İyun

Kəndin içməli su problemi həll edilib

08:55
10 İyun

Azərbaycan pəhləvanlıq məktəbinin qədim tarixi var

08:53
10 İyun

Peşə məktəbinin 154 məzunu işlə təmin olunacaq

08:50
10 İyun

Gəncədəki süni göl əsaslı təmirdən sonra istifadəyə verilib

08:45
10 İyun

Qazaxlı fermerlər biçinə hazırdırlar 

08:40
10 İyun

Möhtəşəm layihələrin sınağından keçmiş "Türkiye Petrolleri"

08:35
10 İyun

Ermənistan cəmiyyəti Paşinyanın timsalında reallığı seçdi

08:30
10 İyun

Ölkəmizə qarşı media manipulyasiyaları qəbuledilməzdir

08:25
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!