19 May 2026 08:05
456
SİYASƏT
A- A+
WUF13 Azərbaycanın beynəlxalq diplomatiyada rolunu gücləndirir

WUF13 Azərbaycanın beynəlxalq diplomatiyada rolunu gücləndirir


Müasir dünyada dövlətlərin beynəlxalq nüfuzu artıq yalnız hərbi güc və ya iqtisadi göstəricilərlə müəyyən olunmur. Getdikcə daha böyük əhəmiyyət kəsb edən amil ölkələrin qlobal dialoq platformasına çevrilmək, beynəlxalq gündəliyin formalaşmasında iştirak etmək və öz inkişaf modellərini təqdim etmək bacarığıdır. Məhz bu kontekstdə BMT-nin Ümumdünya Şəhərsalma Forumu - WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün xüsusi strateji məna daşıyır.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, COP29-un yüksək səviyyədə təşkilindən sonra Azərbaycan qlobalsəviyyəli ən iri beynəlxalq tədbirlərə evsahibliyi edə bilən dövlət statusunu daha da möhkəmləndirib. BMT-nin WUF13 forumunu məhz Bakıda keçirmək qərarı, sadəcə, təşkilati seçim deyil, bu, həm də Azərbaycanın sabit, təhlükəsiz və dinamik inkişaf edən ölkə kimi beynəlxalq etimad qazandığının, müasir dünyanın ən aktual məsələləri üzrə qlobal dialoqu təmin etmək imkanına malik olduğunun göstəricisidir. "İlk baxışda Ümumdünya Şəhərsalma Forumunun yalnız memarlıq və ya şəhərsalma məsələlərinə həsr olunduğu düşünülə bilər. Lakin bu gün urbanistika anlayışı daha geniş məzmun daşıyır. Burada şəhərlərin gələcəyindən, sosial dayanıqlılıqdan, ekologiyadan, nəqliyyat təhlükəsizliyindən, rəqəmsallaşmadan, miqrasiyadan, iqlim dəyişikliklərindən, sosial ədalətdən və postmünaqişə dövründə ərazilərin bərpasından söhbət gedir. Əslində, WUF13 gələcəyin dünyasının necə formalaşacağına dair müzakirələrin aparıldığı qlobal platformadır. Belə bir forumun Azərbaycanda keçirilməsi ölkə üçün bir neçə mühüm dəyər - siyasi, iqtisadi və geostrateji əhəmiyyət daşıyır. Əvvəla, WUF13 son iyirmi ildə Azərbaycanın keçdiyi genişmiqyaslı modernləşmə yolunun beynəlxalq təqdimatına çevriləcək. Bu müddət ərzində ölkə faktiki olaraq yenidən qurulub. Müasir nəqliyyat infrastrukturu, yeni avtomagistrallar, hava limanları, ictimai məkanlar, abadlıq layihələri, rəqəmsal həllər və regionların yenilənməsi bu gün Azərbaycanın yeni simasını formalaşdırır".

Deputat qeyd edib ki, beynəlxalq ictimaiyyətin xüsusi diqqəti işğaldan azad edilmiş ərazilərin bərpasına yönələcək. Qarabağ və Şərqi Zəngəzur hazırda müasir dünyanın ən genişmiqyaslı postmünaqişə bərpası nümunələrindən birinə çevrilib. Burada söhbət yalnız yeni binaların tikintisindən getmir. Azərbaycan, əslində, XXI əsrin yeni urbanistika modelini formalaşdırır. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, "yaşıl enerji" zonalarının yaradılması, müasir rəqəmsal infrastrukturun qurulması, ekoloji standartların və innovativ texnologiyaların inteqrasiyası azad edilmiş əraziləri gələcəyin inkişaf modelinin nümayiş platformasına çevirir. WUF13 isə Azərbaycana bu təcrübəni beynəlxalq ictimaiyyətə təqdim etmək üçün unikal imkan yaradır. Digər mühüm məqam isə ondan ibarətdir ki, WUF13 Azərbaycanın beynəlxalq diplomatiyanın regional mərkəzi kimi rolunu daha da gücləndirir. Son illərdə Bakı getdikcə daha çox qlobal forumların və beynəlxalq görüşlərin keçirildiyi məkana çevrilir. Bu isə ölkənin yeni siyasi imicini formalaşdırır - Azərbaycan artıq yalnız mühüm enerji və nəqliyyat qovşağı deyil, həm də qlobal gündəliyin müzakirəsində iştirak edən dövlət kimi qəbul olunur.

S.Fətəliyeva vurğulayıb ki, forumun Azərbaycanın "yumşaq güc" imkanlarını artırması da xüsusi əhəmiyyət daşıyır: "Böyükmiqyaslı beynəlxalq tədbirlər hər zaman ölkənin, onun mədəniyyətinin, investisiya potensialının, turizm cəlbediciliyinin və beynəlxalq əməkdaşlıq imkanlarının təşviqi vasitəsinə çevrilir. Dünya ictimaiyyətinə Azərbaycan münaqişələr və ya regional qeyri-sabitlik prizmasından deyil, müasir, dinamik inkişaf edən və gələcəyə dair aydın strateji baxışa malik dövlət kimi təqdim olunacaq. Forumun iqtisadi təsiri də qiymətləndirilməlidir. WUF13 minlərlə beynəlxalq iştirakçının - BMT nümayəndələrinin, hökumət rəsmilərinin, ekspertlərin, biznes dairələrinin, memarların, investorların və beynəlxalq təşkilatların nümayəndələrinin  Azərbaycana gəlməsinə imkan yaradıb. Bu isə yeni investisiya əlaqələri, işgüzar münasibətlərin genişlənməsi və ölkəmizin infrastruktur və texnoloji layihələrinə marağın artması deməkdir. Bunlarla yanaşı, WUF13-ün Azərbaycan üçün başqa bir mənası da var. Bu gün dünya ciddi çağırışlarla üz-üzədir: urbanistik böhranlar, iqlim problemləri, silahlı münaqişələrin nəticələri, miqrasiya və sosial gərginliyin artması. Belə şəraitdə dayanıqlı inkişaf modeli təklif edə bilən ölkələr xüsusi beynəlxalq əhəmiyyət qazanırlar. Azərbaycan bu gün məhz belə bir modeli nümayiş etdirməyə çalışır - modernləşmənin, texnoloji inkişafın, infrastruktur yenilənməsinin, sosial dayanıqlılığın və milli kimliyin qorunmasının vəhdəti".

Deputat qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi artıq bu təcrübənin beynəlxalq maraq doğurduğunun göstəricisidir. Bu forum Azərbaycanın yeni dünya nizamında beynəlxalq mövqeyinin təqdimatıdır. Bu, müstəqillik dövründən qısa tarixi müddət ərzində regionun ən dinamik inkişaf edən mərkəzlərindən birinə çevrilmiş dövlətin imkanlarının nümayişidir. Məhz buna görə də WUF13 Azərbaycan üçün, sadəcə, beynəlxalq tədbir deyil, ölkənin yeni qlobal rolunun mühüm elementidir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!