14 Yanvar 2026 15:53
434
Mədəniyyət
A- A+
Vyanada “Türk həftəsi” çərçivəsində qala-konsert keçirilib  

Vyanada “Türk həftəsi” çərçivəsində qala-konsert keçirilib  


Vyana şəhərində təşkil olunan “Türk həftəsi” çərçivəsində qala-konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, Türk Dövlətləri Təşkilatı (TDT) və təşkilata üzv dövlətlərin Vyanada akkreditə olmuş səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilən konsertdən öncə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev və Qırğızıstanın mədəniyyət naziri Mirbek Mambataliyev təşkilatçılar adından çıxış ediblər. Bildirilib ki, Avropanın mədəni, tarixi və elmi mərkəzlərindən biri olan Vyanada keçirilən “Türk həftəsi” Türk dünyasının strateji mövqeyinin, mədəni irsinin və əməkdaşlıq potensialının çoxtərəfli mühitdə təqdim olunmasında mühüm rol oynayır və bu təşəbbüs beynəlxalq diplomatiyanın və əməkdaşlığın daha da güclənməsinə xidmət edəcəkdir.

Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan musiqiçiləri rəngarəng musiqi proqramı ilə çıxış ediblər. Azərbaycandan Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” ansamblı, Qazaxıstandan “Temirlan və Yernat” dueti, Qırğızıstandan “Kambarkan” folklor və etnoqrafik ansamblı, Türkiyədən “Yeden” ansamblı və Özbəkistandan “Xalqlar dostluğu” ansamblının təqdim etdiyi xalq və bəstəkar mahnıları, eləcə də qazax və özbək rəqqasların ifaları böyük maraqla qarşılanıb.

Vyananın ən müasir konsert salonları sırasında yer alan “MuTh” konsert salonunda baş tutan tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyət və media nümayəndələri, türkdilli ölkələrin Avstriyadakı icmalarının üzvləri və musiqisevərlər iştirak ediblər.

Azərbaycanın TDT-yə sədrliyi ilində təşkil edilən qala-konsert Türk dövlətləri arasında mədəni əlaqələrin dərinliyini göstərməklə, Avropa tamaşaçılarında da bu mədəni zənginliyi daha yaxından tanımaq imkanı yaradıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

Kilsənin və müxaliflərin ideoloji məğlubiyyəti

09:50
07 Fevral

Dostluğa dayanan strateji tərəfdaşlar

09:45
07 Fevral

Tarixin hökmü, hüququn təntənəsi

09:40
07 Fevral

Cinayət cəzasız qalmadı

09:35
07 Fevral

Sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır...

09:30
07 Fevral

Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yüksələn Naxçıvan

09:25
07 Fevral

Qlobal dəstək, yüksək qiymət

09:20
07 Fevral

Dövlətlərin nüfuzu həm də sülhə və dialoqa xidmət edən siyasətlə ölçülür

09:15
07 Fevral

Azərbaycanın Yaxın Şərq regionunda mövqeləri güclənir

09:10
07 Fevral

Azərbaycanın təqdim etdiyi sülh yolu

09:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!