10 Oktyabr 2025 16:24
918
DÜNYA
A- A+
Volodimir Zelenski: Rusiya 450-dən çox pilotsuz təyyarə və 30 raketlə Ukraynaya hücum edib  

Volodimir Zelenski: Rusiya 450-dən çox pilotsuz təyyarə və 30 raketlə Ukraynaya hücum edib  


Ukrayna oktyabrın 10-na keçən gecə Rusiyanın onun enerji infrastrukturuna endirdiyi kütləvi zərbənin nəticələrini təmizləməyə davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

O, bunu ukraynalıların normal fəaliyyətini təmin edən obyektləri hədəf alan 450-dən çox dron və 30-dan çox raketdən istifadə edərək “qeyri-qanuni və hesablanmış hücum” kimi xarakterizə edib.

“Hazırda ölkə üzrə 20-dən çox insanın yaralandığı məlumdur, hər kəsə lazımi yardım göstərilir. Təəssüf ki, Zaporojyeyə edilən hücumda bir uşaq ölüb. Ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verirəm”, -deyə Zelenski sosial şəbəkədə yazıb.

Dövlət başçısı qeyd edib ki, Kiyevdə elektrik və su təchizatının bərpası üzrə işlər davam etdirilir. Kiyev, Donetsk, Çerniqov, Çerkassı, Xarkov, Sumı, Poltava, Odessa və Dnepropetrovsk vilayətlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Zaporojye, Kirovoqrad və Xerson vilayətlərində bərpa işləri aparılır. Bütün lazımi xidmətlər yerindədir, xilasedicilər dron və raket hücumlarının nəticələrini aradan qaldırırlar.

"Mən icmaların inkişafı naziri Aleksey Kulebadan, energetika naziri Svetlana Qrinçukdan, daxili işlər naziri İqor Klimenkodan və yerli rəhbərlərdən mütəmadi hesabatlar alıram. Bizə bütün səviyyələrdə rəsmilərdən maksimum səmərəlilik lazımdır”, -deyə Prezident vurğulayıb.

Zelenski əlavə edib ki, istilik mövsümü başlamazdan əvvəl Rusiya qəsdən Ukraynanın mülki və enerji infrastrukturunu hədəfə alır. O, beynəlxalq tərəfdaşları qətiyyətlə hərəkət etməyə – hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağa və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

“Bizə boş vədlər deyil, ABŞ, Avropa və G7-dən qətiyyətli addımlar lazımdır. Biz G20-nin və sülhdən danışan, lakin real addımlar atmaqdan çəkinənlərin bu vəhşiliyə cavab verəcəyinə ümid edirik. Dünya özünü bu cinayətlərdən qoruya bilər və bu, qlobal təhlükəsizliyi gücləndirəcək”, -deyə Ukrayna lideri sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, oktyabrın 10-na keçən gecə Rusiya hücum pilotsuz uçuş aparatlarından və müxtəlif növ raketlərdən istifadə edərək Ukraynaya kütləvi hücuma keçib. Paytaxtın atəşə tutulması nəticəsində 12 nəfər yaralanıb. Kiyev meri Vitali Kliçko bildirib ki, düşmən hücumları səbəbindən çayın sol sahilində elektrik enerjisi tamamilə kəsilib.

Dnepr və Zaporojye bölgələri də atəşə məruz qalıb, yanğınlar baş verib və mülki əhali arasında itkilər olub. İlkin məlumatlara görə, Rusiya hücumlarının əsas hədəfi enerji infrastrukturu olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!