27 Fevral 2026 19:42
228
DÜNYA
A- A+
Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  


Gürcüstanın Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri çox yüksək səviyyədədir. Bu, bizim strateji tərəfdaşlığımızın göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili VII Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumunda söyləyib.

Onun sözlərinə görə, hazırda Gürcüstanda Azərbaycan kapitalı ilə 1660-dan çox şirkət fəaliyyət göstərir. Gürcüstanda Türkiyə kapitalı ilə çalışan şirkətlərin sayı isə 2805-dən çoxdur.

Nazir deyib ki, 2025-ci ildə Türkiyə Gürcüstanın bir nömrəli ticarət tərəfdaşı olub, Azərbaycanla ticarət dövriyyəsi isə ölçü baxımından 7-ci yerdə qərarlaşıb: “Eyni zamanda, Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard ABŞ dollarını keçib, Türkiyədən son illər ərzində investisiyaların həcmi isə 2,4 milyard ABŞ dollarından çoxdur”.

Nazir ölkələr arasında ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsi prosesində nəqliyyat və logistika əlaqələrinin inkişafının vacibliyini qeyd edib və Orta Dəhliz marşrutunun inkişafının önəmini xüsusi vurğulayıb. Mariam Kvrivişvilinin sözlərinə görə, bu, Gürcüstan hökuməti üçün strateji prioritetdir və dəmir yolları, avtomobil yolları, limanlar və logistika obyektləri də daxil olmaqla əsas infrastrukturun təkmilləşdirilməsinə əhəmiyyətli investisiyalar yönəldilib: “Hökumət 2032-ci ilə qədər əsas nəqliyyat və logistika infrastrukturuna 7 milyard ABŞ dolları investisiya səfərbər etməyi planlaşdırır ki, bu da ölkə daxilində və daha geniş regionda əlaqələrin modernləşdirilməsinə dair strateji vizyonu əks etdirir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında

01:59
28 Fevral

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

01:57
28 Fevral

Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında

01:55
28 Fevral

C.R.Hüseynovun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında

01:54
28 Fevral

C.R.Hüseynovun Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:52
28 Fevral

K.V.Məmmədzadənin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

01:51
28 Fevral

E.E.Məmmədovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

01:49
28 Fevral

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!