28 Fevral 2026 01:57
1921
Sərəncamlar
A- A+
"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, ölkə iqtisadiyyatında müasir texnologiyaların tətbiqinin və yerli istehsal potensialının genişləndirilməsi, habelə dövlət idarəetməsinin və infrastrukturun yüksək səviyyədə rəqəmsallaşdırılması əsasında dayanıqlı, rəqabətqabiliyyətli inkişafın təmin edilməsi məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" (bundan sonra - Fəaliyyət Planı) təsdiq edilsin (əlavə olunur).

2. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin edilsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

4.1. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti  barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması, həmin vəsaitin bölgüsü, büdcə ilinin istənilən vaxtında digər istiqamətlər üzrə xərclənməsi və ilin sonunadək xərclənməməsinin (büdcəyə qaytarılmasının) təsirləri barədə təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

5.1. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibi prosesində, maliyyə ekspertizası aparılmaqla, zəruri maliyyə vəsaitinin ayrıca sətirlə nəzərdə tutulması üçün müvafiq işlər görsün;

5.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla, bu Sərəncamın 4.2-ci bəndində nəzərdə tutulan tədbirləri həyata keçirsin.

6. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin. 7. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və digər büdcə təşkilatlarına tapşırılsın, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki:

7.1. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam icrasını təmin etsinlər;

7.2. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası barədə aylıq məlumatları hər növbəti ayın 10-dək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim etsinlər.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 27 fevral 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

Masallıda daha 350 zeytun ağacı əkilib

09:23
14 Aprel

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

09:22
14 Aprel

İran beş ərəb ölkəsindən dəymiş ziyana görə kompensasiya tələb edir

09:21
14 Aprel

Neftçala daha təmiz olur

09:20
14 Aprel

Biləsuvarda qanvermə aksiyası keçirilib

09:15
14 Aprel

Sumqayıtda təşkil olunan tədbirdə uşaq hüquqlarından söhbət açılıb

09:13
14 Aprel

3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlmişdir

09:10
14 Aprel

BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur  

09:06
14 Aprel

Lənkəran - əsrlərə sirdaş müasir şəhər

09:05
14 Aprel

Ağ göl, Qırmızı göl, bir də Sarı göl...

09:00
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!