19 Fevral 2026 08:30
416
SİYASƏT
A- A+
İlham Əliyevin liderlik fenomeni

İlham Əliyevin liderlik fenomeni


"Yaşasın Serbiya-Azərbaycan dostluğu! Hörmətli cənab Prezident, Sizə minnətdaram, evinizə xoş gəlmisiniz".

Fevralın 15-də Belqradda Azərbaycan Prezidenti və Serbiya Prezidenti mətbuata bəyanatlarla çıxış edən zaman Aleksandar Vuçiçin dövlətimizin rəhbəri İlham Əliyevə xitabən dediyi bu sözlər, sadəcə, qonaqpərvərlik nümayişi deyil, Azərbaycan və Serbiya arasındakı münasibətlərin yalnız strateji tərəfdaşlığa deyil, "mənəvi qardaşlıq" əlaqələrinə dayandığının rəsmi etirafı idi. 

Dünyanın siyasi arxitekturasının dəyişdiyi, dövlətlərin bir-birinə şübhə ilə yanaşdığı bir dövrdə, bu cür səmimiyyət illərlə sınaqlardan keçmiş etibardan qaynaqlanır. İki ölkənin beynəlxalq hüquqa, ərazi bütövlüyünə və suverenliyə verdikləri ortaq dəyərin bəyanı olan bu səmimi sözlər həm də Prezident İlham Əliyevin qlobal arenada formalaşdırdığı "sözü imzası qədər dəyərli lider" imicinə Serbiya tərəfindən verilən ən yüksək qiymət kimi xarakterizə olunmalıdır. Eyni zamanda bu, Serbiya üçün Azərbaycanın çətin zamanda dayaq, firavanlıq zamanı isə etibarlı yol yoldaşı olduğunun təsdiqi idi. 


Dünyada ehtiram göstərilən lider 


Prezident İlham Əliyevin qətiyyətli liderliyi və müstəqil siyasəti Azərbaycanı bütün sahələrdə zirvəyə daşıyıb. Qazanılan hərbi-siyasi və iqtisadi qələbələr ölkəmizin beynəlxalq nüfuzunu sarsılmaz edib. Bu gün Azərbaycan dünyada sözükeçən liderinin mövqeyi ilə hesablaşılan güclü bir dövlətdir.

Ölkəmizin rəhbərinin qlobal nüfuzu dünyanın dövlət başçıları tərəfindən mütəmadi olaraq etiraf edilir. İstər rəsmi müraciətlərdə, istərsə də yüksəksəviyyəli görüşlərdə Azərbaycan Prezidentinin müdrik siyasəti və liderlik keyfiyyətləri hər zaman xüsusi vurğulanır. 

İlham Əliyevi dünyada ehtiram olunan liderə çevirən isə əlbəttə ki, onun ədalətə söykənən, sülhə dəstək olan müdrik və humanist siyasətidir. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan-Ermənistan arasında sülh sazişinin mətni paraflananda ABŞ Prezidenti Donald Tramp da Prezident İlham Əliyevin bu şəxsi məziyyətlərinə vurğu etmişdi: "Siz güclü və ağıllı insansınız". 

Həmçinin Nyu Yorkda Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda ABŞ lideri bir daha dövlətimizin başçısı barədə yüksək fikirlərini belə izhar etdi: "Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız".

Keçən il avqustun 31-də Çinin Tiencin şəhərində Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü oldu. Həmin görüşdə Prezident İlham Əliyevi "mənim əziz dostum" deyərək salamlayan Çin Sədri bu səmimi müraciəti ilə həm də İlham Əliyevə göstərdiyi dərin hörmət və ehtiramı nümayiş etdirdi.

23 noyabr 2022-ci ildə Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandar Vuçiç Azərbaycan rəhbəri ilə birgə Belqradda keçirilən mətbuat konfransında "Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir" deyərək, bir daha İlham Əliyev xarakterinin qətiyyətinə, dönməzliyinə, etibarlılığına diqqət çəkmişdi.

Bu cür misalların sayını xeyli artırmaq da olar, amma elə bu nümunələr də İlham Əliyev şəxsiyyətinə dünyada göstərilən sayğını aydın göstərir. 

Prezident İlham Əliyevin qlobal nüfuzunun ən bariz təzahürlərindən biri mötəbər beynəlxalq tədbirlərdə özünü göstərir. Ali səviyyəli tədbirlərdə Azərbaycan liderinin çıxışları hər zaman böyük maraq və ehtiramla qarşılanır. Bir neçə gün əvvəl keçirilən Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi liderlərinin, nüfuzlu şirkət rəhbərlərinin, həmçinin qlobal medianın dövlət başçısına göstərdiyi diqqət Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolunu bir daha təsdiqlədi. Ölkəmizin rəhbərinin bu tədbirlərdəki hər bir görüşü, panel müzakirələrindəki qətiyyətli və məntiqli arqumentləri onun sarsılmaz diplomatik məharətini nümayiş etdirdi. Həmin vaxt dünya liderlərinin Azərbaycan Prezidenti ilə görüşmək üçün göstərdiyi təşəbbüslər bir daha təsdiqlədi ki, mühüm qlobal qərarların qəbul edildiyi arenalarda İlham Əliyev rəyi və iradəsi nəzərə alınan, sözükeçən liderdir. Bu ehtiram Azərbaycanın milli maraqlarını qlobal müstəvidə diktə edən güclü liderlik fenomeninin beynəlxalq etirafıdır.


Aleksandar VUÇİÇ: "Biz Prezident Əliyevin sözlərinə tam inanırıq"


Azərbaycanın Avropa İttifaqı, Balkan regionu və xüsusilə Serbiya ilə qurduğu strateji tərəfdaşlıq yüksələn xətlə inkişaf edir. Bu münasibətlərin təməlində milli maraqlara qarşılıqlı hörmət və beynəlxalq platformalarda sarsılmaz həmrəylik dayanır. 

Xatırladaq ki, 2024-cü il aprelin 16-da Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə zəng edib son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş etmişdi. 

Serbiya Prezidentinin dəstəyə ehtiyacı olduğu anda məhz Azərbaycan Prezidentinə zəng vurması bir tərəfdən ölkəmizin beynəlxalq səviyyəli çağırışlara dərhal reaksiya verərək bu problemlərin aradan qaldırılması istiqamətində gördüyü effektiv işlərin göstəricisi, digər tərəfdən isə şəxsən Prezident İlham Əliyevə olan etibar və etimadın təzahürü idi. 

O da təsadüfi deyil ki, Azərbaycanın daimi dəstəyi və etibarlı tərəfdaşlığı sayəsində serb xalqı ölkəmizi strateji müttəfiq, Prezident İlham Əliyevi isə sadiq dost kimi qəbul edir. Bu münasibətlər dövlətlərarası əlaqələrdən daha çox dərin etimada əsaslanır.

Prezident İlham Əliyevin bu il fevralın 15-16-da Serbiyaya rəsmi səfəri də ölkələrimiz və xalqlarımız arasındakı səmimiyyətə dayanan sarsılmaz bağları bir daha nümayiş etdirdi. Səfər zamanı ölkəmizin rəhbərinə xüsusi diqqət və yüksək ehtiram göstərilməsi nəzərlərdən yayınmadı. Təkcə Prezident İlham Əliyevin təyyarəsini səmada Serbiya qırıcı təyyarələrinin müşayiət etməsi Azərbaycan liderinə göstərilən ən ali diqqətin təzahürü idi. 

Belqradda Azərbaycan Prezidenti və Serbiya lideri mətbuata bəyanatlarla çıxış edən zaman Aleksandar Vuçiç bir daha Azərbaycan xalqına, şəxsən Prezident İlham Əliyevə böyük ehtiramını ifadə etdi: "Həmçinin Serbiya xalqı qarşısında və əlbəttə, Azərbaycan xalqı qarşısında söyləmək istəyirəm ki, hər dəfə Sizinlə danışanda çox şey öyrənirəm, bir çox məsələləri təcrübəli dövlət xadimi, həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə müvəffəq oluram. Buna görə hər zaman öz biliyinizi mənimlə paylaşdığınıza, mənim ölkəmin, rəhbərlik etdiyim ölkənin çox yaxşı mətləblər öyrənməli olduğu bizimlə belə əlaqələr qurduğunuza görə Sizə təşəkkür edirəm".

Serbiyanın  Dövlətçilik Günü  kimi əlamətdar tarixdə Azərbaycan liderinin bu ölkəyə səfərinin, burada yüksəksəviyyəli görüşlər keçirilməsinin, mühüm sənədlərin imzalanmasının özünün rəmzi mənası var idi. 

Serbiya Prezidentinin bəyanatında səsləndirdiyi bu fikirlər də iki ölkə arasındakı qarşılıqlı etimada dayanan münasibətləri aydın ifadə edirdi: "Hətta ən çətin məsələlərdə Serbiya Azərbaycanın tərəfində olub və onlar da bizə dəstək veriblər. Gələcəkdə də bu, belə olacaq. Biz çox ağır məsələləri həll etmişik. Biz Prezident Əliyevin sözlərinə tam inanırıq. Düşünürəm ki, o, həmçinin bizim ölkəyə eyni hisslərlə səmimi yanaşır. Biz bu münasibəti olduğu kimi davam etdirəcəyik".

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal arenadakı çəkisi gündən-günə artır və ölkəmiz mühüm qərar qəbul etmə proseslərində həlledici tərəf kimi çıxış edir. 

Dünya liderlərinin Prezident İlham Əliyevi etibarlı dost və sadiq tərəfdaş kimi qəbul etməsi də bu mənada təsadüfi deyil. Aleksandar Vuçiçin timsalında bir çox ölkə rəhbərinin çətin məqamlarda dəstək üçün məhz Azərbaycan Prezidentinə üz tutması dövlətimizin başçısının beynəlxalq arenadakı yüksək etimadından, İlham Əliyev şəxsiyyətinə olan dərin hörmət və etibardan xəbər verir. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA  

18:22
19 Fevral

Sabah respublika üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək  

18:17
19 Fevral

Kollegiya: 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 1-nə xəbərdarlıq edilib, 1-i isə cərimələnib  

17:53
19 Fevral

İtkin şəhid Cavanşir Həsənovun nəşi Balakəndə torpağa tapşırılıb  

17:21
19 Fevral

Sahibkar Qadınlar İctimai Birliyinin nəzdində Həmkarlar təşkilatı yaradılıb  

17:19
19 Fevral

Birinci Qarabağ müharibəsinin şəhidi Mingəçevirdə torpağa tapşırılıb  

16:15
19 Fevral

Donald Tusk: Polşa Ottava Konvensiyasından çıxır və özünün şərq sərhədlərini 48 saat ərzində minalaya bilər  

15:51
19 Fevral

Media: ABŞ-nin strateji bombardmançıları yüksək hazırlıq vəziyyətinə gətirilib  

15:46
19 Fevral

Göyçay, Ucar və İsmayıllıda Birinci Qarabağ müharibəsinin itkin şəhidləri dəfn edilib

15:39
19 Fevral

Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi: Biz xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət tələb edirik  

15:38
19 Fevral

Böyük Britaniya polisi Kral Çarlzın saxlanılan qardaşı ilə bağlı açıqlama yayıb – YENİLƏNİB  

15:37
19 Fevral

İtkin şəhid Nail Dənziyevlə Lerikdə vida mərasimi keçirilib  

15:36
19 Fevral

Media: Yaxın Şərqdəki ABŞ bazaları İranın potensial cavabından zəif qorunur  

15:35
19 Fevral

"Nazione" müstəqillik hərəkatının üzvü: Adanın işğalından sonra korsikalıların yüksək vəzifələrə çıxışı məhdudlaşdırıldı  

15:34
19 Fevral

ABŞ və İsrail İrana qarşı “sərt zərbələr”ə hazırlaşır: SEPAH qərargahı hədəfdədir

15:34
19 Fevral

Nazirlik: Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini üzərinizdə götürməyin  

15:31
19 Fevral

Azərbaycanın kənd təsərrüfatı məhsullarının Qətər və Səudiyyə Ərəbistanı bazarlarına ixracı müzakirə olunub  

15:29
19 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Ağayev Sabirabadda torpağa tapşırılıb  

15:16
19 Fevral

Ombudsman: “Amnesty International”ın Ruben Vardanyan barədə bəyanatı yanlış, qeyri-obyektiv və qərəzlidir  

15:16
19 Fevral

Qış Olimpiya Oyunlarında xizək yarışı təxirə salınıb

15:12
19 Fevral

Avropada enerji şəbəkələrinə mümkün kiberhücumlarla bağlı narahatlıq artır  

15:08
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!