Antimilli ünsürlər yenə məkrli niyyətlərindən əl
çəkmirlər. Azərbaycanın mövqeləri gücləndikcə, nüfuzu artdıqca, ölkəmizin
qlobal təşəbbüsləri dünyada daha çox nümunə kimi təqdim olunduqca bu məkrli
dairələr də rahatlıq tapmır. Bu və ya digər şəkildə ölkəmizə qarşı qarayaxma
kampaniyalarına start verirlər. Ötən həftə Vaşinqtonda keçirilən Sülh Şurasının
ilk iclası çərçivəsində Azərbaycan Prezidentinə qarşı təxribat cəhdi də bu mərkli
siyasətin tərkib hissəsidir.
Guya “söz azadlığı”nın təmin ounmasına çalışan
qaragüruh ünsürlər ABŞ-dəki radikal erməni dairələrinin sifarişçisi qismində
çıxış edərək özlərini ifşa etdilər. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə
səsləndirilən ifadələr də göstərir ki, burada əsas məqsəd qarşıdurma görüntüsü
yaratmaq olub. Bir daha aydın oldu ki, bu antimilli ünsürlər öz maddi maraqları
naminə Azərbaycanın uğurlarına qarşı təşkilatnamağa
və ölkəmizin uğurlarına kölgə salmağa çalışır.
Təsadüfi deyil ki, bu əxlaqsız və aqressiv
davranış ABŞ-dəki erməni lobbi təşkilatlarından biri – Erməni Milli Komitəsi
(ANCA) tərəfindən dəstəkləndi. ANCA bu ünsürlərin iyrənc davranışından fürsət
kimi yararlanaraq, riyakarcasına guya Qarabağdan 150 min erməninin zorla
qovulduğunu iddia etməyə çalışır. Eyni zamanda hazırda Bakıda olan və beynəlxalq
hüququn norma və prinsiplərinə uyğun şəkildə mühakimə olunan separatçı rejimin
rəhbəri olmuş müharibə cinayətkarlarının azad olunmasını tələb edirlər.
ANCA-dan sonra cəfəng bəyanat səsləndirən isə
erməni lobbisinin Konqresdəki əsas dayaqlarından biri konqresmen Frank Pallone
oldu. Onun reaksiyası bir daha göstərdi ki, bu cür təxribatlar ABŞ Konqresində
erməni lobbisi ilə sıx bağlı olan dairələr tərəfindən siyasi alətə çevrilir.
1992-ci ildə qəbul edilmiş və Azərbaycana
birbaşa dövlət yardımını məhdudlaşdıran “907-ci düzəliş”in müəlliflərindən biri
olan, Xocalı soyqırımı ilə bağlı hər zaman qərəz nümayiş etdirən, hazırda ölkəmizə
qarşı sanksiyaların tətbiqinə çalışan F.Pallonenin əlinə fürsət verənlər də
onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləmiş oldular.
Təəssüf ki, erməni radikalları ilə eyni düşərgəni
seçən bu antimilli ünsürlər üçün maddi maraqlar milli maraqlardan öndədir. Amma
bu cür təxribatların heç bir nəticəsi olmayacaq. Heç bir güc Azərbaycanın
getdikcə güclənən mövqeyinə kölgə sala bilməz.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı