13 İyul 2025 16:57
630
SİYASƏT
A- A+
Ulu Öndərin ömür yolu müstəqil Azərbaycanın tarixidir

Ulu Öndərin ömür yolu müstəqil Azərbaycanın tarixidir

Dövlətin uzunmüddətli inkişaf strategiyasının müəyyən edilməsində, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında siyasi lider faktoru vacib rol oynayır. Əsl lider cəmiyyəti ümumi məqsədlər naminə səfərbər etmək, daxili sabitlik və təhlükəsizliyi təmin etmək, ölkənin müsbət imicini formalaşdırmaq, beynəlxalq əlaqələri inkişaf etdirmək iqtidarındadır. Az qala xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan da məhz siyasi lider faktoru sayəsində bütün təhdidlərdən xilas oldu, dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilə bildi. Bu intibah tarixi 56 il əvvəl, 1969-cu il iyulun 14-ü Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə başladı. 

Məhz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkənin həyatında, inkişaf tarixində həlledici rol oynadı. Azərbaycan xalqının həm tarixində, həm də taleyində əhəmiyyətli dönüş başladı. Bir daha təsdiq olundu ki, dövlətin gücü liderin strateji düşüncəsində, gələcək çağırışları və imkanları qabaqcadan görə bilməsində, uzunmüddətli inkişaf məqsədlərini formalaşdırmasındadır.

1969-cu ildə SSRİ-nin ən geridə qalmış respublikası olduğu halda cəmi 2 il sonra – 1971-ci ildə artıq  Azərbaycan inkişaf sürətinə görə ittifaq daxilində ən qabaqcıl respublikaya çevrildi. Ölkə iqtisadiyyatı qısa vaxtda əhəmiyyətli dərəcədə dirçəlməyə başladı. Beləliklə, Azərbaycan Sovetlər Birliyinin ən dinamik inkişaf edən respublikası imicini qazandı. 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. 813 min yeni iş yeri açıldı, əhalinin rifahı daha da yaxşılaşdı. Qısa müddətdə donor ölkəyə çevrilən Azərbaycan ümumittifaq xəzinəsinə daha çox vəsait verirdi. 

Məhz o illərdə Azərbaycanda yaradılmış infrastruktur illər sonra müstəqil Azərbaycanın inkişafına xidmət göstərdi.

Ölkədə eyni zamanda mədəni tərəqqi, Azərbaycanın milli-mənəvi dəyərlər sistemində yeni mərhələ başladı. Azərbaycan müstəqil ölkə olmasa da, milli məsələlər hər zaman ön planda idi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dili Konstitusiyada təsbit olundu. Bununla da Azərbaycan dili dövlət dili statusunu aldı. 

Azərbaycan ziyalıları Ulu Öndərin səyləri nəticəsində o dövr üçün ən yüksək mükafatlara layiq görüldü. Ölkə ziyalılarına verilən yüksək dəyər birbaşa Azərbaycanın nüfuzunun artması demək idi. 

Təhsil və elm sahəsində də intibah dövrü başladı. Təsadüfi deyil ki, məhz həmin illərdə Azərbaycanın elm xadimləri öz ideyalarını ölkə iqtisadiyyatının inkişafının əsas istiqamətlərinə yönəltdi. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artırıldı. Artıq ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Heydər Əliyev 70-ci illərdə hakimiyyətdə olduğu illərdə bugünkü müstəqil Azərbaycanın iqtisadi, sosial və elmi-texniki potensialının hazırlanmasını həyata keçirirdi.

Eyni zamanda milli hərbi kadrların yetişdirilməsi də Ulu Öndərin hakimiyyəti illərindən başladı. Ən mühüm tarixi nailiyyətlərdən biri isə Ulu Öndər Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərində Azərbaycanda yaradılan Cəmşid Naxçıvanski adına hərbi məktəb oldu ki, bu, ölkəmizdə milli zabit heyətinin formalaşmasında müstəsna rola malikdir. Hər il 800-1000 azərbaycanlı gənc ittifaqın nüfuzlu hərbi məktəblərində ordu quruculuğu ilə bağlı akademik biliklərə yiyələnirdi.

Təsadüfi deyil ki, Ulu Öndərin təşəbbüsü ilə 1970-80-ci illərdə keçmiş ittifaqın ən nüfuzlu təhsil ocaqlarına göndərilən yüzlərlə, minlərlə gənc illər sonra müstəqil respublikamızda siyasi, iqtisadi, eləcə də hərbi sahədə uğurlara imza atdı, dövlət quruculuğu prosesində yaxından iştirak etdi.  

Beləliklə, 1969-cu ildən etibarən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan Sovetlər Birliyinin süqutunda sonra müstəqil şəkildə uğurla dünyaya inteqrasiya edə bildi.

1993-2003-cü illər - Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın xilası, inkişaf və sabitlik illəri kimi tarixə düşdü. Ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmləndi. Milli mənafeyə əsaslanan dövlət siyasəti, iqtisadi inkişaf, elmi-texniki tərəqqi, müasir ordu quruculuğu, milli kadr hazırlığı, milli irsin qorunması - bunlar Ümummilli Lider Heydər Əliyevin başlıca strateji hədəfləri idi. Onun üçün əsas məsələ Azərbaycan Respublikasının dövlət müstəqilliyi idi.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb.

Bu gün Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirib. Bu siyasət Azərbaycanı regionun ən güclü dövlətinə, qlobal miqyasda orta gücə çevirib. Azərbaycan məhz Heydər Əliyev ideyaları sayəsində böyük inkişaf yolu keçib.   

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan ölkə kimi tanınmasını şərtləndirib.

Təsadüfi deyil ki, 1969-cu ildən etibarən yetişən milli hərbi kadrların davamçıları 44 günlük  Vətən müharibəsində, 23 saatlıq antiterror əməliyyatları zamanı tarixi qələbəyə imza atdı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etdi. Beləliklə, 56 il əvvəl ilk dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarixində elə bir iz qoydu ki, biz geriyə boylananda böyük, güclü, qalib Azərbaycanı görürük. Ulu Öndərin keşməkeşli və şərəfli ömür yolu müstəqil Azərbaycanın tarixidir.


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!